Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə7/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   2   3   4   5   6   7   8   9   10   ...   268

 

21 


 

olmadığına görə eyni  bir dövlətin məntəqələri (göndərilmə  və 

təyinat məntəqələri) arasında daşımanı  həyata keçirmək mümkün 

olmur. Daşımanı  həyata keçirmək üçün xarici həmsərhəd dövlətin 

ərazisindən istifadə olunur. İkinci səbəbə görə isə daşıma məsafəsini 

qısaltmaq üçün eyni bir dövlətin məntəqələri  arasında daşıma xarici 

həmsərhəd dövlətin ərazisi vasitəsilə həyata keçirilir.  

Nəqliyyat prosesində istifadə olunan  daşıma sənədlərinin və 

daşıma  müqaviləsinin sayına görə  beynəlxalq daşımalar dörd növə 

bölünür: 

-birbaşa beynəlxalq daşıma; 

-birbaşa olmayan beynəlxalq daşıma; 

-bir-birinin ardınca gələn daşıyıcıların yerinə yetirdikləri 

beynəlxalq daşıma; 

-yenidən göndərməklə beynəlxalq daşıma. 

Birbaşa beynəlxalq daşıma  bir neçə daşıyıcı tərəfindən eyni  

daşıma müqaviləsi əsasında həyata keçirilir və eyni bir daşıma sənədi 

ilə  rəsmiləşdirilir. O, nisbətən geniş yayılmış daşıma növü hesab 

edilir. 


Birbaşa olmayan beynəlxalq daşıma dedikdə, elə    daşıma 

başa düşülür ki, o, ardıcıl olaraq, iki və daha artıq müqavilə əsasında 

rəsmiləşdirilir və  həyata keçirilir. Bu növ daşımanı  rəsmiləşdirən  

müqavilələr milli (daxili) hüquq normalarına uyğun surətdə 

bağlanılır. O, keçmiş SSRİ-nin bağladığı bəzi sazişlərdə «lomannoe 

soobhenie» də adlanırdı ki, bu, azərbaycan dilində «qırıq daşıma» 

mənasını ifadə edir.  

Bir-birinin ardınca gələn, yəni ardıcıl daşıyıcıların yerinə 

yetirdikləri beynəlxalq daşıma, bir qayda olaraq, hava 

nəqliyyatında,

1

 habelə avtomobil nəqliyyatında tətbiq edilir.



2

  Dəniz 


                                                            

1

 Бах: Ст.1 и 30 Конвенции для унификации некоторых правил, касающихся 



международных  воздушных перевозок,  подписанной   в  Варшаве 12 октября 

1929 г. 


2

  Бах:  Ст. 34 и 35 Конвенции  о  договоре  международной  перевозки  грузов 

автомобильным транспортом, подписанной в Женеве от 19 мая 1956 г. 

  



 

22 


 

nəqliyyatına gəldikdə isə qeyd edə bilərik ki, beynəlxalq daşımanın 

göstərilən növünü birbaşa konosamentlə  rəsmiləşdirilən yükdaşıma 

təşkil edir.  

Ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma ilə 

birbaşa beynəlxalq  daşıma arasında  həm oxşar, həm də    fərqli 

cəhətlər vardır. Onlar üçün ümumi və oxşar cəhət ondan ibarətdir ki, 

hər iki daşıma növü bir neçə daşıyıcı  tərəfindən həyata keçirilir və 

daşıyıcılar üçün vahid məsuliyyət şərtləri müəyynləş-dirilir. Birbaşa 

beynəlxalq daşıma zamanı, qeyd etdiyimiz kimi, bir daşıma 

müqaviləsi bağlanılır. Ardıcıl daşıyıcıların yerinə yetirdikləri  

beynəlxalq daşıma isə bundan  fərqli olaraq, bir neçə müqavilə 

əsasında həyata keçirilir. Bu, həmin növ daşımaları bir-birindən 

fərqləndirməyə imkan verən əsas cəhətdir.  

Ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma 

həm də birbaşa olmayan beynəlxalq daşımaya bənzəyir. Belə ki, hər 

iki növ daşıma zamanı bir  neçə daşıma müqaviləsi bağlanılır. Bu, 

onları bir-birinə yaxınlaşdıran ümumi cəhətdir. Bununla belə, onlar  

arasında fərqli cəhətlər də vardır. Birbaşa olmayan beynəlxalq 

daşıma zamanı daşıyıcılar üçün eyni (vahid) məsuliyyət  şərtləri 

müəyyən edilmir.  

Beynəlxalq daşımaların göstərilən növündən o halda istifadə 

edilir ki, birbaşa daşıma mümkün olmur və ya birbaşa daşıma cədvəli 

yük sahibləri (və ya sərnişinlər) üçün sərfəli sayılmır.  



Yenidən göndərməklə beynəlxalq  daşıma odur ki, bu 

daşımaya görə  yükün birinci beynəlxalq daşıma  müqaviləsi üzrə 

təyinat  (son)  məntəqəsində yenidən göndərmə qaydasında  yeni 

daşıma müqaviləsi bağlanılır. Yük  birinci müqavilə üzrə  təyinat  

məntəqəsindən həm yük sahibinin özü, həm  ekspeditor (yük 

sahibinin tapşırığı ilə), həm də daşıyıcı  tərəfindən göndərilə bilər. 

Beynəlxalq daşımanın bu növü, əsasən, dəmir yolu nəqliyyatında 

tətbiq edilir. 

Yenidən göndərmə qaydasında beynəlxalq daşımanın hüquq 

ədəbiyyatı  səhifələrində üstünlüyə malik olması göstərilir. Belə ki, 

yenidən göndərmə yük sahibinin  iştirakı olmadan, ekspeditor cəlb 



 

23 


 

edilmədən nəqliyyat təşkilatı (daşıyıcı) tərəfindən həyata keçirilə 

bilər.  

Daşınan  yüklər  (xarici   ticarət  yükləri)  bir-birlərindən  



malın  nəqliyyat xarakteristikasına görə  fərqlənir.

1

 Bundan asılı  



olaraq, beynəlxalq  daşımalar bir neçə növə bölünür: 

-dənəvari (tökülən, səpələnən) yüklərin (taxıl, sement, fosfat 

və s.) beynəlxalq daşınması; 

-maye yüklərin (neft və neft emalı  məhsulları, kimyəvi 

mayelər, şərab, bitki yağı və s.) beynəlxalq daşınması; 

-qabsız (kisəsiz) yüklərin (kömür, filiz və s.)  beynəlxalq 

daşınması; 

-əsas yüklərin, yəni yer saylarını hesablamaqla daşınan 

yüklərin (dəzgahlar, avtomobillər, xalq istehlakı malları  və s.) 

beynəlxalq daşınması. 

Qabsız (kisəsiz) yüklər, dənəvari (səpələnən) yüklər və  əsas 

yüklər  quru yüklərə aid edilir. Yüklərin digər növünü   isə  maye 



yüklər  təşkil edir.  

Sərhədi (sərhəddəki məntəqəni) keçmək qaydasına görə 

beynəlxalq daşımaların iki növü fərqləndirilir: 

-nəqliyyat  vasitəsini dəyişməklə beynəlxalq daşıma; 

-nəqliyyat vasitəsini dəyişmədən beynəlxalq daşıma. 

Nəqliyyat vasitəsini dəyişməklə beynəlxalq daşıma  sərhəd 

məntəqəsində sərnişinin bir minik vasitəsindən düşüb, o biri  minik 

vasitəsinə minməsini  nəzərdə tutur. Nəqliyyat vasitəsi  dedikdə  

sərnişin  qatarı,  gəmi  və  hava  gəmisi  başa düşülür. Belə növ 

daşıma beynəlxalq nəqliyyatın dəmir yolu, dəniz və hava nəqliyyatı 

kimi növlərində tətbiq edilir.  

Bu növ daşıma yük daşımalarına da aiddir. Nəqliyyat 

vasitəsini dəyişməklə beynəlxalq daşıma sərhəd məntəqəsində yükün 

                                                            

1

  Бах:  Фомичев  В.И.  Международная  торговля.  Учебник.  М., 2001, с. 387; 



Экономика  и  организация  внешнеторговых  перевозок.  Учебник / Под  ред. 

К.В.Холопова. М., 2000, с.141. 

 



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə