Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə15/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   11   12   13   14   15   16   17   18   ...   268

 

47 


 

məsuliyyət də mövcuddur» kimi ideya həmin prinsipin 

mahiyyətini təşkil edir. 

Təqsirə görə  məsuliyyət prinsipi beynəlxalq nəqliyyat 

sazişlərinin  əksəriyyətində formulə edilmişdir. Bu sazişlərdə 

göstərilir ki, yalnız təqsiri olduqda daşıyıcının üzərinə məsuliyyət 

düşür. Həmin prinsip hava daşımalarına həsr olunmuş Varşava 

Konvensiyasında, avtomobil nəqliyyatı ilə beynəlxalq yük 

daşımalarına  aid BYDM konvensiyasında. KOTİF-də, MDB 

ölkələri arasında dəmir yolu daşımalarını  tənzimləyən müvafiq 

sazişdə daha aydın şəkildə ifadə olunmuşdur. 

Bəzən bu prinsipin tətbiqi məhdudlaşır, yəni daşıyıcı 

təqsirdən asılı olmayaraq məsuliyyət daşıyır. Təqsirdən asılı 

olmayaraq məsuliyyətə hüquq ədəbiyyatında obyektiv məsuliyyət 

deyilir. Məsələn, beynəlxalq hava daşımalarına  aid                    olan 

Qvatemala Protokolu (1971-ci il), Monreal Protokolu (1975-ci il) 

və   Monreal  Konvensiyası  (1999-cu il) məhz obyektiv 

məsuliyyət prinsipindən çıxış edir.  

Beynəlxalq nəqliyyat hüququnun ikinci ənənəvi prinsipi 

məhdud məsuliyyət    prinsipidir. Bu prinsipə görə, daşıyıcının 

məsuliyyəti beynəlxalq nəqliyyat konvensiyaları ilə 

müəyyənləşdirilmiş limit həddində  məhdudlaşdırılır. Lakin 

Varşava Konvensiyasına görə,  əgər hava daşıyıcısı  qərəzli 

(qəsdən) hərəkətlər edərsə, o, məhdud deyil, qeyri-məhdud 

məsuliyyət daşıyır. Monreal Konvensiyası  da (1999-cu il) 

daşıyıcının təqsiri olduğu hallarda onun qeyri-məhdud 

məsuliyyət daşıması barədə gös  əriş ifadə edir.   

 

 

 



 

48 


 

 

 



 

 



 

49 


 

 



 

50 


 

II FƏSİL. BEYNƏLXALQ DAŞIMA MÜQAVİLƏSİ 

 

 

2.1. Beynəlxalq daşıma müqaviləsi anlayışı  və onun 

hüquqi xüsusiyyətləri  

 

Beynəlxalq daşıma müxtəlif növ nəqliyyat vasitələrilə həyata 



keçirilir. Belə daşımalar beynəlxalq sazişlər və  nəqliyyat 

konvensiyaları ilə müəyyən edilmiş şərtlər əsasında  yerinə yetirilir. 

Ona görə  də daşımaların  əsas  şərtlərinin beynəlxalq müqavilələrlə 

müəyyən edilməsi bu sahədə hüquqi tənzimetmənin  fərqləndirici 



xüsusiyyətlərindən biridir. Beynəlxalq nəqliyyat daşıma 

müqavilələri unifikasiya olunmuş normaları, vahid daşıma şərtlərini, 

daşıma sənədlərinə aid bir sıra tələbləri, yüklərin daşımaya qəbul 

edilməsi və  təyinat məntəqəsində verilməsi qaydalarını, daşıyıcının 

məsuliyyət  şərtlərini, daşıyıcıya qarşı pretenziya və iddia irəli 

sürülməsi prosedurunu və sairə məsələləri ehtiva edir.  

Beynəlxalq daşıma müqaviləsinin  digər xüsusiyyəti ondan 

ibarətdir ki, onun icrası zamanı müvafiq maddi-hüquq normaları 

müxtəlif kollizion prinsiplər  əsasında tətbiq edilir. Məsələn, 

yükgöndərən ölkənin qanunu, təyinat ölkəsinin qanunu, daşıyıcının 

qanunu, məhkəmə ölkəsinin qanunu və s. 

Beynəlxalq nəqliyyat müqavilələri hüquqi tənzimetmə 

obyektinə görə aşağıdakı kimi  fərqləndirilir:

1

 beynəlxalq daşımaların 



təşkilinin ümumi prinsipləri haqqında, daşıma  şərtləri haqqında, 

beynəlxalq daşımaların tarifləri haqqında, dövlətlər arasında 

nəqliyyat  əlaqələrinin asanlaşdırılmasına yönəlmiş müqavilələr

müxtəlif nəqliyyat növlərinin fəaliyyətinin spesifik tərəflərini 

tənzimləyən müqavilələr, beynəlxalq daşımalar sahəsində maddi 

marağın müdafiəsini nəzərdə tutan müqavilələr. 

 

 

                                                            



1

 Бах: Авчинкин Д.В. Международные перевозки. Минск, 1999, с.6-7. 




 

51 


 

Nəqliyyat konvensiyalarının layihələri BMT çərçivəsində 

YUNKTAD, YUNSİTRAL, AİK, UNİDRUA və digər beynəlxalq 

təşkilatlar  tərəfindən işlənib hazırlanır.  

 

Beynəlxalq daşıma müqaviləsində, adətən, iki tərəf iştirak 



edir: nəqliyyat təşkilatı  (daşıyıcı) və  müştəri (yükgöndərən, sərnişin 

və s.). Müqavilə tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs 

olması beynəlxalq daşıma müqaviləsinə xas olan əsas əlamətlərdən 

biridir.   

Hüqüq  ədəbiyyatı  səhifələrində  haqlı olaraq göstərilir ki, 

beynəlxalq daşıma müqaviləsi beynəlxalq nəqliyyat hüququnun əsas  

institutudur. Həqiqətən də onu beynəlxalq nəqliyyat hüququnun 

mərkəzi anlayışı hesab etsək, yanılmarıq. Bunu nə ilə izah etmək 

olar? 

Məlum olduğu kimi, daşıma prosesinin və  nəqliyyat 



əməliyyatlarının  əsas məqsədi yük və ya sərnişinləri müəyyən bir 

yerdən başqa yerə (təyinat yerinə) çatdırmaqdan ibarətdir.

1

 Bu 


məqsədə  məhz beynəlxalq daşıma müqaviləsi çərçivəsində nail 

olunur. Daşıma prosesinin iştirakçıları (müştərilər və daşıyıcılar) 

məhz  bu müqavilənin vastəsilə həmin məqsədə çatırlar.  

Beynəlxalq daşıma müqaviləsi anlayışı  bəzi beynəlxalq 

nəqliyyat konvensi-yalarında verilir. Söhbət Varşava, Brüssel, Afina 

və digər konvensiyalardan gedir.

2

 Lakin bu anlayışlar ümumi  



xarakter daşıyır. Belə ki, qanunvericilik və  nəzəriyyə daşıma 

                                                            

1

  Бах:  Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть 2. Л., 



1961,  с. 268; Садиков  О.Н.  Правовое  регулирование  международных 

перевозок. М., 1981, с.35. 

2

 Бах: п. 2 ст.1 Варшавской Конвенции; п. 2 ст. 1 Афинской Конвенции, ст. 1 



Брюссельской  Конвенции;                    п.6  ст. 1 Конвенции  о  морской  перевозке 

грузов  (Гамбургские  правила);  п. 1 ст.1  Конвенции  о  договоре 

международной  перевозки  грузов  автомобильным  транспортом.  Бу 

конвенсийалар  барядя  бах:  Международное  частное  право.  Сборник 

нормативных  документов / Составитель  Н.Ю.  Ерпылева.  М., 1994, с. 208; 

Гафаров  З.М.,  Алиев  Э.А.  Применение  современного  международного 

транспортного права в Азербайджанской Республике. М., 2002. 



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə