Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə9/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   5   6   7   8   9   10   11   12   ...   268

 

27 


 

Yuxarıda göstərilən mənalarda beynəlxalq nəqliyyat hüququ 

anlayışı bir-biri ilə  sıx surətdə bağlıdır.  Lakin onlar tam üst-üstə 

düşmürlər. Belə ki, onların metod və predmeti, habelə strukturu 

müxtəlif olmaqla  bir-birindən fərqlənir.  

       Beynəlxalq nəqliyyat hüququnun 

predmeti dedikdə obyektiv mənada, yəni 

hüquq normalarının sistemi mənasında 

beynəlxalq nəqliyyat hüququnun 

tənzimlədiyi ictimai münasibətlər başa düşülür; o, belə bir suala 

cavab verir: beynəlxalq nəqliyyat hüququ nəyi, hansı növ ictimai 

münasibətləri nizama salır? 

Qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər 

xarici iqtisadi əlaqələrin genişlənməsi ilə xarakterizə olunur. Bu 

əlaqələrin təmin olunmasında beynəlxalq nəqliyyat  əhəmiyyətli rol 

oynayır. Belə ki, dövlətlər arasında xarici  iqtisadi əlaqələr, xüsusilə 

beynəlxalq iqtisadi münasibətlərin  əsas forması olan beynəlxalq 

ticarət məhz beynəlxalq nəqliyyat vasitəsi ilə  həyata keçirilir. 

Beynəlxalq iqtisadi (ticari) münasibətlər realizə olunan zaman 

beynəlxalq daşıma əməliyyatının predmeti olan obyektlər (yük, baqaj 

və s.) bir ölkədən digərinə aparılır ki, bu da yalnız beynəlxalq 

nəqliyyatın sayəsində mümkün olur.  

Beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsi prosesində 

beynəlxalq nəqliyyatın fəaliyyəti ilə bağlı olaraq müəyyən növ 

münasibətlər  əmələ  gəlir ki, onlara beynəlxalq nəqliyyat 

münasibətləri deyilir. Məhz həmin münasibətlər beynəlxalq 

nəqliyyat hüququnun nizamasalma predmetini təşkil edir.  

Beynəlxalq nəqliyyat münasibətləri iki qrupa bölünür: 

-hakimiyyət xarakterli  münasibətlər; 

-qeyri-hakimiyyət xarakterli münasibətlər.  

Hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətləri 

dedikdə beynəlxalq nəqliyyat daşımaları sahəsində dövlətlər arasında 

yaranan münasibətlər başa düşülür; bu qrup münasibətlər yalnız 

dövlətlər arasında, habelə dövlətlərlə hökümətlərarası beynəlxalq 

təşkilatlar arasında yaranır. Hakimiyyət xarakterli  olduğuna görə 

Beynəlxalq nəq- 

liyyat  hüququ- 

nun predmeti 



 

28 


 

həmin münasibətlərdə ayrı-ayrı ölkələrin fiziki və ya hüquqi 

şəxslərinin iştirak  etmələri istisna olunur, qeyri-mümkündür.  

Hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətləri 

beynəlxalq ümumi hüquqla tənzimlənir; bundan ötrü beynəlxalq 

ümumi hüquq öz tərkibində ayrıca struktur hissə nəzərdə tutur ki, bu 

hissə beynəlxalq nəqliyyat hüququ adlanır. Bu baxımdan həmin 

struktur hissəni  qazaxıstanlı müəllif Q.İ.Tuleuqaliyev haqlı olaraq 

beynəlxalq ümumi nəqliyyat hüququ adlandırır.

1

  



 Qeyri-hakimiyyət xarakterli beynəlxalq nəqliyyat 

münasibətləri dedikdə ayrı-ayrı ölkələrin fiziki və ya hüquqi 

şəxsləri arasında beynəlxalq nəqliyyat daşımaları sahəsində yaranan 

münasibətlər başa düşülür; bu münasibətlər beynəlxalq nəqliyyat 

daşıma prosesinin iştirakçıları (daşıyıcılar, yükgöndərənlər, 

sərnişinlər    və s.) arasında  əmələ  gəlir. Buna görə  də hakimiyyət 

səlahiyyətlərinə malik olan, hakimiyyət funksiyasını  həyata keçirən 

dövlətlər arasında həmin münasibətlərin yaranması qeyri-

mümkündür. Lakin dövlət qeyri-hakimiyyət xarakterli beynəlxalq 

nəqliyyat münasibətlərinin bir tərəfində subyekt qismində  çıxış edə 

bilər; belə halda qarşı tərəf (kontragent rolunda  hökmən xarici şəxs 

çıxış etməlidir. Məsələn, dövlətə məxsus olan yükü xarici nəqliyyat 

firması (daşıyıcı) xarici ölkəyə daşıyır. Bu kimi hallarda qeyri-

hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətləri əmələ gəlir.  

 

Əlbəttə, qeyri-hakimiyyət xarakterli beynəlxalq nəqliyyat 



münasibətləri beynəlxalq hüquqla, daha doğrusu onun struktur 

hissəsi olan beynəlxalq  ümumi nəqliyyat hüququ ilə  tənzimlənə 

bilməz, həmin münasibətlərin ancaq beynəlxalq xüsusi hüquqla 

tənzimlənməsi mümkün ola bilər. Bundan ötrü beynəlxalq xüsusi 

hüquq öz tərkibində ayrıca struktur hissə  nəzərdə tutur ki, həmin 

hissə beynəlxalq xüsusi nəqliyyat hüququ adlanır. Təsadüfi deyildir 

ki, beynəlxalq xüsusi hüququn hissəsi kimi beynəlxalq nəqliyyat 

                                                            

1

  Бах:  Тулеугалиев  Г.И.  Избранные  труды  по  транспортному  праву. 



Алматы:НИИ частного права Каз ГЮУ, 2003, с.329.  

 



 

29 


 

hüququ bəzi müəlliflər tərəfindən «beynəlxalq xüsusi nəqliyyat 

hüququ» adlanır.

1

 



 Beləliklə, beynəlxalq nəqliyyat hüququna  iki aspektdən 

baxmaq lazımdır:  

-birinci, beynəlxalq ümumi nəqliyyat hüququ kimi; 

-ikinci, beynəlxalq xüsusi nəqliyyat hüququ kimi.  



Beynəlxalq ümumi nəqliyyat hüququnun nizamasalma 

predmetini dövlətlər arasında, habelə dövlətlərlə hökumətlərarası 

beynəlxalq təşkilatlar arasında yaranan hakimiyyət xarakterli 

beynəlxalq nəqliyyat münasibətləri təşkil edir. O, beynəlxalq 

nəqliyyat sahəsində dövlətlərarası qarşılıqlı münasibətləri 

tənzimləyir. Məsələn, beynəlxalq nəqliyyat yollarından istifadə  

məsələləri ilə  əlaqədar dövlətlər arasında yaranan münasibət 

hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətidir və buna 

görə  də  həmin münasibət beynəlxalq ümumi nəqliyyat hüququnun 

nizamasalma predmetini təşkil edir. Başqa bir misalda, Mülki 

aviasiya haqqında Çikaqo Konvensiyasının 1-ci maddəsinə görə, 

hava məkanı üzərində dövlət suverenliyi tanınır; bununla bağlı olan 

münasibətlər də beynəlxalq ümumi  nəqliyyat hüququnun 

nizamasalma predmetinə daxildir.  

 

Beynəlxalq xüsusi nəqliyyat hüququnun nizamasalma 



predmetini isə beynəlxalq nəqliyyat prosesinin iştirakçıları 

(yükgöndərənlər, daşıyıcılar, yükalanlar, sərnişinlər və s.) arasında 

yaranan qeyri-hakimiyyət xarakterli beynəlxalq nəqliyyat 

münasibətləri təşkil edir. Qeyri-hakimiyyət xarakterli beynəlxalq 

nəqliyyat münasibətləri dedikdə isə xarici elementli (beynəlxalq 

elementli) nəqliyyat öhdəlikləri başa düşülür ki, bu öhdəliklərdə 

fiziki şəxslər, hüquqi şəxslər və (və ya) dövlət  iştirak edir. Məhz bu 

öhdəliklər beynəlxalq xüsusi nəqliyyat hüququnun nizamasalma 

predmetini təşkil edir.

2

 



                                                            

1

  Мясялян,  бах:  Садиков  О.Н.  Правовое  регулирование  международных 



перевозок М., 1981, с.5. 

2

 Ерпылева Н.Ю. Международное транспортное право // Законодательство и 



экономика. 1997, № 9-10, с.72.  


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə