Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

 
50
Şagirdləri taxılların  əksəriyyətinin insan tərəfindən geniş istifadə olunan mədəni bitkilər 
olduğu fikrinə yönəltmək lazımdır. Müəllim mədəni taxıl bitkilərinin adlarını sadalayır və 
bir çox ölkədə yetişdirilən buğda, çovdar, qarğıdalı, düyü bitkiləri haqqında məlumat verir. 
Şagirdlər çörəyə hörmət və ehtiram haqqında nəticə çıxarırlar.  
“Öyrəndiklərinizi tətbiq edin”  bölümündə şagirdlər taxıllar və zanbaqkimilər fəsiləsinə aid 
olan  əlamətlərin nömrələrini seçib cədvələ yazırlar. Bu zaman birləpəlilərin sistematik 
qrupları müqayisə olunur, fərqləndirilir. Tamamlanmış tapşırıq nəzərdən keçirilir, nəticələr 
müzakirə olunur. 
 “Öyrəndiklərinizi yoxlayın” bölümlərində təqdim olunmuş tapşırığı yerinə yetirən şagirdlər 
dərsdə qazanılan biliklərdən faydalanırlar.  Əldə edilmiş biliklərin tətbiqi dərsin 
məqsədlərində qeyd olunmuş bacarıqların  formalaşması üçün imkan yaradır.
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Taxıllar və zanbaq-
kimilər fəsilələrinin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini  
çətinliklə şərh edir.  
Taxıllar və zanbaq-
kimilər fəsilələrinin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
müəllimin köməyi ilə 
şərh edir. 
Taxıllar və zanbaq-
kimilər fəsilələrinin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
şərh edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir.  
Taxıllar və zanbaq-
kimilər fəsilələrinin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
geniş şərh edir.  
Taxıllar və zanbaq-
kimilər fəsilələrinə 
aid olan bitkiləri 
fərqləndirməkdə 
çətinlik çəkir. 
Taxıllar və 
zanbaqkimilər 
fəsilələrinə aid olan 
bitkiləri 
fərqləndirərkən bəzi 
səhvlər buraxır.
 
Taxıllar və zanbaq-
kimilər fəsilələrinə  
aid olan bitkiləri, 
əsasən, düzgün 
fərqləndirir. 
Taxıllar və zanbaq-
kimilər  fəsilələrinə 
aid olan bitkiləri 
düzgün fərqləndirir. 
 


 
 
51
Dərs 20 / Mövzu 19:
 DƏRMAN BİTKİLƏRİNİN MÜALİCƏVİ 
XÜSUSİYYƏTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI 
 
 Mətnlə tanış olduqdan sonra sual müzakirə olunur. Şagirdlər 6-cı sinifdə qazanılan 
və həyati biliklərə əsasən sualları müzakirə edirlər. Uşaqlar müzakirə zamanı bitkilərin adı, 
hansı hissələrinin müalicəvi təsirə malik olduğunu və hansı  xəstəliklərə qarşı istifadə 
olunmasını qeyd edə bilərlər. Cavablar ümumi BİBÖ cədvəlində qeyd oluna bilər.
 
 

 Praktik iş dərslikdəki materiallar əsasında yerinə yetirilir. Bunun üçün şagirdlər 
5 qrupa bölünür. Hər qrupa bir müalicəvi təsirə malik bitkilərlə iş tapşırılır və qrup cədvəlin 
bir sətrini doldurur. Məsələn,
 
 
I qrup 
Müalicəvi təsiri 
Bitkilərin adı 
İltihab əleyhinə 
 
II qrup 
Müalicəvi təsiri 
Bitkilərin adı 
Tərqovucu 
 
Müəllim tərəfindən  əlavə  mətn və  şəkillər də hazırlana bilər. Belə  mətnlərdə  dərman 
bitkilərinin yığılması qaydaları haqqında məlumat verilməsi faydalı olardı. Bu məlumat 
daha çox kənd yerlərində yaşayan şagirdlər üçün  məqsədəuyğundur.
  
 
Əlavə mətn: Yarpaqları  bitki çiçəkləməyə başlamamışdan əvvəl və ya çiçəkləmə dövründə, 
tam ölçüsünə çatdıqda, həşəratlar və göbələklər tərəfindən zədələnməmiş olanları seçib əllə
 
qoparıb toplamaq lazımdır. Toplanmış yarpaqları elə  həmin gün kölgədə kağızın üzərinə 
düzərək, arabir çevirir və ya qarışdıraraq qurudurlar.  
Çiçəkləri və çiçək qruplarını axıra qədər açılmamış  vəziyyətdə, çiçəkləmə dövrünün 
əvvəlində  əllə  və ya qayçı ilə  kəsərək toplayırlar. Onları quru günəşli gündə  şeh 
quruduqdan sonra toplamaq lazımdır. Toplanmış çiçəkləri elə  həmin gün təmiz havalı, 
kölgəli və ya yaxşı havalanan otaqda  kağızın üzərinə düzərək qurudurlar. Bu zaman 
nəzarət etmək lazımdır ki, onlar çox qurumasın və rənglərini itirməsin.  
Mövzunu öyrənən zaman qeyd etmək lazımdır ki, təbii ehtiyatlardan səmərəli istifadə 
olunmadığı üçün dərman bitkilərinin növ müxtəlifliyi azalır. “Qırmızı kitab”a daxil olduğuna 
Alt 
STANDARTLAR 
3.2.2. Müalicəvi  əhəmiyyətinə görə  dərman bitkilərini 
qruplaşdırır.
  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir.
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 

 
Dərman bitkilərinin qorunmasına dair müşahidələr  əsasında 
mülahizələrini şərh edir. 
 
 


 
52
görə  bəzi dərman bitkilərini toplama qaydalarına riayət etmək lazımdır, bir qismini isə 
çoxalma üçün saxlamaq vacibdir.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  şagirdlər öyrənilmiş  məlumatlardan 
faydalanaraq dərman bitkilərinin müalicəvi təsirini qeyd edirlər. Tamamlanmış tapşırıq 
nəzərdən keçirilir, nəticələr müzakirə olunur.  
Qiymətləndirmə meyarları: qruplaşdırma, şərhetmə 
 
 
 
Dərs 21 / Mövzu 20: YAŞADIĞINIZ DİYARIN DƏRMAN  
                   
               BİTKİLƏRİ. Layihə  
 
 
“Yaşadığınız diyarın dərman bitkiləri” adlı layihənin icrası 4-5 həftə  ərzində  nəzərdə 
tutulmuşdur. Ona görə  də layihənin icrası ilə bağlı tapşırığı  şagirdlərə bu “Ali toxumlu 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Müalicəvi əhəmiyyə-
tinə görə dərman bit-
kilərini qruplaşdı-
raraq çətinlik çəkir. 
Müalicəvi əhəmiy-
yətinə görə dərman 
bitkilərinin  bir qis-
mini qruplaşdırır, 
digərlərini  isə səhv 
salır. 
Müalicəvi əhə-
miyyətinə görə 
dərman bitkilərinin 
çox hissəsini 
qruplaşdırır.    
Müalicəvi əhə-
miyyətinə görə 
dərman bitkilərini 
düzgün qruplaşdırır. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini  yal-
nız müəllimin ver-
diyi sualların köməyi 
ilə şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini   
çətinliklə şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini,    
əsasən,  şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini   
dolğun şərh edir. 
Alt 
STANDARTLAR 
3.2.2. Müalicəvi  əhəmiyyətinə görə  dərman bitkilərini 
qruplaşdırır.
  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir.
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 

 
Dərman bitkilərinin qorunmasına dair müşahidələr  əsasında 
mülahizələrini şərh edir. 

 
Yaşadığı diyarda rast gəlinən dərman bitkilərinə  və onların 
müalicəvi əhəmiyyətinə aid təqdimat hazırlayır.  
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə