Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə17/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   13   14   15   16   17   18   19   20   ...   268

 

55 


 

Yükgöndərən yükü daşınmaq  üçün daşıyıcıya verən və 

göndərmə yerində onu yola salan, daşıma haqqını ödəmək vəzifəsi 

daşıyan tərəfdir.  Daşıyıcı isə elə bir nəqliyyat təşkilatıdır ki, bu 

təşkilatın  əsas işi ona tapşırılan yükü xarici dövlət  ərazisində olan 

təyinat yerinə çatdırmaqdan ibarətdir.  

 Hüquq 


ədəbiyyatında göstərilir ki, beynəlxalq yük daşınması 

müqaviləsinin tərəflərindən biri hökmən  xarici fiziki və ya hüquqi 

şəxs olmalıdır.

1

 Bu, ümumi qaydadır. Lakin ümumi qaydanı istisna 



edən belə bir  halın yaranması mümkün-dür ki, bəzən beynəlxalq yük 

daşınması müqaviləsinin tərəfləri eyni bir dövlətin  şəxsləri də ola 

bilər. Belə hal istisna  olunmur.  

Beynəlxalq yük daşınması müqaviləsinin predmetinə 

gəldikdə isə qeyd etmək lazımdır ki, onun predmeti daxili yük 

daşınması müqaviləsinin predmeti ilə eynidir. Bu, onunla izah edilir 

ki, beynəlxalq yük daşınması müqaviləsi daxili yük daşınması 

müqaviləsi ilə eynitiplidir. Buna görə  də  onun predmetini 

daşıyıcının fəaliyyəti (xidməti)  təşkil edir. Bu fəaliyyət (xidmət) 

yükün təyinat yerinə çatdırılmasına yönəlir.  

 Beynəlxalq yük daşınması müqaviləsinin forması barədə 

onu deyə bilərik ki, daxili yük daşınması müqaviləsi kimi beynəlxalq 

yük daşınması müqaviləsi də daşıma (nəqliyyat) sənədi ilə 

rəsmiləşdirilir. Belə ki, beynəlxalq daşımanı  həyata keçirmək üçün 

daşıma (nəqliyyat) sənədinin tərtib olunması  tələb edilir. Daşıma 

(nəqliyyat) sənədinin tərtib  olunması onu ifadə edir ki, tərəflər 

arasında daşıma müqaviləsi bağlanmışdır.

2

 Müəlliflərdən prof. 



K.V.Xolopov buna zidd mövqe tutaraq göstərir ki, daşıma 

(nəqliyyat) sənədi daşıma müqaviləsinin bağlanmasını ifadə etmir. 

Onun fikrincə, daşıma  müqaviləsi   

 

 



                                                            

1

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 



1981. с.71; Авчинкин Д.В. Международные перевозки. Минск, 1999, с.8. 

2

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 



1981. с.74. 


 

56 


 

yazılı formada bağlanılır və  bu müqavilə  daşıyıcı  tərəfindən 

yükgöndərənə verilən daşıma sənədi  ilə  təsdiq edilir. Müəllif öz 

mövqeyini  əsaslandırmaq üçün daşıma barədə  sazişlərdə ifadə 

olunan belə bir hüquqi göstərişə istinad edir ki, nəqliyyat sənədinin 

olmaması, səhv tərtib olunması  və ya itirilməsi nə daşıma 

müqaviləsinin mövcudluğuna, nə  də onun  etibarlı olmasına təsir 

göstərir.

3

   


K.V.Xolopovun mövqeyi ilə çətin razılaşmaq olar. Doğrudan 

da, daşıma barədə  bəzi sazişlərdə belə bir hüquqi göstəriş ifadə 

edilmişdir.

4

 Lakin bu hüquqi göstərişin praktiki əhəmiyyəti azdır. Bu 



hüquqi göstəriş, başlıca olaraq, daşıma həyata keçirilən zaman 

nəqliyyat sənədlərinin itirilə biləcəyi hallar üçün hesablanmışdır. 

Digər tərəfdən, daşıma sənədləri həmin göstərişi nəzərdə tutan 

sazişlərin  qaydalarına tabedir.  

Nəqliyyat (daşıma) sənədi beynəlxalq daşıma üzrə müqavilə 

münasibətlərini rəsmiləşdirir. Burada beynəlxalq yük daşınması 

müqaviləsinin bütün əsas şərtləri (müqavilənin qiyməti, yəni daşıma 

haqqı, göndərilmə tarixi, tərəflər və s.) barədə  rekvizitlər 

(məlumatlar) göstərilir. Nəqliyyat (daşıma) sənədinin mövcudolma 

faktı  həmin sənəddə  nəzərdə tutulan şərtlər  daxilində sadə yazılı 

formada yük daşınması  müqaviləsinin bağlanmasını ifadə edir. 

Beynəlxalq yük daşınması müqaviləsinin sadə yazılı forması  məhz 

nəqliyyat (daşıma) sənədi hesab olunur. Deməli, nəqliyyat (daşıma) 

sənədi müqavilə  sənədidir,  həm də ona görə ki,  daşıyıcı ilə 

yükgöndərən arasında öhdəlik hüquq münasibəti (öhdəlik), yəni 

yükdaşıma öhdəliyi bu sənəd  əsasında  əmələ  gəlir. Bu sənəd, hər 

şeydən  əvvəl, nəqliyyat təşkilatının (daşıyıcının) üzərinə daşımanı 

həyata keçirmək vəzifəsi qoyur.  

                                                            

3

 Бах: Экономика и организация внешнеторговых перевозок. Учебник / Под. 



ред. К.В.Холопова. М., 2000, с.196. 

4

  Бах:  ст 3, 4 и 5 Варшавской  Конвенции;  ст.4.  Конвенций  о  договоре 



международной  перевозки  грузов  автомобильным  транспортом;  ст.5 

Конвенции  о  договоре  международной    автомобильной  перевозки 

пассажиров и багажа.  



 

57 


 

Nəqliyyat (daşıma) sənədi aşağıda göstərilən üç əsas 

funksiyanı yerinə yetirir: 

-birinci, daşıma (nəqliyyat) sənədi yük daşınması 

müqaviləsinin mövcudolma,  bağlanma faktını  və onun şərtlərini 

təsdiq edərək sübuta yetirir

-ikinci, nəqliyyat (daşıma) sənədi daşıyıcı  tərəfindən yükün 

qəbul edilməsini təsdiqləyən qəbz rolunu oynayır (yükün daşınmaq 

üçün qəbul edildiyini təsdiqləyir); 

-üçüncü, nəqliyyat (daşıma) sənədi bu sənədin sahibinə  mala 

sərəncam vermək  hüququnu həvalə edir. Söhbət yükə (mala) olan 

mülkiyyət hüququnun başqa şəxsə verilməsi imkanından gedir.  

Göstərilən funksiyalardan əlavə, nəqliyyat (daşıma) sənədi 

yükə dair sərəncam vermək funksiyasını  da yerinə yetirir.

1

  Bu 



funksiyaya görə  nəqliyyat (daşıma) sənədinin sahibi yükə dair 

sərncam vermək hüququna malikdir.  Belə  sərəncam daşınmaya 

verilmiş yükü geri almaq, onu başqa — yeni  yükalanın ünvanına 

göndərmək və təyinat yerində yükü almaq səlahiyyətlərini ifadə edir. 

Göründüyü kimi, yükə dair sərəncam vermək hüququ yükə (mala) 

olan mülkiyyət hüququnun başqa şəxsə verilməsini ifadə etmir.  

Müəlliflərdən O.N.Sadikov nəqliyyat (daşıma) sənədinin 

əlavə olaraq, daha iki funksiya yerinə yetirməsi barədə fikir 

söyləyir:

1

  hesablaşma funksiyası və  uçot funksiyası



Hesablaşma funksiyasının mahiyyəti nəqliyyat (daşıma) 

sənədinin hesab-laşma sənədi rolunu oynamasından ibarətdir. Həmin 

sənədin müvafiq qrafasında yükgöndərən (yükalan) tərəfindən 

ödənilmiş daşıma haqqı barədə məlumat göstərilir.

2

  

 



 

                                                            

1

  Бах:  Гражданское  право  России.  Курс  лекций.  Часть 2 / Отв.  ред. 



О.Н.Садиков. М., 1997, с. 386-387. 

1

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 



1981, с.75. 

2

  Бах:  Экономика  и  организация  внешнеторговых  перевозок.  Учебник/  Отв. 



ред. К.В.Холопов. М., 2000, с.362. 


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə