Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə263/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

840 


 

«Beynəlxalq nəqliyyat hüququ» fənninin məzmununa  

dair izahat vərəqi 

 

 



«Beynəlxalq nəqliyyat hüququ» Bakı Dövlət Universitetində 

tədris edilən  fənlərdən biridir. Fənn kursunun tədrisinə 40 saat (26 

saat mühazirə, 14 saat seminar məşğələ) ayrılmışdır və proqram 

özündə 12 mövzunu əks etdirir.  

Fənnin tədris  edilməsində  məqsəd beynəlxalq  nəqliyyat 

hüququ elmi, onun anlayışı, predmeti, prinsipləri, metod və sistemi, 

mənbələri, nəqliyyat-hüquq  münasibətləri və onların  subyektləri, 

beynəlxalq  nəqliyyat daşımaları zamanı  məsuliyyət,  sığorta  və 

nəqliyyat təhlükəsizliyinin təmin olunması, habelə beynəlxalq 

nəqliyyat konvensiya və sazişlərinin, milli (dövlətdaxili) nəqliyyat 

qanunvericilik  aktlarının müddəaları barədə müvafiq biliklərin 

tələbələrə öyrədilməsindən və bu sahədə yüksək ixtisaslı  

mütəxəssislərin  hazırlanmasından ibarətdir. Fənnin öyrədilməsi 

prosesində  həmçinin proqramda tövsiyə olunan elmi ədəbiyyat və 

mənbələrin tələbələr tərəfindən dərindən  mənimsənilməsi nəzərdə 

tutulur.  

Beynəlxalq yük, sərnişin və baqaj daşıma  qaydaları, neyt, 

qaz və digər məhsulların boru kəməri nəqliyyatı vasitəsilə  nəql 

edilməsi zamanı yaranan  nəqliyyat-daşıma münasibətləri məhz 

beynəlxalq nəqliyyat hüquqi ilə    tənzimlənir.  

Müxtəlif növ  nəqliyyat vasitələri ilə beynəlxalq yük, sərnişin 

və baqaj daşınması, həmçinin beynəlxalq  nəqliyyat prosesi 

 

iştirakçıları (daşıyıcılar, yükgöndərənlər, yükalanlar, sərnişinlər,  



sığortaçılar və b.) arasındakı  qarşılıqlı    münasibətlər sahəsində 

dövlətlərin  münasibətlərini  tənzimləyən müqavilə  və hüquqi adət 

normalarının məcmusu beynəlxalq nəqliyyat hüququdur. Beynəlxalq 

nəqliyyat hüququ ümumi və xüsusi hissələrə  malik deyil, lakin 

nəqliyyat-hüquq münasibətlərinin  tənzimlənməsində 

həm 


beynəlxalq hüququn, həm də beynəlxalq xüsusi hüququn norma, 

prinsip və strukturundan istifadə edir. Məsələn,  beynəlxalq nəqliyyat 




 

841 


 

daşımalarının təşkili, beynəlxalq nəqliyyat xidmətləri bazarına çıxış, 

beynəlxalq nəqliyyat dəhlizlərindən və kommunikasiyalarından 

istifadə olunması üzrə dövlətlərarası münasibətlərin  

tənzimlənməsində beynəlxalq hüququn, beynəlxalq daşımalar zamanı 

nəqliyyat  prosesi iştirakçıları (daşıyıcılar,  müştərilər və s.) arasında 

münasibətlərin nizamlanmasında isə beynəlxalq xüsusi hüququn 

norma və müddəalarından istifadə olunur. Bu baxımdan beynəlxalq 

hüquq, beynəlxalq xüsusi hüquq və digər hüquq fənləri ilə yanaşı  

beynəlxalq nəqliyyat hüququnu dərindən öyrənmədən kamil və 

hərtərəfli hüquqşünas kimi yetişmək qeyri-mümkündür.  

Beynəlxalq nəqliyyat hüququnu dərindən mənimsəməklə 

dünyada baş verən qloballaşma, iqtisadi inteqrasiya  və bazar  

iqtisadiyyatı    şəraitində beynəlxalq nəqliyyat daşımaları ilə bağlı 

meydana çıxan çoxsaylı  problemləri həll etmək olar. Eyni zamanda, 

müasir dövrdə beynəlxalq  nəqliyyat daşıma prosesi  iştirakçılarının 

hüquq və  vəzifələrinin həyata  keçirilməsini təmin edən qaydaların 

ümumi  normalarının müəyyən  edilməsi və bu normaları bilmək bu 

sferada  çalışan  hər bir hüquqşünas, təcrübi işçi və mütəxəssislər 

üçün olduqcu vacibdir.    

     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

842 


 

 

 



 

 

 



MÖVZU 1. Beynəlxalq nəqliyyat hüququ anlayışı, predmeti, 

metod, prinsipvə mənbələri, onun  

hüquq sistemində mövqeyi. 

 

 Beynəlxalq nəqliyyat hüququ anlayışı, onun predmeti, 

məqsəd və  vəzifələri. Müasir dövrdə dövlətlərarası münasibətlər 

xarici iqtisadi-ticarət  əlaqələrinin genişlənməsi ilə  səciyyələnir. 

Beynəlxalq nəqliyyat beynəlxalq  əmək bölgüsü əsasında dövlətlər 

arasında yaranmış əlaqələrin təmin edilməsində mühüm rol oynayır. 



 


 

843 


 

Yük, sərnişin və baqaj daşınmasında  əmələ  gələn münasibətlər 

hüquqi tənzimlənməni tələb edir.  Beynəlxalq nəqliyyat hüququ 

dedikdə müxtəlif nəqliyyat növləri ilə beynəlxalq yük, sərnişin və 

baqaj daşınması sahəsində dövlətlər arasında  əmələ  gələn 

münasibətləri, həmçinin beynəlxalq nəqliyyat prosesi iştirakçıları 

(daşıyıcı, yükgöndərən, yükalan, sərnişin və b.) arasında qarşılıqlı 

münasibətləri tənzimləyən müqavilə  və adi hüquq normalarının 

məcmusu başa düşülür.   

Beynəlxalq nəqliyyat hüququnun əsas elementi, əmələ gəlmə 

əlaməti yük və sərnişinlərin beynəlxalq daşınması, nəql olunmasıdır. 

Beynəlxalq nəqliyyat hüququnun predmeti dedikdə onun nizama 

saldığı  nəqliyyat –hüquq münasibətləri başa düşülür.  Belə 

münasibətlərin  tənzimlənməsində  tətbiq  edilən hüquqi forma  və 

mexanizmlər beynəlxalq nəqliyyat hüququnun  metodudur.  

Beynəlxalq nəqliyyat hüququnun  prinsipləri: ümumi 

prinsiplər (beynəlxalq nəqliyyat münasibətlərində  dövlətlərin  

suveren  bərabərliyi, dövlətlərin  qarşılıqlı    əməkdaşlıq prinsipi, 

dövlətlərin öz üzərinə götürdükləri  öhdəliklərin vicdanla  yeri-nə 

yetirilməsi prinsipi və s.), xüsusi  prinsiplər (beynəlxalq nəqliyyat  

daşımalarında nəqliyyat təhlükəsizliyinin təmin olunması, nəqliyyat 

standartlaşdırılması və s.).  

Beynəlxalq nəqliyyat hüququnun məzmunu və  tərkib 

hissələri: beynəlxalq dəmir yolu hüququ, beynəlxalq dəniz hüququ

beynəlxalq hava hüququ, beynəlxalq avtomobil hüququ, beynəlxalq 

su (çay) hüququ, beynəlxalq boru kəməri hüququ və müəyyən 

hissədə milli (dövlətdaxili) nəqliyyat hüququ.  

Beynəlxalq nəqliyyat hüququnun mənbələri: beynəlxalq 

müqavilələr (konvensiya, saziş, razılaşma və s.), milli qanunvericilik 

aktları (qanun, məcəllə, nizamnamə və s.) və digərləri.  

Beynəlxalq daşımalar anlayışı, xüsusiyyətləri və növləri. 

Beynəlxalq nəqliy-yat daşımaları dedikdə beynəlxalq müqavilələrlə 

müəyyən edilmiş  şərtlərə uyğun olaraq, iki və ya bir neçə dövlətin 

ərazisində həyata keçirilən daşımalar başa düşülür.  

Beynəlxalq nəqliyyat daşımalarının  Azərbaycan 



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə