Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

 
38
6. Şəkildə təsvir olunan bitkilər necə adlanır? Açar sözlərin hansı bitkilərə aid 
olduğunu müəyyən edin.  
 
Açar sözlər: tallom, rizoidlər, kökümsov, kök, gövdə, tozcuq, sporangi, qutucuq, 
protal, zoospor.  
 
7. Birhüceyrəli və çoxhüceyrəli yosunların oxşar və fərqli cəhətlərini diaqramda 
qeyd edin. 
 
 
8. Düzgün ifadələri qeyd edin: 
 
Ulotriksin kökləri var.  
 
Yosunlar su hövzələrini oksigenlə zənginləşdirir.  
 
Mamırlar ali bitkilərə aiddir. 
 
Mamırlar həm quru, həm də rütubətli şəraitdə yaşaya bilir. 
 
Sfaqnumun rizoidləri yoxdur. 
 
Sfaqnum qıjıkimilərə aiddir . 
 
Daş kömür yataqları qədim qıjıkimilərdən əmələ gəmişdir. 
9. Qıjının inkişaf mərhələlərini (1-8) adlandırın.  
 
10.  Düzgün variantı seçin: 
Qıjıkimilərin yarpağında xlorofil xromotoforlarda / xloroplastlarda yerləşir. 
Erkək qıjının sporangiləri yarpağın alt/üst hissəsində olur. 
    Yosunlar ibtidai/ali bitkilərə aiddir. 
1                                                 2                                     3 


 
 
39
3. ALİ TOXUMLU BİTKİLӘR 
 
Dərs 13 / Mövzu 12:
 ÇILPAQTOXUMLULAR ŞÖBƏSİ 
Bu fəslin sonuncu dərsi “Yaşadığınız diyarın dərman bitkiləri” adlı layihənin müzakirəsinə 
həsr olunur. İcrası 4-5 həftə  ərzində  nəzərdə tutulmuş bu layihə haqqında  şagirdlərə  qısa 
məlumatın 5-10 dəqiqə  ərzində  dərsin  əvvəlində verilməsi daha məqsədəuyğundur. 
Fəaliyyət planını indidən müəyyənləşdirmək üçün 21-ci dərsə aid tövsiyələrdə tanış olmaq 
lazımdır.  
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və təqdim 
olunan sualın müzakirəsini təşkil edir.  Bu zaman BİBÖ üsulundan istifadə etməklə 
şagirdlərin  əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyənləş-
dirmək olar. Bu və növbəti dərsin sonunda isə bu sualların nə  dərəcədə cavablandırıldığı 
qeyd oluna bilər 
(BİBÖ cədvəli A1,  yaxud A3 vərəqində hazırlanır). 
“Fəaliyyət” bölümünə keçməzdən  əvvəl aşağıdakı suallar üzrə müzakirələr təşkil etmək 
mümkündür. Məsələn, “Ali bitkilər hansı iki qrupa bölünür?”, “Ali bitkilərin hansı şöbələri 
sporlulara aiddir?”, “Sporlu bitkilərlə ali bitkilərin  əsas fərqi nədən ibarətdir?”, “Sporlu 
bitkilərin çoxalması nədən asılıdır?” və s.   
Toxumlu bitkilər haqqında ilkin məlumatla tanış olduqdan sonra şagirdlər laboratoriya işini 
yerinə yetirirlər. 
“Fəaliyyət” bölümündə şagirdlər işi təbii obyekt üzərində aparırlar. İmkan olduqda, 
bu mərhələdə çılpaqtoxumlu bitkilərin hər hansı iki nümayəndəsi müqayisə oluna bilər. Bu 
halda cədvələ müvafiq xanalar əlavə etmək lazımdır.  İşin sonunda nəticələr müzakirə 
olunur, müəllim əlavə suallar verir. Məsələn,   “Sizin ərazidə hansı iynəyarpaqlı bitkilərə 
rast gəlmək olar?”, “Xarici quruluşun hansı xüsusiyyətləri onları bir şöbədə birləşdirir?”   
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər. Şagirdlər öyrəndikləri məlumatları “Öyrəndiklərinizi 
yoxlayın”  bölümündəki təqdim olunmuş  cədvəldə qeyd edə bilərlər. Bu mexanizm 
şagirdlərdə müqayisə  vərdişlərinin daha da inkişaf etməsinə kömək edir. Bununla yanaşı, 
BİBÖ cədvəlinə  də müvafiq əlavələr edilir. Ümumi cədvəl isə növbəti dərsdə 
tamamlanmalıdır. Dərsdə tablo, elektron təqdimatlar, videomaterial və digər  əyani 
vəsaitlərdən istifadə etmək məqsədəuyğundur.  
Alt 
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadan-
lıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Çılpaqtoxumluların müxtəlifliyi haqqında mülahizələrini  şərh 
edir. 

 
Çılpaqtoxumluların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 


 
40
 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş tapşırıq çılpaqtoxumlu-
ların əsas xüsusiyyətlərini bir daha təkrarlamağa, dərsdəki məlumatları möhkəmləndirməyə 
imkan yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” blokundakı cədvəl həm dərs zamanı, həm də evdə doldurula 
bilər. Yuxarıda qeyd olunduğu kimi, ərazinin florasından asılı olaraq cədvələ  çılpaq-
toxumluların digər nümayəndələri daxil edilə bilər.  
Qiymətləndirmə meyarları: şərhetmə, istifadəetmə 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/229-2-2  
http://www.youtube.com/watch?v=yIN_eeoTHK0 
 
 
 
Dərs 14 / Mövzu 13:
 ÇILPAQTOXUMLULARIN ÇOXALMASI VƏ  
                                            ƏHƏMİYYƏTİ 
 
 Mətnlə tanış olmazdan əvvəl bitkilərin çoxalması haqqında şagirdlərin əvvəlki bilikləri 
əsasında müzakirələr aparmaq olar. Müəllim şagirdləri   fəallaşdırmaq məqsədilə müxtəlif 
suallar verə bilər:  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Çılpaqtoxumluların 
müxtəlifliyi haq-
qında mülahizələrini 
yalnız müəllimin 
köməyi ilə  şərh edir. 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən çətinlik çəkir. 
 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqında 
mülahizələrini, əsasən, 
düzgün şərh edir. 
 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqın-
da mülahizələrini 
dolğun şərh edir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından     
istifadə edərkən 
səhvlər buraxır. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından isti-
fadə qaydalarına qis-
mən əməl edir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından isti-
fadə edərkən kiçik 
qeri-dəqiqliyə yol 
verir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrə-
nilməsində labo-
ratoriya avadanlıq-
larından istifadə 
qaydalarına tam 
əməl edir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Çılpaqtoxumlulara aid bitkilərin təbiətdə rolu və  əhəmiyyəti 
haqqında mülahizələrini şərh edir.  

 
Çılpaqtoxumlularda çoxalma prosesinin səciyyəvi xüsusiyyət-
lərini  müəyyənləşdirir.  
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə