Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

 
32
Bu dərsin izahı zamanı müəllimin  əyani vəsaitlərdən fəal istifadə tövsiyə olunur. 
Materialla tanış olduqdan sonra lövhədə “lal” sxem təqdim edilir. Şagirdlər boş çərçivələri 
doldururlar. Sxemi tamamlayan zaman şagirdlərdə mamırların çoxalması haqqında 
məlumatlar təkrarlanır və möhkəmləndirilir.  
 
Dərs zamanı  aşağıdakı internet saytında yerləşən videomaterialdan istifadə etmək 
mümkündür: http://my.mail.ru/video/mail/latica777/28/30.html#video=/mail/latica777/28/30 
Mamırların təbiətdə  və insan həyatında  əhəmiyyəti haqqında məlumatı  cədvəldə 
yerləşdirmək olar.  
Mamırların təbiətdə və insan həyatında rolu 
Mənfi təsir Müsbət təsir 
 
 
 Şagirdlər şəkildə dişi və erkək bitkiləri, ayaqcıq və qutucuğu  göstərir, seçimlərini 
əsaslandırırlar (qutucuq yalnız dişi bitkisində əmələ gəlir). 
Verilmiş tapşırığın alternativ variantı:  Müəllim quş mamırının çoxalmasının mərhələ-
lərinə aid ayrı-ayrı kartoçkalar hazırlayıb şagirdlərdən onları düzgün ardıcıllıqla yığmağı 
təklif edə bilər. Onları lövhədə maqnitlərlə, yaxud yapışqan lentlə bərkitmək mümkündür.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar “mamırlar” və 
“yosunlar” mövzularının ümumiləşdirilməsinə xidmət edir və  dərsin məqsədində qeyd 
olunmuş bacarıqların formalaşmasını yoxlamağa imkan yaradır.  
  
 
Qiymətləndirmə meyarları: əməletmə, fərqləndirmə 
Elektron resurs: 
http://my.mail.ru/video/mail/latica777/28/30.html#video=/mail/latica777/28/30 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Mamırların öyrənilməsi 
üçün mikroskopdan 
istifadə qaydalarına 
düzgün əməl etmir. 
 
Mamırların öyrə-
nilməsi üçün mik-
roskopdan istifadə 
qaydalarına qis-
mən əməl edir. 
Mamırların öyrənil-
məsi üçün mikros-
kopdan istifadə qay-
dalarına, əsasən, 
əməl edir. 
Mamırların öyrə-
nilməsi üçün mik-
roskopdan istifadə 
qaydalarına tam 
əməl edir. 
Yaşıl mamırlarda çoxal-
ma prosesinin səciyyəvi 
xüsusiyyətlərini  yalnız 
müəllimin köməyi ilə 
müəyyənləşdirir. 
Yaşıl mamırlarda 
çoxalma prosesi-
nin səciyyəvi xü-
susiyyətlərini  çə-
tinliklə müəyyən-
ləşdirir. 
Yaşıl mamırlarda ço-
xalma prosesinin sə-
ciyyəvi xüsusiyyət-
lərini,  əsasən, düz-
gün müəyyənləşdirir.  
Yaşıl mamırlarda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  müəyyən-
ləşdirir.  
mayalanma 

?
?
 bitki 
   bitki  
?
spermatozoid 
Mamırın qutucuğu 


 
 
33
Dərs 10 / Mövzu 10:
 QIJIKİMİLƏR. QIJILARIN ÇOXALMASI 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir 
və sualın müzakirəsini təşkil edir. Şagirdlər öz mülahizələrini söyləyir və belə  nəticəyə 
gəlirlər ki, “qıjıkimilər sporlu bitkilər olduğuna görə çiçək əmələ gətirmir”

Şagirdlər  əvvəl qazandıqları biliklərə  əsasən ibtidai və ali bitkilərin xüsusiyyətlərini 
sadalayır, ali bitkilərin sporlu və toxumlu olduğunu qeyd edirlər. Bu mərhələdə müəllim 
şagirdlərin ali sporlu bitkilər haqqında bilik səviyyələrini müəyyən etmək və biliklərini 
fəallaşdırmaq üçün bir neçə sual verə bilər:  

 
Sporlu bitkilərdə mayalanma prosesi harada gedir? 

 
Mamırların bədəni hansı hissələrdən ibarətdir? Və s.  
Bu məlumat “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
 Laboratoriya işini təbii obyekt üzərində də aparmaq məqsədəuyğundur. Şagirdlərə 
müşahidələrinin nəticələrini sxemdə qeyd etmək təklif olunur. Məsələn,  
                                                     Qıjı 
 
           Yerüstü 
orqanlar                 
Yeraltı orqanlar  
...........................................................                ....................................................... 
İş zamanı
 
“Qıjıların yarpağı necə olur?”, “Niyə  qıjıkimiləri ali sporlu bitkilərə aid 
edirlər?” kimi suallar müzakirə olunur. Aparılan müzakirələr şagirdlərin növbəti mərhələyə 
hazırlanmasına xidmət edir.  
 Dərsin məqsədlərini nəzərə alaraq paraqrafın nəzəri materialı ilə tanışlıq aşağıdakı 
suallar əsasında qurula bilər:  
1. Qıjıkimilər hansı şəraitdə inkişaf edir? 
2. Qıjıkimilərin həyat tsiklində hansı nəsillər olur? 
3. Sporlar yetişən orqanlar necə adlanır? 
4. Spordan nə inkişaf edir? 
Alt 
STANDARTLAR
 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir.
  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 

 
Qıjıkimilərin quruluşu və həyat tərzi haqqında mülahizələrini 
şərh edir. 

 
Qıjıların öyrənilməsi üçün laboratoriya avadanlıqlarından isti-
fadə qaydalarına əməl edir. 

 
Mamırlar və  qıjıkimilərdə çoxalma proseslərini müqayisə 
edir, fərqləndirir. 
 


 
34
5. Spordan inkişaf edən orqanizm hansı nəsildir (cinsiyyətli, yoxsa cinsiyyətsiz)? 
6. Qıjıkimilərdə neçə cür cinsiyyət hüceyrəsi yaranır? 
7. Yumurta hüceyrənin mayalanması üçün hansı şərait lazımdır? 
Bu dərsin izahı zamanı müəllimin  əyani vəsaitlərdən fəal istifadəsi tövsiyə olunur. 
Dərslikdəki “Qıjıkimilərin çoxalması” sxemi ilə yanaşı, iri tablolardan, elektron təqdimat 
və animasiyalardan istifadə etmək mümkündür: 
http://tana.ucoz.ru/load/303 
http://tana.ucoz.ru/load/229 
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI 
 Tapşırığı  şagirdlər müstəqil yerinə yetirib, cavabları  dəftərdə qeyd edirlər. Sonra 
nəticələr yoxlanılır, qıjıkimilərin orqanları və onların tərifi bir daha təkrarlanır, “Fəaliyyət” 
mərhələsinin cavabları ilə müqayisə olunur.   
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqları yerinə yetirərkən 
şagirdlər qıjıkimilərdə çoxalma prosesinin mərhələlərini təsvir edir, hər mərhələyə aid olan 
termin və anlayışları qeyd edirlər. Bu zaman mamırların çoxalması ilə müqayisə etmək, 
oxşar və fərqli məqamları qeyd etmək məqsədəuyğundur.  
Qiymətləndirmə meyarları: şərhetmə, əməletmə, fərqləndirmə 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/303 
http://tana.ucoz.ru/load/229 
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qıjıkimilərin quruluşu və 
həyat tərzi haqqında  fi-
kirlərini müəllimin və 
yoldaşlarının verdiyi su-
alların köməyi ilə  şərh 
edir.  
Qıjıkimilərin 
quruluşu və həyat 
tərzi haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir.  
Qıjıkimilərin quruluşu 
və həyat tərzi haq-
qında  mülahizələrini 
şərh edərkən səhvlərə 
yol verir. 
Qıjıkimilərin 
quruluşu və həyat 
tərzi  haqqında  mü-
lahizələrini ətraflı  
şərh edir.  
Mamırlar və qıjıkimilərdə 
çoxalma proseslərini  
fərqləndirməkdə çətinlik 
çəkir.  
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini  müəlli-
min köməyi ilə 
fərqləndirir.  
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini,  əsasən, 
düzgün fərqləndirir.  
 
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini  düzgün 
fərqləndirir.  
 
Qıjıların öyrənilməsi 
üçün laboratoriya ava-
danlıqlarından istifadə 
qaydalarına  tam əməl et-
mir. 
Qıjıların öyrənilmə-
si üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına 
əmək edərkən bəzi 
səhvlər buraxır.  
Qıjıların öyrənilməsi 
üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına, 
əsasən, əməl edir. 
Qıjıların öyrənilməsi 
üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına 
tam əməl edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə