Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

 
 
41

 
Çoxalma nədir? 

 
Bitkilərdə hansı çoxalma üsullarını ayırd edirlər?   

 
Cinsiyyətli və cinsiyyətsiz çoxalma formaları xas olan bitki şöbələrinin adlarını 
söyləyin.  

 
Qıjının cinsiyyətli çoxalması necə baş verir? 

 
Qıjının cinsiyyətsiz  çoxalması necə baş verir? 

 
Niyə  şam, küknar ağaclarını  çılpaqtoxumlu adlandırırlar?  (Onların toxumları 
qozaların pulcuqları üzərində çılpaq yerləşir)   
Dərsə verilmiş  mətnlə tanışlıq və sonrakı sualın müzakirəsi “Fəaliyyət” bölümünə 
keçidi təmin edir. 
 Şəkillərdə  təsvir olunan bitkiləri müqayisə edən  şagirdlər tozlanma növləri haq-
qında ilkin mülahizələrini irəli sürürlər. Alınan nəticələr bütün şagirdlərlə müzakirə olunur, 
fikir mübadiləsi gedir, əlavələr və düzəlişlər edilir. 
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus və ingilis dillərində müvafiq 
materiallar yerləşdirilmişdir. 
Məlumatın mənimsənilməsi və müzakirəsi aşağıdakı suallara əsaslana bilər:  
Qoza nədir?  Şam ağacında hansı qozalar yetişir? Onlar harada yerləşir? Qozalar hansı 
əlamətlərinə görə  fərqlənir? Tozcuq harada yetişir? Tozcuğun quruluşu bitki üçün hansı 
əhəmiyyət kəsb edir? Gələcək bitkinin rüşeymi harada əmələ gəlir? Toxum yetişən zaman 
nə ilə qorunur? Toxumlar yetişən zaman qozaların pulcuqları ilə  nə baş verir? Toxumun 
qanadcığı hansı rol oynayır? 
Nəzəri məlumatın “Çılpaqtoxumluların təbiətdə rolu və əhəmiyyəti” hissəsini müəllim 
şagirdlərlə birlikdə oxuyur, yaranan sual və  əlavələri müzakirə edir, mövzunu 
ümumiləşdirir.  
 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda öyrənilmiş 
məlumatdan istifadə edərkən şagirdlər “lal” sxemi doldururlar. 
 
 
 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə düzgün cavabları qeyd edən  şagirdlər 
çılpaqtoxumluların səciyyəvi xüsusiyyətləri və çoxalması haqqında bilikləri ümumiləşdirirlər. 
Əvvəlki dərsdə  tərtib olunan BİBÖ cədvəli tamamlanır. Bu tapşırıqlar ümumilikdə  dərsin 
məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün əlverişli şərait yaradır.   
Qiymətləndirmə meyarları: müəyyənetmə, şərhetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
müəyyən 
edərkən  tez-tez 
səhvlərə yol verir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
çətinliklə 
müəyyən edir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini,  
əsasən, 
müəyyən edir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
düzgün 
müəyyən edir. 
Spermi  
Yumurta 
hüceyrə
Yetkin 
bitki 
ziqot 
rüşeym 
toxum 


 
42
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=752YhVLYWro 
http://www.youtube.com/watch?v=r1wWgIcyEXo 
http://tana.ucoz.ru/load/303 
http://biology-online.ru/video/botanika-6-klass 
 
Dərs 15 / Mövzu 14:
 ÖRTÜLÜTOXUMLULAR ŞÖBƏSİ.  
                                   İKİLƏPƏLİLƏR SİNFİ 
 
 Müvafiq mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə keçən il ərzində qazanılan 
biliklərə  əsaslanaraq  “Örtülütoxumlu bitkilərin orqanları” mövzusunda “Klaster”i 
doldurmağı təklif edə bilər. 
  
 
Sxem müəllimin sualları əsasında da doldurula bilər. Məsələn,  

 
Hansı orqanlar vegetativ (generativ) orqanlara aiddir? Niyə? 

 
Köklərin (yarpağın, gövdənin, çiçəyin) hansı növləri mövcuddur? 

 
“Örtülütoxumlular” adı nə ilə bağlıdır?  

 
Çiçəkli bitkilərin toxumlarının quruluşu necədir? Və s. 
 Müəllimin seçimindən asılı olaraq praktik iş  hər hansı çiçəkləyən otaq bitkisi
herbari nümunələri, yaxud  müvafiq tablo əsasında aparıla bilər. İsladılmış noxud (lobya) 
toxumlarını  şagirdlər özləri və ya müəllim 2-3 gün əvvəldən hazırlayır.  İşin gedişi və 
müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.
 
 
Çılpaqtoxumlulara 
aid bitkilərin təbiətdə 
rolu və əhəmiyyəti 
haqqında mülahizə-
lərini müəllimin kö-
məyi ilə şərh edir.  
Çılpaqtoxumlulara aid 
bitkilərin təbiətdə rolu 
və əhəmiyyəti haq-
qında mülahizələrini 
şərh edərkən çətinlik 
çəkir.  
 
Çılpaqtoxumlulara aid 
bitkilərin təbiətdə rolu 
və əhəmiyyəti haq-
qında mülahizələrini 
əsasən şərh edir.  
 
Çılpaqtoxumlulara 
aid bitkilərin tə-
biətdə rolu və əhə-
miyyəti haqqında 
mülahizələrini 
dolğun şərh edir.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir
.
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Örtülütoxumlu bitkilərin xüsusiyyətləri haqqında  mülahizələrini 
şərh edir. 
 
 
Çiçəkli bitkilərin 
orqanları 
Vegetativ 
Generativ 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə