Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə264/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

844 


 

Respublikasının  sosial-iqtisadi durumuna və onun inkişafına təsiri.  

Beynəlxalq nəqliyyat hüququnun normaları: iştirakçıların 

dairəsinə görə – universal və partikulyar, hüquqi tənzimetmə üsuluna 

görə – dispozitiv və imperativ. Beynəlxalq nəqliyyat-hüquq 

münasibətlərinin tənzimlənməsində kollizion  normaların rolu.  

Beynəlxalq nəqliyyat hüququnun hüquq sistemində tutduğu 

yer. Beynəlxalq nəqliyyat hüququ beynəlxalq ümumi hüququn  və 

beynəlxalq xüsusi hüququn kompleks sahəsi kimi – kompleks hüquq 

institutudur.  

 

MÖVZU 2. Beynəlxalq daşıma müqaviləsi.  

 

Beynəlxalq daşıma müqaviləsi anlayışı  və onun  hüquqi 



xüsusiyyətləri. Beynəlxalq daşıma prosesinin və  nəqliyyat 

əməliyyatlarının  əsas məqsədi yük və  sərnişinləri müəyyən bir 

yerdən başqa yerə (təyinat yerinə) çatdırmaqdan ibarətdir. Bu 

məqsədə  məhz beynəlxalq daşıma müqaviləsi çərçivəsində nail 

olunur.   

Beynəlxalq daşıma müqaviləsi beynəlxalq nəqliyyat 

hüququnun  əsas institutu kimi. Beynəlxalq daşıma müqaviləsini 

daxili daşıma müqaviləsindən fərqləndirən  əsas xüsusiyyət –  onun 

xarici elementə malik olması.  

Beynəlxalq daşıma müqaviləsinin növləri: beynəlxalq yük 

daşınması müqaviləsi, beynəlxalq sərnişin daşınması müqaviləsi, 

beynəlxalq baqaj daşınması müqaviləsi.  

Beynəlxalq yük daşınması müqaviləsi anlayışı, onun 

elementləri, hüquqi təbiəti və predmeti. Beynəlxalq yük daşınması 

müqaviləsinə görə, daşıyıcı yükgöndərən tərəfindən ona tapşırılan 

yükü xaricdə olan təyinat yerinə çatdırmağı  və yükü almağa 

səlahiyyəti olan şəxsə (yükalana) verməyi, yükgöndərən isə yükün 

daşınması üçün müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürür. 

Öz hüquqi təbiətinə görə beynəlxalq yük daşınması müqaviləsi 

əvəzli, ikitərəfli və real müqavilədir.  

Beynəlxalq yük daşınması müqaviləsində 

tərəflər, 




 

845 


 

müqavilənin subyektləri, forması  və yerinə yetirdiyi funksiyalar. 

Beynəlxalq yük daşıma sənədləri: qaimə, konosoment, çarter.  

Beynəlxalq sərnişin daşınması müqaviləsi anlayışı, onun 

elementləri,  əsas xüsusiyyətləri, subyekt tərkibi və forması. 

Beynəlxalq sərnişin daşınması müqaviləsi tərəflərdən biri xarici şəxs 

olan və dövlətlər arasında həyata keçirilən sərnişin daşınmasını 

rəsmiləşdirən elə bir müqavilədir ki, bu müqaviləyə görə, daşıyıcı 

sərnişini təyinat yerinə çatdırmağı, sərnişin isə müəyyən olunmuş 

minik haqqını ödəməyi öhdəsinə götürür. Beynəlxalq sərnişin 

daşınması müqaviləsi öz hüquqi təbiətinə görə konsensual, əvəzli və 

ikitərəfli müqavilədir.  

Sərnişin bileti beynəlxalq sərnişin daşımalarını rəsmiləşdirən 

əsas nəqliyyat sənədidir.  Biletin sübutedici funksiyası. Sərnişin 

biletinin növləri: adlı  sərnişin bileti, adsız sərnişin bileti. Sərnişin 

bileti, adətən, fərdi qaydada verilir. Bununla belə, sərnişinlərə 

kollektiv bilet də verilə bilər. Turist daşımaları zamanı, bir qayda 

olaraq, kollektiv sərnişin biletlərindən istifadə olunur.  

Beynəlxalq baqaj daşınması müqaviləsi anlayışı, onun 

elementləri,  hüquqi xarakteri və rəsmiləşdirilmə forması. Beynəlxalq 

baqaj daşınması müqaviləsinə görə, daşıyıcı  sərnişinin ona verdiyi 

baqajı  təyinat  yerinə çatdırmağı  və baqajı almağa səlahiyyəti olan 

şəxsə verməyi, sərnişin isə baqajın daşınma haqqını ödəməyi 

öhdəsinə götürür. Beynəlxalq baqaj daşınması müqaviləsi öz hüquqi 

xarakterinə görə real, ikitərəfli və əvəzli müqavilədir.   

Beynəlxalq baqaj daşınması müqaviləsi sərnişin daşınması 

müqaviləsinə görə və ona münasibətdə əlavə (aksessor), habelə asılı 

və törəmə müqavilə hesab edilir.  

Baqaj qəbzi beynəlxalq baqaj daşınması müqaviləsinin 

mövcudluğunu və  bağlanma faktını    təsdiqləyən sənəd kimi 

müqavilənin sadə yazılı formasını ifadə edir. Bundan əlavə, baqaj 

qəbzi sübutedici funksiyanı da yerinə yetirir.  



 

 

 


 

846 


 

 

MÖVZU 3. Beynəlxalq dəmir yolu daşımaları. 

 

Beynəlxalq dəmir yolu ilə daşıma anlayışı, onun  təşkili və  

xüsusiyyətləri. Dəmir yolu ilə beynəlxalq daşıma dedikdə 

dövlətlərarası (beynəlxalq) saziş  əsasında iki və daha çox dövlətlər 

arasında həyata keçirilən dəmir yolu daşınması başa düşülür.  

Beynəlxalq dəmir yolu daşımalarının novləri. Nəqliyyat 

əməliyyatının obyektinə görə: yük daşıma, sərnişin daşıma, baqaj 

daşıma, yük baqajı (mal maqajı) daşıma. Qonşu xarici dövlətlərin 

ərazisində başa çatmasına görə: qonşu daşıma, tranzit daşıma. 

Daşımanın bir və ya bir neçə  nəqliyyat (daşıma) sənədi ilə  həyata 

keçirilməsinə görə: birbaşa daşıma, birbaşa olmayan daşıma. Sərhəd 

dəmir yolu stansiyasında yükün verilmə qaydasına görə: yükləməklə 

daşıma, yükvurmasız daşıma. Beynəlxalq dəmir yolu daşımalarının 

xüsusi növü – yenidən göndərməklə yük daşıma. 

Beynəlxalq dəmir yolu daşımaları sahəsində beynəlxalq 

çoxtərəfli müqavilələr. Bern Konvensiyası beynəlxalq dəmir  yolu 

daşımaları barədə çoxtərəfli universal  saziş kimi. KOTİF Sazişi 

(1990-cı il).KOTİF-ə «A» əlavəsi – dəmir yolu ilə beynəlxalq 

sərnişin daşıma şərtlərini, «B» əlavəsi isə beynəlxalq dəmir yolu ilə 

yük daşımalarının şərtlərini müəyyən edir. KOTİF Qərbi, Mərkəzi və 

Cənubi Avropa ölkələrində beynəlxalq dəmir yolu ilə daşıma 

müqaviləsini tənzimləyir. Dəmir yolu ilə beynəlxalq yük daşımaları 

haqqında Saziş (1950-ci il). Bu Saziş Azərbaycan Respublikasında, 

habelə MDB ölkələrində dəmir yolu ilə beynəlxalq yük daşımalarını 

tənzimləyən  əsas beynəlxalq hüquqi aktdır. Sazişin tənzim etdiyi 

məsələlər: yük daşıma  şərtləri, daşıma haqqı (ödəniş) üzrə 

münasibətlər, daşıma sənədinin forması  və onun tərtib edilmə 

qaydası, daşıyıcının (dəmir yolunun) məsuliyyəti və s. Dəmir yolu ilə 

beynəlxalq sərnişin və  baqaj daşınması və onun şərtləri.  

Beynəlxalq dəmir yolu daşımalarının təşkilinə aid sazişlər. 

Bu sazişlər öz quruluşuna və  məzmununa görə müxtəlif qruplara 

bölünür: sərhəd dəmir yolu da-şımasına aid olan sazişlər, xidməti 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə