61
Mövzuya aid tövsiyələrin sonundakı saytlarda rus və ingilis
dilində müvafiq materiallar
yerləşdirilmişdir.
Penisillin preparatının kəşfi ingilis bakterioloqu Aleksandr Fleminqlə bağlıdır. O,
1928-ci ildə xəstəliktörədici bakteriyaların tədqiqi zamanı üzərinə kif düşən bakteriyaların
məhv olduğuna fikir verdi. Penicillium notatum adlanan kif göbələklərindən sonralar
penisillin adlanan dərman aldı. Lakin bu dərman bir neçə gündən sonra öz antibakterial
qüvvəsini itirirdi. Yalnız 1940-cı ildə infeksion xəstəliklərə qarşı ilk güclü antibiotik alındı.
1945-ci ildə bu mövzu üzrə çalışan üç alim tibb sahəsində Nobel mükafatına layiq görüldü.
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş dərs ərzində tamamlanmış
cədvəl müzakirə olunur, məlumat ümumiləşdirilir.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə düzgün cavabları qeyd edən şagirdlər
göbələklərin səciyyəvi xüsusiyyətləri və çoxalması haqqında bilikləri ümumiləşdirirlər. İkinci
tapşırıqda əlavə mənbələrdən istifadə edərkən şagirdlər müxtəlif göbələklərin istifadəsi barə-
də təqdimat hazırlayırlar. Tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və
dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşmasına imkan yaradır.
Qiymətləndirmə meyarları: şərhetmə, əməletmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Kif,
maya və parazit
göbələklərinin müx-
təlifliyi haqqında
mülahizələrini yalnız
müəllimin köməyi
ilə şərh edir.
Kif, maya və parazit
göbələklərini səhv
salır və şərh edərkən
bəzi səhvlər buraxır.
Kif, maya və parazit
göbələklərinin
müxtəlifliyi
haqqında
mülahizələrini kiçik
səhvlərlə şərh edir.
Kif, maya və parazit
göbələklərinin müx-
təlifliyi haqqında
mülahizələrini
əsaslandırılmış
şəkildə şərh edir.
Kif göbələklərinin
quruluşunun
öyrənil-
məsində laboratoriya
avadanlıqların-
dan istifadə qayda-
larına
çətinliklə əməl
edir.
Kif göbələklərinin
quruluşunun öyrənil-
məsində laboratoriya
avadanlıqların-
dan istifadə qayda-
larına əməl edərkən
səhvlərə yol verir.
Kif göbələklərinin
quruluşunun öyrənil-
məsində laboratoriya
avadanlıqlarından
istifadə qaydalarına,
əsasən, əməl edir.
Kif göbələklərinin
quruluşunun öyrənil-
məsində laboratoriya
avadanlıqların-
dan istifadə qayda-
larına düzgün əməl
edir.
Elektron resurslar:
http://biology-online.ru/video/shkolfilm-plesnevye-griby.html
http://biology-online.ru/video/shkolfilm-griby-parazity.html
http://biology-online.ru/uroki/media/griby-5-6klass/griby-parazity-zadanie.swf
http://www.youtube.com/watch?v=1lgAzVOEnUM
http://www.youtube.com/watch?v=ETRX1-3fqRo
http://www.youtube.com/watch?v=5_rprVa-RY4
62
Dərs 26 / Mövzu 24
:
ŞİBYƏLƏR
Rəvayətlə bağlı
müzakirələr şagirdlərin aşağı siniflərdə öyrəndiklərinə,
həyati mü-
şahidə və biliklərinə əsaslanır. Bu zaman BİBÖ üsulundan istifadə etməklə şagirdlərin
əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyənləşdirmək olar.
Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər. “Fəaliyyət”
bölümünə keçməzdən əvvəl müəllim şibyələr haqqında məlumatla şagirdləri tanış edir. Bu
məlumatla tanış olduqdan sonra şagirdlərə suallar əsasında yosun və göbələklər haqqında
biliklərini bir daha xatırlamaq məqsədəuyğundur. Məsələn:
1) Göbələklərin əsas səciyyəvi xüsusiyyətləri hansılardır?
2) Yosunların əsas səciyyəvi xüsusiyyətləri hansılardır?
3) Simbioz nədir?
Fəaliyyət” bölümündə şagirdlər işi təbii obyekt üzərində aparırlar. Alınan nəticələr
müzakirə olunur və fikir mübadiləsi aparılır, əlavələr və düzəlişlər edilir.
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə (şəkil, elektron təq-
dimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. Paraq-
rafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda müzakirələr”
üsulları ilə aparıla bilər.
Mövzuya aid tövsiyələrin sonundakı saytlarda rus və ingilis dillərində müvafiq
materiallar yerləşdirilmişdir.
Nəzəri məlumatla tanışlıq prosesində belə bir ümumi sxem tərtib oluna bilər. Məsələn:
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya ava-
danlıqlarından istifadə qaydalarına əməl edir.
Təlim
NƏTİCƏLƏRİ
Şibyələrin quruluşu və müxtəlifliyi haqqında mülahizələrini şərh
edir.
Şibyələrin quruluşunun öyrənilməsində mikroskopdan istifadə
qaydalarına əməl edir.
Şibyələr
Qurunun
“pionerləri”
Heyvanlar üçün
yem
İnsanın
istifadəsi
Qida
Boyalar
Dərman
preparatları
63
BİBÖ
cədvəlinə əlavələr edilir, cavablanmamış suallar qeyd olunur.
İmkan olarsa, əlavə yaradıcı tapşırığı yerinə yetirmək mümkündür.
Şibyədən boyanın alınması
Köhnə binaların divarlarında, daşların üzərində “daş xına" adlanan şibyəni görmək olar.
Onu substratdan ayırıb xırdalamaq lazımdır. Alınan tozu xörək sodası məhlulunda 3-5
dəqiqə saxladıqdan sonra mayenin al qırmızı rəngə boyandığını müşahidə etmək olar.
Məhlulu filtr kağızından keçirdikdən sonra kağızı və ya parçanı boyamaq olar. Nəticəni
dəftərdə qeyd etmək lazımdır.
“Öyrəndiklərinizi tətbiq edin” bölümündəki tapşırıq şibyələr haqqında məlumatları ümu-
miləşdirərək, şagirdlərə mənimsənilən bilikləri nümayiş etdirməyə imkan yaradır.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə şagirdlər səbəb-nəticə əlaqələri yaradır, şibyələrin
xüsusiyyətləri, əhəmiyyəti haqqında mülahizələrini şərh edirlər.
Qiymətləndirmə meyarları: şərhetmə, istifadəetmə
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Şibyələrin
quruluşu
və müxtəlifliyi haq-
qında
mülahizələri
yalnız müəllimin
köməyi ilə şərh
edir.
Şibyələrin quruluşu
və müxtəlifliyi haq-
qında mülahizələri
şərh edərkən səhv-
lərə yol verir.
Şibyələrin quruluşu
və müxtəlifliyi haq-
qında mülahizələ-
rini, əsasən, düzgün
şərh edir.
Şibyələrin quruluşu
və müxtəlifliyi haq-
qında mülahizələrini
ətraflı şərh edir.
Şibyələrin qurulu-
şunun öyrənilmə-
sində yalnız müəl-
limin köməyi ilə
mikroskopdan
istifadə edir.
Şibyələrin quruluşu-
nun
öyrənilməsində
mikroskopdan çə-
tinliklə istifadə edir.
Şibyələrin quruluşu-
nun öyrənilməsində
mikroskopdan isti-
fadə edərkən kiçik
qeyri-dəqiqliyə yol
verir.
Şibyələrin qurulu-
şunun öyrənilmə-
sində mikroskop-
dan istifadə qayda-
larına düzgün əməl
edir.
Elektron resurslar:
http://biology-online.ru/uroki-onlain/6-klass-biologija-bakterii-gribov-rastenii/urok-onlain-
lishainiki.html
http://www.youtube.com/watch?v=FbS5xlSSWds
http://www.youtube.com/watch?v=FWfPMOKnW2M
http://www.youtube.com/watch?v=KEjpGwfEJl0