Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə16/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   12   13   14   15   16   17   18   19   ...   268

 

52 


 

(nəqliyyat)  əməliyyatlarına həmişə mülki hüququn sahəsi kimi 

baxmışdır. Buna görə  də daşıma münasibətlərini tənzimləmək və 

nizamlamaq üçün mülki hüquqda nəqliyyat hüququ kimi vacib 

institut ayrılmışdır.

3

 Nəqliyyat hüququ institutunun mərkəzi anlayışı 



kimi isə daşıma müqaviləsi hesab edilir. Beynəlxalq daşıma 

müqaviləsinə  də  tərif verərkən məhz mülki  hüquqda daxili daşıma 

müqaviləsi üçün nəzərdə tutulan  anlayışdan istifadə etmək lazımdır. 

Bundan ötrü kifayət qədər  əsaslar  və arqumentlər vardır. Belə ki, 

əsas hüquqi parametrlərinə  və  əlamətlərinə, habelə öz təyinatlarına 

görə beynəlxalq daşıma müqaviləsi ilə daxili daşıma müqaviləsi 

eynitipli müqavilələrdir.  

Beynəlxalq daşıma müqaviləsi ilə daxili daşıma müqaviləsi 

ona görə eyni tipli müqavilələrdir ki, onlar «daşıma müqaviləsi» adlı 

eyni bir müqavilənin ayrı-ayrı növləridir. Məlum olduğu kimi

daşımalar «xarici element» kimi meyara (əlamətə) görə iki növə  

ayrılır: beynəlxalq daşımalar və  daxili daşımalar. 

Beynəlxalq daşımalar xarici elementə malik olması ilə daxili 

daşımalardan fərqlənir. Daxili daşımalar xarici elementdən 

məhrumdur. Xarici element yükün xaricə daşınmasında, daşımanın 

xaricdə yerinə yetirilməsində ifadə olunur.

1

  

Deməli, beynəlxalq daşıma  müqaviləsinə  də daxili daşıma  



müqaviləsinə verilən analoji tərif verilməlidir. Lakin bu tərifdə 

beynəlxalq daşımanın  əsas xüsusiyyəti olan xarici element mütləq 

qeyd olunmalıdır.  

 

 



                                                            

3

 Бах: Ялийев Е.Я. Няглиййат щцгугунун ясаслары. Дярс вясаити. Бакы, 2004. 



1

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 

1981,  с.5;  Экономика  и  организация  внешнеторговых  перевозок.  Учебник / 

Отв.  ред.  К.В.Холопов.  М., 2000, с. 138; Международное  частное  право. 

Учебник / Под. ред. Г.К.Дмитриевой. М., 2004, с.439.  



 

53 


 

Nəqliyyat  əməliyyatlarının predmetinə  və ya daşımanın 

obyektinə görə beynəlxalq nəqliyyat daşımaları üç növə bölündüyü 

kimi, beynəlxalq daşıma müqavilələri də üç yerə ayrılır:

2

 

-beynəlxalq yük daşınması müqaviləsi; 



-beynəlxalq sərnişin daşınması müqaviləsi; 

-beynəlxalq baqaj daşınması müqaviləsi.  



 

2.2.Beynəlxalq yük daşınması müqaviləsi 

 

Məlum olduğu kimi, beynəlxalq yük 

daşınması müqaviləsi beynəlxalq daşıma 

müqaviləsinin növlərindən biridir. Bu 

müqavilə nəqliyyat vasitələri ilə beynəlxalq 

yük daşımaları həyata keçirilən zaman tətbiq olunur.  



Beynəlxalq yük daşınması müqaviləsinə görə, daşıyıcı 

yükgöndərən tərəfindən ona tapşırılan yükü  xaricdə olan təyinat 

yerinə    çatdırmağı  və yükü almağa səlahiyyəti olan şəxsə 

(yükalana) verməyi, yükgöndərən isə yükün daşınması üçün 

müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürür.

3

  



Öz hüquqi təbiətinə görə  beynəlxalq  yük daşınması 

müqaviləsi əvəzli və ikitərəfli  müqavilədir. Bununla belə, daxili yük 

daşınması  müqaviləsi kimi beynəlxalq yük daşınması müqaviləsi də 

real müqavilədir. Xarici müəlliflər arasında (xüsusən, Fransada) belə 

bir fikir geniş yayılmışdır ki, daşıma müqaviləsi konsensual 

müqavilədir.  

Beynəlxalq yük daşınması  

müqaviləsində  iki tərəf  çıxış edir. 

Müqavilə  də  məhz onlar arasında 

                                                            

2

  Ялийев  Е.Я.Глобаллашма  дюврцндя  бейнялхалг  няглиййат  дашымалары:  щцгуги 



аспектляр. Бакы, 2006, с. 95. 

3

  Бязи  мцяллифлярин  бейнялхалг  йцк  дашынмасы    мцгавилясиня    вердикляри  тяриф 



юзцндя  хариъи  елемент      мясялясини  якс  етдирмир  (бах:  Авчинкин  Д.В. 

Международные  перевозки.  Минск, 1999, с.7;  Садиков  О.Н.  Правовое  

регулирование международных перевозок. М., 1981, с.68.). Сюз йох ки, бу тяриф 

гцсурлудур. 



Beynəlxalq yük  

daşınması müqa- 

viləsi anlayışı 

Beynəlxalq yük da- 

şınması  müqavilə- 

sinin elementləri


 

54 


 

bağlanılır. Məlum məsələdir ki, söhbət daşıyıcıdan (nəqliyyat 

təşkilatından) və yükgöndərəndən  gedir.  

 Yükalana 

gəldikdə isə qeyd etmək lazımdır ki, o, yük 

daşınması  müqaviləsinin bağlanmasında iştirak etmir və buna görə 

də müqavilənin tərəfi hesab edilmir. Əgər iştirak etsəydi, onda yük  

daşınması  müqaviləsi    üç  tərəfin (daşıyıcının, yükgöndərənin və 

yükalanın) iradəsini ifadə edərdi və bu səbəbə görə üçtərəfli 

müqavilə kimi tanınardı. Amma yük daşınması müqaviləsi, o 

cümlədən onun bir növü olan beynəlxalq yük daşınması müqaviləsi 

öz mülki-hüquqi statusuna görə üçüncü şəxsin xeyrinə bağlanan 

müqavilə hesab edilir. Buna görə  də yükalan xeyrinə müqavilə 

bağlanan üçüncü şəxsdir.  

Yükalan daşıyıcı  və yükgöndərənlə  bərabər, yük daşınması 

müqaviləsinin subyektidir. O, müqavilədən  əmələ  gələn öhdəliyin, 

başqa sözlə desək, yükdaşıma ilə bağlı  yaranan müqavilə 

münasibətinin  iştirakçısıdır.

1

 Bu sözləri beynəlxalq yük daşınması 



müqaviləsinin subyekti kimi yükalan barədə də demək olar.  

 Beləliklə, beynəlxalq yük daşınması müqaviləsinin 

subyektləri   yükgöndərəndən,  daşıyıcıdan və yükalandan 

ibarətdir. Onun tərəfləri  isə yalnız yükgöndərən və daşıyıcı hesab 

edilir. Deməli, beynəlxalq  yük daşınması müqaviləsində üç subyekt, 

iki tərəf iştirak edir.  



 

 

 

 

                                                            

1

  Бах:  Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть 2. Л., 



1961,  с.293;  Коммерческое  право.  Учебник / Под  ред.  В.Ф.Попондонуло, 

В.Ф.Яковлевой.  СПб., 1997, с.309;  Витрянский  В.В.  Договор  перевозки.  М., 

2001, с.265; Я.Щаъыбяйли, В.Миркалам, И.Ялийев вя б. Коммерсийа щцгугу. Дярс 

вясаити. Бакы, 2003, с.77.   




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə