Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə268/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

856 


 

Beynəlxalq boru kəməri daşımalarının beynəlxalq nəqliyyat 

hüququnun formalaşmasında rolu. Beynəlxalq boru kəməri nəqliyyatı 

qloballaşma dövründə ölkələrin dünya iqtisadiyyatına inteqrasiya 

prosesinə  və müasir beynəlxalq nəqliyyat-hüquq münasibətlərinin 

davamlı və stabil inkişafına mühüm təsir göstərir.  



 

MÖVZU 9. Beynəlxalq qarışıq (intermodal)  daşımalar. 

 

Beynəlxalq qarışıq (intermodal) daşıma anlayışı, onun əsas 



xüsusiyyətləri, şərtləri və təşkili. Beynəlxalq qarışıq daşıma dedikdə 

iki dövlət arasında həyata keçirilən, yükgöndərmə və təyinat yeri iki 

müxtəlif ölkə  ərazisində olan və vahid daşıma sənədi  əsasında 

operator tərəfindən bir neçə  nəqliyyat növünün  iştirakı ilə yerinə 

yetirilən daşıma başa düşülür. Ona intermodal daşıma və ya 

multimodal daşıma da deyilir.  

Beynəlxalq qarışıq (intermodal) daşımaların beynəlxalq 

hüquqi tənzimlənməsi. Bu sahədə beynəlxalq nəqliyyat müqavilələri. 

Beynəlxalq qarışıq yük daşımaları haqqında BMT Konvensiyası 

(1980-ci il). Konvensiyanın qəbul edilməsini  şərtləndirən başlıca 

amillər: malların (yüklərin) təyinat yerinə  çatdırılması prosedurunun 

sadələşdirilməsi, nəqliyyat (daşıma) xidməti vasitəsilə beynəlxalq 

ticarətin inkişaf etdirilməsi. Konvensiyanın  əsas məqsədi – «qarışıq 

daşıma operatoru» kimi beynəlxalq hüquq institutunun yaradılması.  

Beynəlxalq qarışıq (intermodal) daşımalarda operator və 

onun rolu. Qarışıq daşıma operatorunun hüquqi statusu üç əsas 

əlamətlə müəyyən edilir: birinci, operator öz adından və ya onun 

adından hərəkət edən başqa  şəxsin vasitəsilə qarışıq daşıma 

müqaviləsi bağlayan  şəxsdir; ikinci, operator qarışıq daşıma 

müqaviləsinin tərəflərindən biridir; üçüncü, operator qarışıq daşıma  

müqaviləsinin icra olunması üçün öz üzərinə öhdəlik (məsuliyyət) 

götürən şəxsdir.  

Qarışıq daşıma müqaviləsinə görə, operator beynəlxalq  

qarışıq daşımanın (intermodal daşımanın) həyata keçirilməsinin  

təmin edilməsini haqq əvəzində öhdəsinə götürür. Qarışıq daşıma 



 

857 


 

operatoru dedikdə  şəxsən öz adından və ya onun adından hərəkət 

edən başqa  şəxsin vasitəsilə qarışıq daşıma müqaviləsi bağlayan, 

müqavilə  tərəfi kimi çıxış edən və müqavilənin icra edilməsi 

məsuliyyətini öz üzərinə götürən  şəxs başa düşülür. Operatorlar bir 

neçə qrupa bölünür: a) konteyner operatoru, konvensional operator; 

b) faktiki operator, müqavilə operatoru;                 c)  daşımanın 

təşkilində istifadə olunan nəqliyyat vasitələrinin növünə görə 

operatorlar; d) intermodal xidmət göstərdikləri  ərazi baxımından – 

ölkələr üzrə operatorlar, regionlar üzrə operatorlar, ayrı-ayrı 

istiqamətlər üzrə operatorlar, ayrı-ayrı  nəqliyyat dəhlizləri üzrə 

operatorlar və  s.  Operatorun    məsuliyyəti. Operatorun məsuliyyət 

dövrü  yükün daşınma  üçün operator tərəfindən qəbul olunduğu 

andan təhvil verildiyi anadək olan vaxt dövrünü əhatə edir. Operator 

iki əsas hala görə mülki-hüquqi məsuliyyət daşıyır: 1) yükün salamat 

qalmaması;     2) yükün təyinat yerinə çatdırılma müddətinin 

pozulması. Təqsirə görə  məsuliyyət prinsipi. Təqsir prezumpsiyası. 

Məhdud məsuliyyət prinsipi. Pretenziya və iddialar,  iddia müddəti.  

Beynəlxalq qarışıq  daşıma sənədləri və onların tipləri. 

Dövriyyə və qeyri-dövriyyə sənədləri.  

Konosament  əsasında beynəlxalq qarışıq daşımaların həyata 

keçirilməsi.  İntermodal (multimodal) daşıma konosamenti. 

Konteyner daşımaları konosamenti.  

Beynəlxalq qarışıq (intermodal) daşımaların inkişaf 

etdirilməsinin və  təkmilləşdirilməsinin beynəlxalq nəqliyyat-hüquq 

münasibətlərinə göstərdiyi təsir.  

 

MÖVZU 10. Beynəlxalq nəqliyyat  daşımalarında mülki-hüquqi  

                       məsuliyyət və sığortaetmə. 

 

Beynəlxalq nəqliyyat  daşımalarında mülki-hüquqi 

məsuliyyət anlayışı. Nəqliyyat daşıma prosesi iştirakçılarının mülki-

hüquqi (əmlak) məsuliyyət daşımaları beynəlxalq daşıma  

müqaviləsindən irəli gəlir. Belə ki, beynəlxalq daşıma müqaviləsi 

daşıma öhdəliyinin  yaranmasının hüquqi əsasıdır. Bu öhdəlik 




 

858 


 

daşıyıcı ilə yük sahibi (və ya müştəri) arasında  əmələ  gəlir. 

Beynəlxalq daşıma zamanı daşıma müqaviləsinin bütün iştirakçıları 

öz müqavilə öhdəliyini lazımi qaydada icra etməməyə görə 

məsuliyyət daşıyırlar. Digər tərəfdən, beynəlxalq daşıma müqaviləsi 

iştirakçılarının öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmələri 

onların mülki-hüquqi məsuliyyət daşımalarının əsası sayılır.  

Beynəlxalq nəqliyyat-hüquq münasibətlərində  məsuliyyət 

institutu, onun hüquqi tənzimlənməsi sahəsində  beynəlxalq 

nəqliyyat müqavilələri.  

Daşıyıcının məsuliyyətinin yaranması halları: daşıma 

predmetinin təyinat yerinə salamat çatdırılmaması, təyinat yerinə 

çatdırılma müddətinin pozulması, daşıma müqaviləsinin digər 

şərtlərinin pozulması.  

Beynəlxalq  daşıma müqaviləsi üzrə daşıyıcının məsuliyyəti. 

Məsuliyyətin əsası, şərtləri və həddi.  Daşıyıcının məsuliyyət dövrü. 

Qarışıq məsuliyyət və onun yaranma əsasları.  

Daşıyıcının məsuliyyətdən azad olunmasına səbəb olan 

hallar: yükgöndərənin və ya yükalanın düzgün olmayan hərəkətləri, 

yükgöndərən və ya yükalan tərəfindən daşıyıcıya verilən qeyri-dəqiq 

təlimatlar və ya belə  təlimatların olmaması, yükün itirilməsi, 

zədələnməsi və ya xarab olması halının yükün xüsusi təbii xassələri 

nəticəsində baş verməsi, daşıyıcının görə bilmədiyi və qarşısını ala 

bilmədiyi fors-major halları və s.  

Beynəlxalq nəqliyyat  daşımaları zamanı sığortaetmə və onun 

hüquqi tənzimlənməsi. Nəqliyyat sığortası dedikdə daşıma prosesi 

həyata keçirilən zaman həmin prosesdə iştirak edən şəxslərin onların 

nəzarət edə bilmədikləri halların nəticəsində düşdükləri müxtəlif növ 

zərərlərin əvəzini ödəməyə imkan verən  sığortaların məcmusu başa 

düşülür. Nəqliyyat sığortasının üç əsas növü fərqləndirilir: 1) 

nəqliyyat vasitələrinin sığortası; 2) yüklə bağlı olan müxtəlif 

zərərlərdən sığorta; 3) məsuliyyət sığortası.  

Sığortaetmənin  əsas müddəaları  və prinsipləri. Sığorta 

sənədləri və onların  sığortaetmədə rolu.  




 

859 


 

Avtonəqliyyat  vasitələri sahiblərinin mülki məsuliyyətinin 

icbari sığortası haqqında Avropa Sazişi (1959-cu il). Beynəlxalq 

avtomobil sığorta sistemi: yaşıl kart sistemi, mavi kart sistemi. Həm 

«yaşıl kart» sığorta polisi, həm də «mavi kart» sığorta sertifikatı sadə 

yazılı formada mülki məsuliyyətin sığorta müqaviləsinin 

bağlanmasını ifadə edir. Sığorta polisi (sığorta sertifikatı) müqavilə 

sənədidir. Həmin  müqaviləyə görə, sığorta hadisəsinin baş verdiyi 

ölkənin sığortaçısı belə hadisə baş verən zaman sığortalanmış 

nəqliyyat vasitəsinin istismarı  nəticəsində vurulan zərərə görə 

zərərçəkənə  sığorta ödənişi verməyi öhdəsinə götürür. Sığorta 

hadisəsi dedikdə üçüncü şəxsə  məxsus  əmlakın zədələnməsi və ya 

məhv olması, üçüncü şəxsin ölməsi və ya şikəst olması başa düşülür.  

Beynəlxalq nəqliyyat daşımaları ilə bağlı  sığortaetmə 

sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi.  

 

MÖVZU 11. Beynəlxalq nəqliyyat 

daşımalarında nəqliyyat  

  təhlükəsizliyi. 

 

Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat təhlükəsizliyi 



anlayışı  və onun əsas xüsusiyyətləri. Nəqliyyat təhlükəsizliyi 

nəqliyyat (daşıma) prosesinin elə bir vəziyyətidir ki, bu vəziyyət 

həmin prosesdə iştirak edən şəxslərin nəqliyyat hadisəsindən və onun 

nəticələrindən müdafiə olunması dərəcəsini əks etdirir.  

Nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin əsas prinsipləri. 

Bu prinsiplər sırasına aşağıdakıları aid etmək olar: 

-nəqliyyat (daşıma) prosesində  iştirak edən insanların həyat 

və sağlamlığının təsərrufat fəaliyyətinin iqtisadi nəticələrindən 

üstünlüyü; 

-nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə görə dövlət 

məsuliyyətinin nəqliyyat (daşıma) prosesində  iştirak edən  şəxslərin 

məsuliyyətindən üstünlüyü; 

-nəqliyyat təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, 

cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması və s. 




 

860 


 

Nəqliyyat daşımalarının təhlükəsizliyi prinsipini beynəlxalq 

nəqliyyat hüququnun ümumi prinsiplərindən törəmə xarakteri 

daşımasına baxmayaraq, təhlükəsizliyin təminatı  məsələlərində 

həlledici mövqeyə malik imperativ beynəlxalq-hüquqi normaların 

tələblərinə uyğundur. Nəqliyyat təhlükəsizliyi prinsipi sərnişin və 

yük daşımaları üzrə subyektlərin nəqliyyat fəaliyyətində mühüm 

əhəmiyyət kəsb edir.  

Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat 

təhlükəsizliyinin hüquqi tənzimlənməsi. Nəqliyyat təhlükəsizliyinin 

təmin olunması sahəsində beynəlxalq hüquqi sənədlər 

(konvensiyalar, sazişlər və b.). Beynəlxalq nəqliyyat daşımaları 

zamanı  nəqliyyat təhlükəsizliyinin təmin olunması sferasında 

beynəlxalq  əməkdaşlıq və  onun institusional bazası. Nəqliyyat 

(daşıma) təhlükəsizliyi sahəsində beynəlxalq 

əməkdaşlıq 

dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr, habelə 

qanunvericiliyə uyğun olaraq, nəqliyyat müəssisələri və daşıyıcıların 

xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr 

əsasında həyata keçirilir.  

Beynəlxalq nəqliyyat təhlükəsizliyi sahəsində əməkdaşlıq və 

tərəfdaşlığın  əsas istiqamətləri: vahid təhlükəsizlik standartlarının 

işlənib hazırlanması  və effektli tətbiqi, ekoloji nəzarətin həyata 

keçirilməsi və s.  

Nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində 

Azərbaycan Respub-likasının milli (daxili) nəqliyyat qanunvericiliyi 

və beynəlxalq müqavilə praktikası.  

Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat 

təhlükəsizliyinin təmin olunmasında beynəlxalq nəqliyyat 

hüququnun  əlaqələndirici rolu və onun inkişaf perspektivləri. 

Nəqliyyat təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması məqsədilə 

beynəlxalq nəqliyyat təhlükəsizliyi sisteminin yaradılması  zəruridir. 

Gələcəkdə dövlətlərin və digər subyektlərin intensiv və  sıx 

əməkdaşlığı sayəsində, həmçinin müvafiq beynəlxalq təşkilatların 

səyləri nəticəsində beynəlxalq nəqliyyat hüququ çərçivəsində vahid 

nəqliyyat təhlükəsizliyi konsensiyasının (beynəlxalq 




 

861 


 

konvensiyasının) qəbul edilməsi müasir dövrün aktual 

məsələlərindən biridir. 

 

MÖVZU 12. Azərbaycan Respublikasının 



nəqliyyat hüququ. 

 

Nəqliyyat hüququ anlayışı  və onun predmeti. Nəqliyyat 



hüququ dedikdə daşıyıcı (nəqliyyat müəssisəsi) ilə müştəri arasında 

daşıma prosesinin həyata keçirilməsi üçün nəqliyyat vasitələrindən 

istifadə edərək, xidmət göstərilməsi ilə əlaqədar yaranan əmlak-dəyər 

xarakterli nəqliyyat münasibətlərini tənzim edən hüquq normalarının 

sistemi və məcmusu başa düşülür.  

Nəqliyyat hüququnun predmetini nəqliyyat müəssisəsinin 

(daşıyıcının) müştəriyə  sərnişin, yük və baqaj daşımaları üzrə  və 

digər nəqliyyat xidmətləri göstərilməsi ilə bağlı olaraq yaranan 

ictimai münasibətlər – nəqliyyat münasibətləri təşkil edir. 

Nəqliyyat hüququnun mənbələri. Milli nəqliyyat 

qanunvericiliyi, hüquqi adətlər, beynəlxalq sənədlər nəqliyyat 

hüququnun mənbəyi kimi. Nəqliyyat hüququ-nun digər mənbələri: 

normativ hüquqi aktlar, əmlak dövriyyə adətləri, Konstitusiya 

Məhkəməsinin qərarları, yerli özünüidarə orqanlarının normativ 

xarakterli aktları, yerli icra hakimiyyəti orqanlarının normativ 

xarakterli qərarları və sairə.  

  Azərbaycan Respublikasının nəqliyyat  hüququnun milli 

hüquq sistemində tutduğu yer. Azərbaycan Respublikasının nəqliyyat  

hüququ sahələrarası (qarışıq) hüquq institutu və vacib mülki hüquq  

institutu kimi.  

Mülki hüququn nəqliyyat hüququnda istifadə olunan əsas 

prinsipləri:  subyektlərin hüquq bərabərliyi prinsipi, müqavilə 

azadlığı prinsipi, təqsirə görə  məsuliyyət prinsipi, məhdud 

məsuliyyət prinsipi, pozulmuş hüquqların bərpasının təmin edilməsi 

prinsipi, təqsirə görə  məsuliyyət prinsipi, məhdud məsuliyyət 

prinsipi, pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipi, 




 

862 


 

mülki hüquqların məhkəmə müdafiəsi prinsipi, hüquqdan sui-

istifadəyə yol verilməməsi prinsipi və s. 

Nəqliyyat qanunvericiliyi, onun tərkibi və sistemi. Nəqliyyat 

qanun-vericiliyi dedikdə  nəqliyyat fəaliyyəti ilə bağlı olaraq əmələ 

gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının zahirən 

ifadə olunduğu ayrı-ayrı qanunların, qanun qüvvəli aktların və digər 

normativ hüquqi aktların məcmusu başa düşülür.  

Nəqliyyat hüququnun subyektləri. Daşıyıcılar və müştərilər 

nəqliyyat hüququnun subyektləri qismində.  

Nəqliyyat və daşıma öhdəlikləri. Nəqliyyat öhdəliyi dedikdə 

elə bir mülki hüquq münasibəti başa düşülür ki, bu münasibətə görə 

nəqliyyat müəssisəsi müştəriyə daşıma və digər növ nəqliyyat 

xidməti göstərir, müştəri isə bu xidmətin  əvəzində müəyyən haqq 

ödəyir. Daşıma öhdəliyi isə elə bir hüquqi münasibətdir ki, bu 

münasibətə görə, daşıyıcı yükü, sərnişini və ya baqajı təyinat yerinə 

çatdırır, müştəri isə bunun müqabilində ona daşıma haqqı ödəyir. 

Nəqliyyat daşıma müqavilələri, onların növləri və sistemi.  

Nəqliyyat hüququnun subinstitutları: dəmir yolu hüququ, 

dəniz hüququ, hava hüququ, avtomobil hüququ, su (çay) hüququ, 

boru kəməri hüququ. Azərbaycanın sosial-iqtisadi inkişafında 

nəqliyyat hüququnun rolu və əhəmiyyəti.  

Azərbaycan Respublikasının nəqliyyat hüququ beynəlxalq 

nəqliyyat  hüququnun tərkib hissəsi kimi. Milli (daxili) nəqliyyat 

hüququnun beynəlxalq nəqliyyat hüququnun formalaşmasına və 

inkişafına təsiri.  




 

863 


 

 


 

864 


 

 



 

865 


 

 



 

866 


 

 

 



 


 

867 


 

 



 

868 


 

 



 

869 


 

 



 

870 


 

 

 




 

871 


 

 



 

872 


 

 

 



 


 

873 


 

 

 



 

 

 



 

nəşriyyat-poliqrafiya müəssisəsində (lisenziya № 

0079637)  

___  yanvar 2009-ci il tarixdə hazır diapozitivlərdən çap edilmişdir.  

Formatı 84x108 1/16. Şərti çap vərəqi ____.  

Tirajı 500. 

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -  



 

 

 Ünvan: Bakı şəhəri, Nizami rayonu,  



      Keşlə qəsəbəsi, Yuxarı bağ, 12. 

   Telefon: 514-73-73 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Zərdabi LTD” MMC



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə