Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə2/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   2   3   4   5   6   7   8   9   ...   268

 

 



Nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat 

daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və 

nəqliyyat təhlükəsizliyi məsələləri daha aktual xarakter alır. Belə bir şəraitdə 

hüquqi materiyada  formalaşmaqda olan beynəlxalq nəqliyyat hüquq elminin 

inkişafı üçün, onun nəzəri və praktiki problemlərinin tədqiq edilməsi baxımından 

ölkəmizdə ilk dəfə olaraq yazılmış bu dərslik olduqca əhəmiyyətlidir.  

Dərsliyi  fərqləndirən məqamlardan biri odur ki, o, müəllif tərəfindən 

Bakı Dövlət Universitetinin «Beynəlxalq ümumi hüquq» və «Beynəlxalq xüsusi 

hüquq və Avropa hüququ» kafedralarının təklif və tövsiyələri nəzərə alınmaqla 

tərtib  edilmişdir və Azərbaycanın öz beynəlxalq nəqliyyat hüququ elmi 

məktəbinin yaradılması istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirilə 

bilər.  


Digər məqam  ondan ibarətdir ki, dərslikdə «beynəlxalq hava daşımaları», 

«beynəlxalq avtomobil daşımaları», «beynəlxalq dəmir yolu daşımaları», 

«beynəlxalq boru kəməri  daşımaları» və s. daşıma növləri ilə bağlı  məsələlər 

ayrıca fəsil şəklində yer almış, beynəlxalq nəqliyyat  daşımalarında mülki-hüquqi 

məsuliyyət, sığortaetmə  və  nəqliyyat təhlükəsizliyi məsələləri  ətraflı  şəkildə 

işıqlandırılmışdır.  

Ümumiyyətlə, dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2008-

ci il 20 iyun tarixli 795 nömrəli  əmri ilə  təsdiq edilmiş «Beynəlxalq nəqliyyat 

hüququ» fənni üzrə  tədris proqramına, onun tematik quruluşuna uyğun olaraq 

hazırlanmışdır. Dərslik 12 fəsildən ibarət olmaqla predmetin ən aktual məsələlərini 

əhatə edir.  

Beynəlxalq nəqliyyat  daşımaları sahəsində  ən yeni normativ-hüquqi  

sənədlər və çoxsaylı elmi  mənbələr əsasında yazılmış bu dərslik, hesab edirik ki,  

Azərbaycan nəqliyyat hüquq elmində mövcud olan boşluqları aradan qaldıracaqdır. 

Dərslikdən  ali məktəb tələbləri, hüquqşünaslar, nəqliyyat hüquq elmi sahəsində  

çalışan mütəxəssislər və praktiki işçilər faydalana bilərlər.  

 

 

 



 

L.H.Hüseynov,  

Hüquq elmləri 

doktoru.  

 



 

 



I FƏSİL. BEYNƏLXALQ NƏQLİYYAT HÜQUQU HAQQINDA 

ÜMUMİ  MÜDDƏALAR 

 

 

1.1.Beynəlxalq nəqliyyat hüququnun yaranma  əlamətləri  

 

Beynəlxalq nəqliyyat hüququnun yaranmasının  əsas elementi – 



əmələgəlmə əlaməti yük və sərnişinlərin beynəlxalq daşınması, nəql olunmasıdır. 

Bu baxımdan, ilk öncə beynəlxalq nəqliyyat daşımalarının rolu, əhəmiyyəti, 

növləri və digər məsələlərə aydınlıq gətirilməsi vacibdir.  

Müasir dövrdə beynəlxalq iqtisadi münasibətlər sisteminin mühüm  

komponenti olan  nəqliyyat və beynəlxalq nəqliyyat  daşımaları  hər bir ölkənin  

iqtisadi infrastrukturunda xüsusi yer tutur. Nəqliyyat ölkənin müxtəlif iqtisadi 

sahələri olan sənaye və  kənd təsərrüfatı arasında  əlaqəni təmin edərək ölkə 

iqtisadiyyatını vahid kompleks şəkildə birləşdirir. Sənayenin, xarici ticarətin, 

beynəlxalq nəqliyyat daşımalarının və digər xidmət sahələrinin  ahəngdar işi məhz 

yük və sərnişinlərin vaxtında daşınmasından, nəqliyyat müəssisələrinin müntəzəm 

fəaliyyət  göstərməsindən  funksional şəkildə asılıdır.  

Artıq dünya birliyinə  də  məlumdur ki, Azərbaycan  iqtisadiyyatın artım 

tempinə görə dünyada lider dövlətə    çevrilmişdir.  Müstəqil dövlətimizdə  əsası 

ümummilli liderimiz Heydər  Əliyev tərəfindən  qoyulmuş qlobal iqtisadi 

layihələrin – Böyük «İpək yolu»nun bərpası, «Əsrin müqaviləsi», Bakı-Tbilisi-

Ceyhan  Əsas  İxrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər iri 

layihələrin reallaşdırılması Azərbaycanın beynəlxalq iqtisadi  münasibətlərdə  

tamhüquqlu  suveren  dövlət kimi iştirak etməsini zərurətə çevirdi. Bütün bunlar 

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin daxili və xarici 

siyasətinin məntiqi nəticəsi kimi göz önündədir.  




 

 



Ölkəmizin iqtisadiyyatında neft-qaz hasilatı  və onun xarici bazarlara 

təhlükəsiz və  səmərəli  formada nəql edilməsi məsələsi vacib yer tutur. Ölkə 

Prezidenti cənab  İlham  Əliyevin dediyi kimi, «Bakı-Tbilisi-Ceyhan neft kəməri 

uğurla  fəaliyyət göstərir….. Biz həm neftin, həm qazın hasil  edilməsinə, həm də  

onların nəqlinə, çoxvariantlı  nəqlinə nail  olduq. İndi heç bir  marşrutdan asılı 

deyilik, müxtəlif istiqamətlərdə  bizim ixrac  imkanlarımız, infrastrukturumuz var. 

Beləliklə, Azərbaycan  bu sahədə öz maraqlarını tam şəkildə  qorumaq şərti ilə dost 

və qonşu ölkələrlə səmərəli əməkdaşlığını davam  etdirəcəkdir». Digər  deyimində 

o, bir daha qeyd etmişdir ki,  «neft sektorundan sonra  nəqliyyat  sektoru ölkəmiz  

üçün  ən mühüm sektordur və burada  inkişaf perspektivləri çox gözəldir, bütün 

imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu da sürətlə inkişaf  

etdirəcəyik». 

Tarixi «İpək yolu»nun bərpası üzrə Beynəlxalq Konfransın 10 illiyinə 

həsr olunmuş yubiley konfransının iştirakçılarına Azərbaycan Respublikasının 

Prezidenti cənab  İlham  Əliyevin müraciətində qeyd olunduğu kimi, «keçən dövr 

ərzində iqtisadi münasibətlərin, ticarət və  nəqliyyat  əlaqələrinin inkişafı, 

daşımaların təşviqi, nəqliyyat  şəbəkələrinin dünya bazarlarına çıxışının təmin 

edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmiş  və  nəticədə Avropa, 

Qafqaz, Asiya dövlətləri arasında beynəlxalq daşımaların həcmi  əhəmiyyətli 

dərəcədə artmışdır. Bu müddətdə  Əsas Çoxtərəfli Saziş institusional baxımdan 

genişləndirilmiş  və  təkmilləşdirilmiş, Sazişdə  iştirak edən dövlətlərin nəqliyyat 

infrastrukturunun yeniləşdirilməsi və inkişafı, uzlaşdırılmış tarif siyasətinin 

aparılması, münbit investisiya mühitinin yaradılması, kadrların hazırlanması, 

sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və daşımaların təhlükəsizliyinin 

təmin edilməsi sahəsində vacib regional proqramlar icra olunmuşdur».

1

 



                                                            

1

 Бах: «Азярбайъан» гязети, Бакы, 2008, 05.12, № 273, с.1. 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə