Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

 
 
35
Dərs 11 / Mövzu 11:
 QATIRQUYRUĞULAR VƏ PLAUNLAR.  
                                  QIJIKİMİLƏRİN ƏHƏMİYYƏTİ 
 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir 
və  təqdim olunan sualın müzakirəsini təşkil edir.  Bu zaman BİBÖ üsulundan istifadə 
etməklə şagirdlərin əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyən 
etmək olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər.  
“Fəaliyyət” bölümündə  şagirdlər işi təbii obyektlər və ya herbari nümunələri 
əsasında aparırlar. İmkan olduqda həmin işi plaun bitkisi ilə də aparmaq faydalı olardı.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” və ya “İnsert” üsulları ilə 
aparıla bilər. Mətnlə tanış olduqca şagirdlərin belə bir müqayisəli cədvəl tərtib etmələri 
faydalı olardı:  
  
Plaunlar 
Qatırquyruğular 
Zoğ 
  
 
Gövdə 
  
 
Yarpaq  
 
 
Kök  
 
 
Sporların yerləşməsi  
 
 
Əhəmiyyəti  
   
 
Müəllim tərəfindən şagirdlərə aşağıdakı əlavə məlumat da verilə bilər:  
Alt 
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Qıjıkimilərin müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
 Qatırquyruğular və plaunları    təbiətdə roluna və müalicəvi  əhə-
miyyətinə görə  qruplaşdırır. 
Qatırquyruğuların  əhəmiyyəti. Tibdə qatırquyruğunun həlimindən sidik kisəsinin xroniki iltihabı, 
şişkinliyi azaltmaq üçün sidikqovucu kimi, vərəmin müalicəsi zamanı qankəsici kimi, revmatizm 
zamanı digər preparatların təsirini gücləndirmək üçün istifadə olunur. 
Plaunların əhəmiyyəti. Plaunların sporlarında yağ çox olduğu üçün  onlardan alınan səpmə 
dərmanı yaraların sağaldılmasında və pirotexnikada istifadə olunur. 
Qıjıkimilərin əhəmiyyəti. Onlar təbii birliklərin tərkib hissəsi kimi torpaqda üzvi maddələrin 
toplanmasında böyük rol oynayır. Qıjıkimilərin bəzi növlərinin kökümsovu heyvanların qidasını 
təşkil edir. Bəzi qıjıların yaşıl yarpaqlarından və kökümsovundan qida kimi, erkək qıjının 
kökümsovundan isə tibdə güclü qurdqovucu dərman
 
kimi istifadə olunur. Dekorativ qıjıkimilərdən 
otaq bitkisi kimi, həm də çiçək kompozisiyaları yaratmaq üçün geniş istifadə edilir. 


 
36
 ”Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıq mövzunu tam 
əhatə edir və  dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün imkan 
yaradır.   
“Öyrəndiklərinizi yoxlayın” blokunun tapşırıqları ikinci fəslə daxil edilən məlumatları 
ümumiləşdirir. Bu tapşırıqlar  şagirdlərin ibtidai və ali sporlu bitkilərin səciyyəvi 
xüsusiyyətləri, nümayəndələrinin adları haqqında biliklərini ümumiləşdirməyə imkan verir.  
 
Qiymətləndirmə meyarları: şərhetmə, qruplaşdırma 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini müəl-
limin və yoldaşları-
nın verdiyi sualların 
köməyi ilə  şərh edir. 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir.  
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən kiçik səhv-
lərə yol verir. 
Qıjıkimilərin müx-
təlifliyi haqqında 
mülahizələrini ətraflı  
şərh edir.  
Qatırquyruğular və 
plaunları  təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə  
qruplaşdırarkən
 tez-
tez səhvlərə yol 
verir. 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə  
qruplaşdırarkən bə-
zi səhvlərə yol 
verir. 
 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və müalicəvi 
əhəmiyyətinə görə, 
əsasən, düzgün 
qruplaşdırır.
 
Qatırquyruğular və 
plaunları təbiətdə 
roluna və  müali-
cəvi əhəmiyyətinə 
görə  tam düzgün 
qruplaşdırır.
 
 
Elektron resurs:  
http://my.mail.ru/video/mail/alexivanov43/2815/2556.html#video=/mail/leonidelita/2380/2
840
 


 
 
37
I VƏ II FƏSİLLƏR ÜZRƏ
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. Açar sözlərdən istifadə edərkən “Soğan dəriciyindən mikropreparatın 
hazırlanması” mətnini tamamlayın. 
.......... ......... silib, ............. ilə onun üzərinə 1-2 damcı su əlavə edin. Preparat 
iynəsi ilə soğan pulcuğunun daxili hissəsindən  dəriciyi ayırın və onu əşya 
şüşəsinin üzərinə ........... içərisinə yerləşdirin və  kənarlarını ehtiyatla düzəldin. 
Preparatın üstünü .......... ........... ilə örtün.  
Aşar sözlər: Örtük şüşəsi, əşya şüşəsi, pipet, su.  
 
 
2. Biologiyanın müvafiq elm sahələrində göstərilən tədqiqat metodlarının 
istifadəsinə aid misal gətirin.   
Tədqiqat metodu 
Elm sahəsi Misal 
Müşahidə Mikologiya 
 
Ölçmə Zoologiya 
 
Təcrübə Botanika 
 
 
3. Şəkildə hansı yosun təsvir olunmuşdur? Rəqəmlərlə yosun hüceyrəsinin hansı 
hissələri göstərilmişdir? 
          
 
 
 
 
 
4. “Quş mamırı ilə sfaqnum mamırının fərqli əlamətləri” cədvəlini tamamlayın.  
 
Əlamətlər Quş mamırı Sfaqnum 
mamırı 
Rizoidlərin olması 
 
 
Erkək və dişi orqanlarının 
yerləşməsi 
 
 
Yarpağın quruluşu  
 
Gövdənin quruluşu  
 
 
Qutucuğun quruluşu  
 
 
 
5. Laminariya ilə quş mamırı üçün ümumi əlaməti müəyyən edin. 
А. Rizoidlərin olması               В. Köklərin olması              С. Gövdənin olması             
D. Gövdənin və yarpaqların olması     Е. Yarpaqların olması 
 
1. _________ 
2. _________ 
3. _________ 
4. _________ 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə