Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

 
 
43
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə istinad edərkən nəzəri 
material  şərh və  təhlil olunur. Müəllim ikiləpəli bitkilərin  əlamətlərinin təsviri zamanı 
“Klaster”in halqalarına qayıdır və şagirdlərin cavablarını öyrəndikləri məlumatla müqayisə 
edir. Şagirdlərdə formalaşmış bitkiləri təsvir və təyinetmə bacarıqları növbəti paraqraflarda 
örtülütoxumlu bitkilərin müxtəlif fəsilələrinin nümayəndələri barədə biliklərin qavran-
masını daha da səmərəli edə bilər. Müəllim müxtəlif bitki çiçəklərinin  şəklindən, yaxud 
elektron təqdimatından istifadə edərkən, şagirdlərə aşağıdakı alqoritm üzrə hər hansı çiçəyi 
təsvir və tərtib etməyi tapşırır. 
1. Çiçək saplağını, çiçək yatağını, kasacığı, tacı, erkəkciyi və dişiciyi müəyyən edin. 
2. Kasa yarpaqlarının, ləçəklərin, erkəkciklərin və dişiciklərin sayını hesablayın.  
3. Çiçəkyanlığının sadə və ya ikiqat olduğunu müəyyən edin. 
Daha sonra şərti işarələrlə çiçəyin strukturunu əks etdirən, “çiçək düsturu” anlayışı izah 
olunur. Bu mərhələdə müəllim şagirdlər üçün yaddaş vərəqi hazırlaya bilər.      
K – kasayarpağı, L – ləçək, E – erkəkcik, D – dişicik 
(  ) – bitişmiş hissə,   3  + 3 – üç-üç iki səviyyədə yerləşməsi, ∞ – sayı 12-dən çoxdur və s. 
Çiçəyin quruluşu haqqında bilikləri möhkəmləndirmək üçün bütün sinif və kiçik 
qruplarda belə bir praktiki işin aparılması  məqsədəuyğundur:  şagirdlər  şəkillərdən, çiçək 
modellərindən istifadə edərkən öyrəndikləri çiçəyin düsturunu təyin edirlər
.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırığı yerinə yetirən 
şagirdlər 6-cı sinifdə  və bu dərsdə qazanılan biliklərdən faydalanırlar. Tamamlanmış 
tapşırıq nəzərdən keçirilir, nəticələr müzakirə olunur. 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə birləpəlilər və ikiləpəlilər üçün səciyyəvi olan 
əlamətlər (şəklə  əsasən) cədvəlin müəyyən sətirlərində qeyd olunur. Bu zaman dərsin 
əvvəlindəki “Klaster”ə bir daha qayıtmaq olar. İkinci tapşırıqda verilən təsvirlərə görə çiçək 
düsturları tərtib edilir. Bu tapşırıqlar gələcək dərslərdə nəzərdə tutulan məlumatların daha 
səmərəli mənimsənilməsi üçün zəmin yaradır. 
Qiymətləndirmə meyarları: şərhetmə 
 
Dərs 16 / Mövzu 15:
 İKİLƏPƏLİLƏR SİNFİ.  
                             XAÇÇİÇƏKLİLƏR  VƏ   GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİ 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Örtülütoxumlu bitki-
lərin xüsusiyyətləri 
haqqında  mülahi-
zələrini çətinliklə 
şərh edir.  
Örtülütoxumlu bitki-
lərin xüsusiyyətləri 
haqqında  mülahi-
zələrini şərh edərkən 
tez-tez səhvlərə yol 
verir.  
Örtülütoxumlu bit-
kilərin xüsusiyyətləri 
haqqında  mülahizə-
lərini şərh edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir.  
Örtülütoxumlu 
bitkilərin xüsu-
siyyətləri haqqında  
mülahizələrini   
dolğun şərh edir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Xaççiçəklilərin və gülçiçəklilərin xüsusiyyətləri haqqında  
mülahizələrini şərh edir. 

 
Xaççiçəklilər və gülçiçəklilər fəsilələrinə aid olan bitkiləri 
fərqləndirir. 
 
 


 
44
 
 
Gündəlik planlaşdırma nümunələrində bu və növbəti dərsə aid daha ətraflı tövsiyələr 
verilmişdir.   
Mövzunun  əvvəlindəki tarixi fakt müzakirə olunur. Şagirdlər  əvvəl qazandıqları 
biliklərə əsasən oxşar bitkilərin bir sinfə, fəsiləyə, yaxud hər hansı sistematik kateqoriyaya 
aid olduğu haqqında fikirlər irəli sürürlər. Müəllim “Bunu necə müəyyən etmək olar” sualı 
ilə  şagirdlərin fikrini bitkilərin müəyyən  əlamətlərinə görə  təsvir edilməsinin zəruriliyinə 
yönəldir.
 
“Bitkini hansı əlamətlərinə görə təsvir etmək olar” sualının müzakirəsi
 
şagirdlərin 
növbəti tapşırığa hazırlanmasına kömək etmiş olur.
 
 
 Praktik  fəaliyyətə başlamazdan  əvvəl meyvə növləri və onların xüsusiyyətləri 
haqqında şagirdlərin VI sinifdə aldıqları bilikləri yada salmaq faydalı olardı. Bunun üçün 
lövhədə belə bir cədvəl tərtib etmək olar.  
MEYVƏ 
 
Şirəli Quru 
Birtoxumlu  
 
Çoxtoxumlu  
 
Müəllimin seçimindən asılı olaraq praktik iş  dərslikdəki  şəkil və ya müvafiq tablolar 
əsasında aparıla bilər.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
А) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər, elektron 
təqdimatlar, videomaterial və digər əyani vəsaitlərdən istifadə edərkən nəzəri materialı izah 
edə bilər. İzahat zamanı belə bir cədvəl çəkilir və qeydlər olunur. Bu cədvəlin doldurulması 
növbəti dərslərdə davam edə bilər.  
Fəsilənin 
adı 
Həyat 
forması 
Çiçəyin 
düsturu 
Meyvəsi Nümayəndələri 
Əhəmiyyəti 
... ... ... ... 
... 
... 
B) Mətn ilə tanışlıq kiçik qruplarda da aparıla bilər. Qruplar mətnin hər hansı hissəsini 
təhlil edir və  cədvəlin müvafiq xanasında qeydlər aparırlar. Mətn və ya şəkillər müəllim 
tərəfindən də hazırlana bilər.  İşin nəticələri ümumi cədvəl  şəklində  tərtib olunur. Hazır 
cədvəl nəzərdən keçirilir, nəticələr müzakirə olunur. Cədvəl sonrakı tapşırıqların da yerinə 
yetirilməsini təmin edir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus dilində 
müvafiq materiallar yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırığı yerinə yetirən 
şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. Bu tapşırığın məqsədi ümumiləşdirmək 
və müqayisə etmək vərdişlərini formalaşdırmaqdır.  Xaççiçəklilərə  və gülçiçəklilərə xas 
olan  əlamətləri müəyyən edən  şagirdlər sistematik qrupları müqayisə edir, fərqləndirirlər. 
Tamamlanmış tapşırıq nəzərdən keçirilir, nəticələr müzakirə olunur. 
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunan tapşırıq şagirdlərin əlavə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə