Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə28/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

 
64
IV FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. Düzgün cavabı seçin: 
1.
 
Milçəkqıran/sürmə papaqlı göbələklərə aiddir. 
2.
 
Göbələkləri/şibyələri mikologiya elmi öyrənir.  
3.
 
Mukor göbələyi sporlarla/tumurcuqlanma ilə çoxalır. 
4.
 
Taxıl bitkilərinin üzərində qov/çovdar mahmızı göbələyi parazitlik edir. 
5.
 
Göbələklər sporlarla/toxumlarla çoxala bilir. 
6.
 
Penisil/solğun əzvay zəhərli göbələklərə aiddir. 
 
2. Şəkildə bakteriya hüceyrələrinin hansı formaları göstərilmişdir? 
 
 
3. Papaqlı göbələyin rəqəmlərlə işarələnmiş hissələrini qeyd edin: 
 
 
 
 
 
4.  Düzgün ifadələri seçin: 
 Şibyələr təbiətə zərər verir. 
 Şibyə göbələkdən və yosundan ibarət simbiotik orqanizmdir. 
 Şibyənin yosun hissəsi üzvi maddələr əmələ gətirir.  
 Şibyənin tərkibindəki göbələk yosunların üzərində parazitlik edir və onların 
hesabına qidalanır. 
 Simbioz qarşılıqlı xeyirli birgəyaşayış formasıdır. 
 Bəzi heyvanlar şibyələrlə qidalanır. 
 
5. Məktəblilər sənaye ərazisi yaxınlığında yerləşən meşəyə gəldilər və orada şibyə 
görmədilər. Bunu necə izah etmək olar? 
6. Göbələklərin hansı parazitdir? 3 doğru cavab seçin: 
А. Pas göbələyi;    
В. Solğun əzvay;   С. Çovdar mahmızı;    
D. Sürmə göbələyi;  
Е. Milçəkqıran    
1………………………. 
2………………………. 
3………………………. 
4………………………. 
1.  
2. 
3. 


 
 
65
7. Orqanizmlərin əlamətləri ilə aid olduqları qruplar arasında uyğunluğu müəyyən 
edin: 
 
A.
 
Göbələklər 
 
 
B.
 
Bakteriyalar 
 
 
 
 
8. Cümlələri tamamlayın. 
 
1.
 
Göbələyin mitselisi ağacların kökü ilə birləşərək .............. əmələ gətirir. 
2.
 
Yeməli göbələklərə ........................ aiddir. 
3.
 
Kif göbələyi olan penisildən ............... almaq üçün istifadə olunur.  
4.
 
Şibyə göbələkdən və ................ ibarətdir. 
5.
 
Sianobakteriyalar bitkilər kimi ................. etmək qabiliyyətinə malikdir. 
6.
 
Oksigensiz mühitdə yaşayan bakteriyalar ............... adlanır. 
7.
 
Maya göbələkləri ................. yolu ilə çoxala bilir.  
8.
 
Qov göbələyi  …………………  
 
9. Sxemi tamamlayın: 
 
 
10. Cədvəli doldurun:  
 
Bakteriyaların, göbələklərin və şibyələrin təbiətdə və insanın həyatında 
əhəmiyyəti 
Bakteriyalar  
Göbələklər  
Şibyələr  
 
 
 
 
 
Bakteriyalar
Avtotrof
?

Xemotrof
?

a.
 
Sporlar əlverişsiz  şəraitdə qorunmaq üçün 
b.
 
Sporlar çoxalmaq üçün 
c.
 
Eukariotlar 
d.
 
Prokariotlar 
e.
 
Avtotrof və heterotrof qidalanma 
f.
 
Heterotrof qidalanma 
 


 
66
I YARIMİL ÜZRƏ ÜMUMİLƏŞDİRİCİ DƏRS 
 
  
Ümumiləşdirici dərslərin  əsas didaktik məqsədi – mühüm mövzuların tədrisi 
zamanı  əldə edilən biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə 
dərslər biliklərin daha da dərinləşdirilməsinə və nəzərdə tutulmuş bacarıqların tək-
milləşdirilməsinə yardım edir. Ümumi sorğu keçirməklə  şagirdlərin çətinlik çək-
dikləri mövzuları və nisbətən zəif reallaşdırılmış standartları müəyyən etmək olar. 
Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qur-
maq daha məqsədəuyğundur.  
Dərsdə müəllim şagirdlərə I yarımil ərzində reallaşdırılması nəzərdə tutulan alt-
standartlar üzrə sual və tapşırıqlar verməlidir. “1.1.3. Canlıların quruluşunun öy-
rənilməsində laboratoriya avadanlıqlarından  istifadə qaydalarına əməl edir” alt-
standartı laboratoriya işləri nəzərdə tutulan dərslərdə reallaşdırılır. Ümumiləşdirici 
dərsə bu bacarığın möhkəmlənməsinə dair tapşırıqlar daxil olunmaya da bilər.  
I, II, III və IV fəsillər 
canlı orqanizmləri öyrənən  müxtəlif elm sahələrinə, canlıla-
rın quruluşunun öyrənilməsində istifadə olunan  üsullara, həmçinin bitkilər, göbə-
ləklər və bakteriyalar aləmlərinə aid canlıların quruluşu, çoxalma xüsusiyyətləri və 
müxtəlifliyinə  həsr olunmuşdur. Dərsdə mühüm  anlayışlar təkrar edilməli, stan-
dartların reallaşma səviyyəsini yüksəltmək məqsədilə müxtəlif tapşırıqlar verilmə-
lidir. Dərsin digər bir məqsədi böyük summativ qiymətləndirməyə hazırlaşmaqdır. 
 
Praktik tapşırıq nümunələri 
1. Verilmiş termin və anlayışları cədvəlin müvafiq xanalarında yerləşdirin.  
Bu növ tapşırıqlarda I–IV fəsillərdə şagirdlərin əldə etdikləri bilikləri yoxlamaq 
üçün termin və anlayışlar, həmçinin canlılar və sistematik kateqoriyalar elə 
seçilməlidir ki, bütün mövzuları əhatə etmək mümkün olsun. Məsələn:  
II fəsil üzrə 
1. kökümsov; 2. protonema; 3. tallom; 4. sporangi; 5. zoosporlar;  6. xromo-
tofor;  7. qutucuq; 8. işığahəssas gözcük; 9. spordaşıyan sünbülcük  
ALT 
STANDARTLAR 
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikir-
lərini şərh edir. 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
3.2.2. Müalicəvi  əhəmiyyətinə görə  dərman bitkilərini 
qruplaşdırır. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlı-
lara təsirini izah edir.  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir.
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
I, II, III və IV fəsillər üzrə biliklərin təkrarı  və ümumiləş-
dirilməsi.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə