Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə266/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

850 


 

Hava nəqliyyatı sahəsində beynəlxalq təşkilatlar: Beynəlxalq 

Mülki Avia-siya Təşkilatı (1944-cü il), Beynəlxalq Hava Nəqliyyatı 

Assosiasiyası (1945-ci il), Avropa Mülki Aviasiya Konfransı (1954-

cü il), Avropa Hava Naviqasiya Təhlükə-sizliyi Təşkilatı – 

Avronəzarət (1960-cı il), Beynəlxalq Mülki Aeroportlar Asso-

siasiyası (1962-ci il), Beynəlxalq Hava Daşımaları Assosiasiyası 

(1971-ci il) və b.   

Beynəlxalq hava daşımalarının hüquqi tənzimlənməsi. 

Tənzimlənmə sistemi – «Varşava sistemi». «Beynəlxalq hava 

daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün» Konvensiya – 

1929-cu il Varşava Konvensiyası və onun tətbiq  sferası.     1929-cu 

il Varşava Konvensiyasını tamamlayan Əlavə Protokollar: 1955-ci il 

Haaqa Protokolu, 1966-cı il  Monreal Sazişi, 1971-ci il Qvatemala 

Protokolu, 4 nömrəli  Monreal Protokolu. 1999-cu il Monreal 

Konvensiyası.  

Beynəlxalq hava daşımaları haqqında qaydalar. İATA-nın 

beynəlxalq daşıma şərtləri. Hava gəmilərinin fraxt edilməsi və çarter 

aviadaşımaları. Hava çarter müqaviləsi və onun hüquqi təbiəti. 

Aviaçarter müqaviləsinə görə, bir tərəf (kirayəyə verən) sərnişin, 

yük, baqaj daşınması  və ya digər məqsədlər üçün hava gəmisinin 

tutumunu haqqı ödənilməklə, tamamilə  və ya qismən bir və ya bir 

neçə reys üçün digər tərəfə (kirayəçiyə) verməyi öhdəsinə götürür. 

«Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin həyata keçirdikləri 

beynəlxalq hava daşımalarına aid bəzi qaydaların infikasiyası üçün 

Varşava Konvensiyasına»  Əlavə Konvensiya –  Qvadalaxara 

Konvensiyası (1961-ci il). Faktiki daşıyıcı anlayışı. Faktiki daşıyıcı 

dedikdə müqavilə üzrə daşıyıcı olmayan, lakin daşımanı  həyata 

keçirməyə hüququ olan şəxs başa düşülür.  

Beynəlxalq hava daşımaları haqqında müqavilə üzrə 

tərəflərin hüquqları, vəzifələri və  məsuliyyəti. Pretenziya və iddialar.   

Azərbaycan Respublikasının beynəlxalq hava daşımaları 

sahəsində qanunvericiliyi və müqavilə praktikası. «Aviasiya 

haqqında» Azərbaycan Respublikasının Qanunu. Azərbaycan 

Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası. Milli 



 

851 


 

(daxili) hava hüququnun beynəlxalq nəqliyyat hüququnun 

inkişafında rolu və əhəmiyyəti. 

 

MÖVZU 6. Beynəlxalq avtomobil  daşımaları. 

 

Beynəlxalq avtomobil daşımaları anlayışı. Beynəlxalq 



avtomobil daşımaları həyata keçirilən zaman avtonəqliyyat vasitələri 

dövlət sərhədlərini keçərək başqa dövlətin  avtomobil yolları ilə 

hərəkət edir. Daşımaların təşkili, xüsusiyyətləri və növləri. 

Müntəzəm daşımalar və qeyri-müntəzəm daşımalar. «Məkik 

daşımalar» – xüsusi xarakterli beynəlxalq daşımadır. 

Beynəlxalq avtomobil daşımalarının hüquqi tənzimlənməsi. 

Beynəlxalq avtodaşımalar sahəsində  əsas beynəlxalq çoxtərəfli 

müqavilələr. Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) 

haqqında Konvensiya (1956-cı il). Konvensiyanın  əsas cəhətləri və 

tətbiq sahəsi. Beynəlxalq yük daşınması müqaviləsinin elementləri 

və müqavilənin məzmunu. 

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində 

Gömrük Konven-siyası (1959-cu il). Konvensiyanın predmeti və əsas 

xüsusiyyətləri. BYD kitabçası və onun tətbiq qaydaları.  

Beynəlxalq avtomobil daşımaları sahəsində digər çoxtərəfli 

sazişlər: vergi prosedur və qaydalarını  tənzimləyən beynəlxalq 

sazişlər [Beynəlxalq yük daşınması üçün istifadə olunan avtomobil 

nəqliyyat vasitələrinə görə vergi ödənilməsi haqqında Konvensiya 

(1956-cı il) və b.], yol hərəkətinin təşkilinə aid olan beynəlxalq 

sazişlər [Yol hərəkəti haqqında Konvensiya (1968-cı il), Yol 

nişanları  və  işarələri haqqında Protokol (1949-cu il) və b.], bəzi 

spesifik kateqoriyalı yüklərin daşınmasına aid olan beynəlxalq 

sazişlər [Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları 

haqqında Avropa Sazişi (1975-ci il) və b.], sürücülərin iş və istirahət 

rejimini müəyyən edən beynəlxalq sazişlər [Beynəlxalq avtomobil 

daşımalarını  həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə aid 

Avropa Sazişi (1970-ci il) və b.].  



 

852 


 

Beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli 

hökumətlərarası sazişlər. İcazə sistemi və onun xüsusiyyətləri.  

Beynəlxalq avtomobil daşımaları sahəsində beynəlxalq 

təşkilatlar: Beynəlxalq Avtomobil Nəqliyyatı  İttifaqı (1948-ci il), 

Beynəlxalq Avtonəqliyyat Federasiyası (1948-ci il), Uzaq Reys Yük 

Avtomobilləri Sürücülərinin Beynəlxalq  İttifaqı (1957-ci il), BMT 

AİK Daxili Nəqliyyat Komitəsi, AİBNK, Beynəlxalq Ekspeditor 

Assosiasiyaları Federasiyası (1926-cı il), Beynəlxalq Yol Polis və 

Nəqliyyat Təşkilatı  və b. Beynəlxalq avtomobil nəqliyyatının 

inkişafında     BANİ-nin rolu və fəaliyyət istiqamətləri. 

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları. Bu 

sahənin tənzim-lənməsi üçün xüsusi qəbul edilmiş sazişlər: 

«Beynəlxalq avtomobil sərnişin və baqaj daşımaları müqaviləsi 

haqqında» Konvensiya (1973-cü il), «Sərnişinlərin və baqajın 

beynəlxalq avtomobil daşımaları haqqında» Bişkek Konvensiyası 

(1997-ci il).   

Beynəlxalq avtomobil daşımaları haqqında müqavilə üzrə  

tərəflərin hüquq və  vəzifələri, məsuliyyətin  əsasları  və  hədləri. 

Üçüncü  şəxslərə  zərər vurulması ilə bağlı  təminat. Pretenziya və 

iddialar. 

Beynəlxalq avtomobil daşımalarına dair Azərbaycan 

Respublikasının qanunvericiliyi və müqavilə praktikası. «Avtomobil 

nəqliyyatı haqqında» Azər-baycan Respublikasının Qanunu. 

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası. Milli 

(dövlətdaxili) avtomobil hüququnun beynəlxalq nəqliyyat hüququnun 

inkişafına təsiri.  

 

MÖVZU 7. Beynəlxalq su (çay)  daşımaları. 

 

Beynəlxalq su (çay) daşımaları anlayışı, onun xüsusiyyətləri, 



rolu və əhəmiyyəti.  

Beynəlxalq su (çay) nəqliyyatının spesifik cəhətləri. 

Beynəlxalq çaylar və su yolları. Açıq çaylar. Beynəlxalq çaylar 

dənizlə bağlı olan elə çaylardır ki, onlar iki və ya daha çox dövlətin 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə