Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

 
 
55
7. Çiçəyinin hissələri çiçək pulcuğu və çiçək pərdəsi olan fəsiləni qeyd edin. 
А. Paxlalılar; В. Zanbaqkimilər; С. Taxıllar; D. Mürəkkəbçiçəklilər 
 
8.  Şəkildəki mədəni bitkiləri seçin və onların hansı  fəsiləyə aid olduqlarını 
müəyyən edin. 
  
 
 
 
Paxlalılar fəsiləsi    Xaççiçəklilər 
fəsiləsi  
Mürəkkəbçiçəklilər 
fəsiləsi  
Badımcançiçəklilər 
fəsiləsi  
 
 
 
 
 
9. Hansı bitki məhv olduqdan sonra torpağı daha çox azotla zənginləşdirir?  
А. Acı paxla; В. Çovdar; С. Quşüzümü; D. Vələmir 
 
10. “?” işarəsinin yerinə açar sözlərdən uyğun gələnləri yazın.  
 
Açar sözlər: 1. Yeni dişi qoza; 2. Cavan dişi qoza; 3. Yetişmiş dişi qoza; 4. Erkək 
qozalar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
?
?
?
?


 
56
4. BAKTERİYALAR, GÖBӘLӘKLӘR, ŞİBYӘLӘR 
 
Dərs 23 / Mövzu 21:
 BAKTERİYALARIN  MÜXTƏLİFLİYİ 
 
 
     Mətnlə tanış olmazdan əvvəl  şagirdlər keçən il ərzində qazanılan biliklərə  əsas-
lanaraq “Bakteriyaların xüsusiyyətləri” mövzusunda “Klaster” tərtib edirlər.  
 
 
 
 
 
 
                       ?                   ?                                          ?                   ? 
Sonra müəllim  şagirdlərlə birlikdə mövzunun əvvəlindəki mətni müzakirə edə bilər. 
Verilmiş sualı müzakirə edərkən  şagirdlər 6-cı sinifdə “Bakteriyaların  əhəmiyyəti” möv-
zusundan biliklərini yada salırlar. Bu müzakirələr  şagirdlərin “Fəaliyyət” bölümündəki 
məsələnin həll edilməsinə kömək etmiş olur. 
 Məsələnin  şərtində qaynadılmamış süddən danışıldığını xüsusi qeyd etmək lazım-
dır. Verilmiş  təsvir isə  məsələnin həllinə yönəlmiş köməkdir.  Şagirdlər belə bir nəticəyə 
gəlirlər ki, əlverişli şəraitdə bakteriyalar çox böyük sürətlə çoxalır, bunun zərərli təsirinin 
qarşısını almaq üçün insanlar müxtəlif tədbirlər görürlər (konservləşdirmə, yüksək tempe-
ratur və s.). 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:  
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur. 
Fasilələr zamanı  şagirdlər müəllimlə birlikdə sxemlər tərtib edərkən onlarda müvafiq 
qeydlər aparırlar. “Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş sxemlərdən 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.  
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesab-
lamalar aparır və nəticələri ümumiləşdirir. 
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri 
və onların əlamətlərini fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Bakteriyaların xüsusiyyətləri haqqında  mülahizələrini şərh edir. 

 
Bakteriyaların çoxalmasına dair sadə hesablamalar aparır. 

 
Bakteriyaların insan orqanizmində törətdiyi xəstəlikləri fərq-
ləndirir. 

 
Bakteriyalar 
Saprofitlər 
Parazitlər 


 
 
57
istifadə etmək olar. Sxemi doldurmaq üçün “açar sözlərdən” də yararlanmaq olar. Bu 
sözləri şagirdlər sxemlərin müvafiq xanalarında yerləşdirirlər. Açar sözlər: 
 
kokk, basil, vibrion, spiril, avtotrof, heterotrof, aerob, anaerob, fototrof, xemotrof, parazit, 
saprofit. 
 
B) Mətnlə tanışlıq fərdi, cütlərlə yaxud kiçik qruplarda da aparıla bilər. Bu halda 
şagirdlər mətnlə tanış olaraq “Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş 
sxemləri doldururlar.  
Dərsdə müəllim xəstəliktörədici bakteriyaların yayılması haqqında məlumatları bir daha 
xatırladır, qorunma yollarını şagirdlərlə müzakirə edir. 
 İnfeksiyanın yayılma üsulları: 

 
Xəstələrlə təmasda olduqda;  

 
Qida və su ilə; 

 
Müxtəlif əşyalarla. 
Şagirdləri belə bir maraqlı məlumatla tanış etmək faydalı olardı:  
1892-ci ildə Hamburq şəhərində güclü vəba epidemiyası başlayır. Xəstəlik əvvəlcə limanda 
çalışan fəhlələr arasında, sonra isə bütün şəhərə yayılır. Hər gün 1000-ə qədər xəstə qeydə 
alınır. Epidemiyanın belə sürətlə yayılmasının səbəbi Elba çayından şəhərə təmizlənməmiş 
suyun daxil olması idi.   
1913-cü ildə yerli tacirlər Sibir yarasından məhv olmuş qaramal dərilərini çox ucuz 
qiymətə alıb, əsgərlər üçün gödəkcələr tikdirirlər. Bunun nəticəsində həm əsgərlər, həm də 
dərini emal edən insanlar Sibir yarasına yoluxaraq həlak olmuşdular.  
Dərsin sonunda doldurulmuş sxemlər şagirdlərlə birlikdə təhlil edilə bilər.  
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama, fərqləndirmə 
 
Elektron resurs: 
http://tana.ucoz.ru/load/227 
http://tana.ucoz.ru/load/301 
http://www.youtube.com/watch?v=GQBpfYc4to0&list=PL9008E7CAF027B66D 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Bakteriyaların xüsu-
siyyətləri haqqında  
mülahizələrini şərh 
edərkən  tez-tez 
səhvlərə yol verir. 
Bakteriyaların xüsu-
siyyətləri haqqında  
mülahizələrini şərh 
edərkən  səhvlərə yol 
verir. 
Bakteriyaların xüsu-
siyyətləri haqqında  
mülahizələrini şərh 
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Bakteriyaların 
xüsusiyyətləri 
haqqında  müla-
hizələrini dolğun 
şərh edir. 
 
Bakteriyaların 
çoxalmasına dair 
sadə hesablamaları 
düzgün aparmır.  
Bakteriyaların çoxal-
masına dair sadə he-
sablamalar müəllimin 
köməyi ilə aparır. 
Bakteriyaların 
çoxalmasına dair sadə 
hesablamalar apararaq 
kiçik səhvlər buraxır.  
Bakteriyaların 
çoxalmasına dair 
sadə hesablamaları 
düzgün  aparır. 
Bakterial xəstəlikləri 
yalnız müəllimin 
köməyi ilə fərqlən-
dirir. 
Bakterial xəstəliklərin 
az hissəsini  fərqlən-
dirir. 
 
Bakterial xəstəlikləri 
fərqləndirərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir. 
 
Bakterial 
xəstəlikləri düzgün 
fərqləndirir. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə