Microsoft Word be-8-24. 12 azeri



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#42908
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 



 

 

İya Qriqalaşvili   

İvane Cavaxişvili adına  

Tbilisi Dövlət  Universiteti  

 

İkinci dilin tədrisində adaptasiya olunmuş ədəbiyyatın rolu 

 

Abstrakt 

 

Gürcü dilini bilmək qeyri-gürcü mənşəli vətəndaşlara ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatına 



aktiv  cəlb  olunma  imkanını  verir.  Bunun  üçün  də  dilin  öyrənilməsinə  xüsusi  əhəmiyyət  verilir.  Son 

illərdə bu cəhətdən bir neçə uğurlu addım atılmış, dərsliklər nəşr  edilmiş, qeyri-gürcülər üçün ikinci di-

lin tədrisinin metodikası və təcrübəsi təkmilləşdirilmişdi.  

İkinci  dilin  tədrisi  proqramı  ilə  nəzərdə  tutulmuş  gürcü  dilinin  kommunikasiya  aspektlərinin 

öyrənilməsində  azərbaycanlı  tələbələr  üçün  Məmməd  Gülməmmədovun  “Gürcücə-Azərbaycanca  oxu 

kitabı” çox yardım edir.  

Qeyri-gürcülər  üçün  ikinci  dilin  tədrisində adaptasiya  olunmuş ədəbiyyatdan  çox  istifadə  olunmalıdır. 

Yaxşı  olardı  ki,  onlara  müasir  gürcü  yazıçılarının  hekayələrinin  adaptasiya  olunmuş  variantlarını 

çatdıraq. 

 

Gürcüstanın  çoxmillətli    əhalisinin  ictimai 



həyata  aktiv  cəlb  olunmasının  və  demokratik 

şərtlərdə  sosium  üzvlərinin  hüquqi  birlikdə 

yaşamalarının  əhəmiyyətli  amillərindən  biri 

qeyri-gürcü  mənşəli  cəmiyyət  üçün  ikinci,  yəni 

dövlət  dili,  gürcü  dilini  bilməkdir.  Son  illərdə 

bu  cəhətdən  bir  neçə  uğurlu  addım  atılmış, 

dərsliklər  nəşr    edilmiş,  qeyri-gürcülər  üçün 

ikinci  dilin  tədrisinin  metodikası  və  təcrübəsi 

təkmilləşdirilmişdi.  Amma  yenə  də    bir  çox 

problem həll olunmalıdır. Bu problemlərin həlli 

peşəkar  professor-müəllimlərin  və  qeyd  edilən 

mövzu  ilə  maraqlanan  tədqiqatçı-alimlərin 

qarşısında durur. 

Gürcü  dilini  bilmək  qeyri-gürcü  mənşəli 

vətəndaşlara  ölkənin  sosial,  iqtisadi,  siyasi  və 

mədəni  həyatına  aktiv  cəlb  olunma  imkanını 

verir. Bunun üçün də dilin öyrənilməsinə xüsusi 

əhəmiyyət  verilir.  Dilşünaslar  dil  qruplarını 

fərqləndirirlər,  bu  qruplarda  insanlar  cinslərinə, 

yaşlarına,  milli  mənşələrinə,  yaşayış  yerlərinə 

və ya maraqlarına əsasən birləşə bilərlər. Amma 

belə bir qruplaşma çox ümumi xarakterlidir. 

Məlumdur  ki,  “linqvistikada,  insanlar  

istifadə  etdikləri  dilə  və  ya  dillərə  əsasən 

qruplaşırlar.  Bu  ölçü  nümunə  kimi  düzüldükdə 

bəzən  linqvistikadan  kənarlaşır:  millət  bir 

nöqteyi-nəzərdən dillə, eləcə də başqa amillərlə 

müəyyənləşdirilir. 

Digər 

tərəfdən, 



siyasi 

cəhətdən 

müəyyənləşdirilən 

“millət” 

kateqoriyasından  bəzən  linqvistikada  istifadə 

olunur  ki,  “dil”-in  təyin  edilmiş  mənasını  ver-

sin.  Bu  cəhətdən,  “dil”  -  dialektlərin  kontini-

umudur,  hansılarla  bir  dövlətin  sərhədlərində 

danışılır”. (Holidey,1973, səh. 76). 

Qeyri-gürcüdillilər 

üçün 

ikinci 


dili 

öyrəndikdə  gürcü  danışıq  dilini  öyrənməklə 

birlikdə  yaxşı  olardı  ki,  ədəbi  dil  biliyinin 

dərinləşdirilməsinə  diqqət  verilsin  ki,  tələbələr 

gələcəkdə  orijinal  ədəbiyyatı  oxuya  bilsinlər. 

Bu  nəticəni  əldə  etmək  üçün  ən  yaxşı  vasitə 

onlar  üçün  adaptasiya  olunmuş  ədəbiyyatın 

çatdırılmasıdır. 

Adaptasiya  olunmuş  bədii  ədəbiyyatı  oxu-

maq  əhəmiyyətli  yerlərdən  birini  tutur  və  dilə 

sahib  olmanın  lazımi  şərtini  və  vasitəsini 

təqdim  edir.  Adaptasiya  olunmuş  mətnlər 

İkidilli təhsil, #8, 2011 




 

 

tələbənin dünyagörüşünü genişləndirir, müstəqil 



nəticələr  çıxarmaq  və  ölçülər  götürmək  üçün 

material 

çatdırır 

və 


düşüncənin 

dərinləşdirilməsi  üçün  əsas  yaradır.  Tələbələrə 

mətni  dərindən  oxumaqda  mühazirəçi  yardım 

edir  ki,  ikinci  dili  öyrənənlər  dil  normalarının 

aşılanmasına, 

müəllifin 

nöqteyi-nəzərinin 

ayrılmasına  diqqət  yetirsinlər.    Adaptasiya 

olunmuş 

bədii 


ədəbiyyatın 

düşünülərək 

oxunulması, 

mətnin 


məzmunun 

düzgün 


anlaşılması,  onun  dil,  estetik  və  emosional 

zənginliyini 

qəbul 

etmək 


tələbələrin 

təfəkkürünə  və  ədəbi  zövqün  təkmilləşməsinə 

mühüm təsir göstərir. 

Mühazirəçi 

adaptasiya 

olunmuş 


oxu 

mətnini 


analiz 

etdikdə 


tələbənin 

fikrini 


anketləşdirmə, testlədirmə ilə və ya şifahi sorğu 

ilə,  suallar  verməklə  üzə  çıxarmalıdır.  Belə  bir 

sorğularla 

tələbə 


tərəfindən 

ikinci 


dilin 

öyrənilmə 

prosesində 

leksik 


ehtiyatın 

zənginləşdirilməsinə  və  gürcü  dili  üçün 

səciyyəvi  dil-stilistik  normalarını  ayırd  etməyə 

dəstək  verir. Bunun üçün tələbələrin  həm fərdi, 

eləcə  də  qrup  sorğusunu  keçirmək  lazımdır. 

Onları  qruplarda  birləşdirmək  olar.  Adaptasiya 

olunmuş  mətn  üzərində  iş  qrammatik,  leksik, 

stilistik  kateqoriyaların  öyrənilməsinə  və  oxu-

nulan  materialla  əlaqədar  bir  çox  nitq  və  yazı 

vərdiş-bacarıqlarının inkişafına səbəb olmalıdır. 

Yaxşı  olardı  ki,  mühazirəçi  ön  sözlə 

tələbələri oxu material ilə maraqlandırsın, çünki  

müsbət  emosional  əhval-ruhiyyə  dili  öyrənənə 

mətnlə 


diqqətlə 

tanış 


olmaqda 

yardım 


edəcəkdir.  İkinci  dili  öyrənənin  ona  gürcü 

dilıində  adaptasiya  olunmuş  bədii,  klassik 

ədəbiyyatı oxumaq, və nəinki onun məzmununu 

anlamaq, eləcə də konkret mətnin mədəni-ədəbi 

əhəmiyyətini  dərk  etmək  imkanının  verildiyini 

anladıqda    zövq  alır  və  bu  onun  üçün  maraqlı  

olur. Oxunun əsas məqsədi informasiyanı qəbul 

etməkdir.  Bunun  üçün  də  mətnlər  düzgün 

seçilməlidir  ki,  onları  oxuyanı  maraqlandıra 

bilsinlər.  Mühazirəçi 

tələbələrin 

diqqətini 

mətnin  müəllifinə,  əsərin  başlığına,  yaxud  da 

əsərin  mühüm  mövzusuna diqqəti yönəldə bilər 

və bu da ikinci dili öyrənənlərin oxunulan mate-

riala olan marağını artıracaqdır. 

Məlumdur  ki,  mətnin  oxunulması  çətin 

psixolinqvistik  bir  prosesdir,  bunun  üçün  də 

mətnin  müəllifi  və  oxucu  arasında  anonim  sap 

dolanılmalıdır.  Mətni  anlamaq  bir  tərəfdən  dili 

öyrənənlərin  fərdi,  yaş  və  sosial  psixoloji 

xüsusiyyətlərindən  və  digər  tərəfdən,  mətnin 

linqvistik xarakterindən asılıdır. 

Düşünürük  ki,  ikinci  dilin  tədrisi  proqramı  ilə 

nəzərdə  tutulmuş  gürcü  dilinin  kommunikativ 

aspektlərini  öyrəndikdə  azərbaycanlı  tələbələr 

üçün  Məmməd  Gülməmmədovun  “Gürcücə-

Azərbaycanca  oxu  kitabı”  çox  yardım  edir. 

Amma  müəllim  lazımi  materialı  seçməlidir. 

Çünki  “müəllim  kursun  məqsədlərində    və 

materialın  təşkilində  qərarlar  qəbul  edir” 

(Friksen,  1974,  səh.4). “Gürcücə-Azərbaycanca 

oxu  kitabı”nı  tərtib  edənlər  qeyd  edirlər  ki, 

kitab oxu mətnlərinin toplumunu təqdim edir və 

Gürcüstanın 

azərbaycandilli 

ümumtəhsil 

məktəbləri,  eləcə  də  Azərbaycanda  gürcü 

məktəblərinin  şagirdləri,  tələbələr,  əhalinin 

geniş təbəqəsi, gürcü dilini  öyrənənlərə yardım 

etmək  üçün  nəzərdə  tutulmuşdur.  Kitabın 

müsbət  tərəfləri  arasında  onu  qeyd  etmək 

lazımdır  ki,  gürcü  mətnlərini  Azərbaycan 

dilində tərcümə üşayiət edir. Bu da şübhəsiz ki, 

alqışlanılası  bir  təcrübədir.  Əsasən,  ikinci  dili 

tədris  edən  müəllimlərin  istifadə  etdikləri 

dərsliklər  gürcücə-ruscadırlar.  Düşünürük  ki, 

gürcü  dilinin  və  tələbələrin  konkret  qrupunun 

ana  dilinin  üzərində 

qurulan  adaptasiya 

olunmuş  mətnləri  ikinci  dilin,  gürcü  dilinin 

daha  yaxşı  anlaşılmasına  dəstək  verəcəkdir. 

Klassik  ədəbiyyatdan  adaptasiya  olunmuş, 

müasir  gürcü  dilinə  keçirilən  mətnlər  oxucuya 

lazımi  emosional  təsir  göstərirlər.  Onlarda 

verilən  mövzu  dili  öyrənənlərin  diskussiyaya 

daxil  olmaları,  onların  ikinci  dildə  danışmaları 

üçün yaxşı vasitədir. Müəllim tərəfindən əsasən 

gürcü 

dilində 


söhbətin, 

tələbələrə 

olan 

müraciətin  və  sorğunun  onlar  tərəfindən  ikinci 



dilin 

mənimsənilməsinə 

dəstək 

verdiyini 



düşünürük.  Məlumdur  ki,  Berlits  metoduna 

əsasən  “xarici  dilə  sahob  olma  vasitəsi  kimi 

İkidilli təhsil, № 8, 2011 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə