Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə20/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   16   17   18   19   20   21   22   23   ...   268

 

64 


 

ilə, bir sözlə, mülki qanunvericiliyin yarımsahəsi olan nəqliyyat 

qanunvericiliyi ilə tənzimlənir. 

Beynəlxalq yük daşınması müqaviləsini daxili yük daşınması 

müqaviləsin-dən fərqləndirən  ikinci cəhət  həmin müqavilələrin 

tərəflərinə (subyekt tərkibinə) aiddir. Bildiyimiz kimi, həmin 

müqavilələr iki tərəf arasında bağlanılır: 

-yükgöndərən (yük sahibi) və daşıyıcı.  

Hüquq  ədəbiyyatında haqlı olaraq göstərildiyi kimi, 

beynəlxalq yük daşınması müqaviləsinin tərəflərindən biri (yük 

sahibi və daşıyıcı) hökmən və mütləq xarici dövlətin şəxsi olmalıdır.

1

 



Xarici dövlətin şəxsi dedikdə həm fiziki, həm də hüquqi şəxslər başa 

düşülür. Amma bununla belə, istisna hal kimi beynəlxalq yük 

daşınması müqaviləsini bağlayan tərəflərin  eyni bir dövlətin şəxsləri 

olması mümkündür. 

Beynəlxalq yük daşınması müqaviləsində yükalan da iştirak 

etdiyi hallarda (yükalan öz hüquqi statusuna görə  müqavilənin tərəfi 

deyil, üçüncü şəxs kimi iştirakçısı hesab edilir), üç iştirakçıdan biri 

hökmən xarici şəxs olmalıdır.  

Daxili yük daşınması    müqaviləsinin həm tərəfləri, həm də 

iştirakçıları qismində eyni bir dövlətin fiziki və ya hüquqi şəxsləri 

çıxış etməlidir. 

Beynəlxalq yük daşınması müqaviləsini daxili yük daşınması 

müqaviləsindən fərqləndirən  üçüncü cəhət  həmin müqavilələrin 

icrasının gedişində  hüquq normalarının tətbiqi məsələsinə aiddir.  

 

 

                                                            



1

 Бах: .Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 

1981, с.74. Авчинкин Д.В.Международные перевозки. Минск, 1999, с.6. 

 



 

65 


 

Belə ki, beynəlxalq yük daşınması müqaviləsinin icrası prosesi üç 

«nəqliyyat mərhələsi»ndən ibarətdir. Bu «mərhələlər»in  hər birində  

müxtəlif nəqliyyat  əməliyyatları  həyata keçirilir. Həmin  əməliyyatlara 

aiddir: yükün  göndərilməsi (yola salınması), yükün bilavasitə    daşınması 

və yükün təyinat yerində verilməsi.  

Məlum məsələdir ki, göstərilən  əməliyyatlar beynəlxalq daşımalar 

zamanı, eyni bir dövlətin deyil, iki və daha artıq dövlətin ərazisində həyata 

keçirilir. Belə halda nəqliyyat  əməliyyatlarına iki və daha artıq dövlətin 

hüquq normaları  tətbiq ediləcəkdir. Belə ki, beynəlxalq nəqliyyat müqaviləsinin 

icrası gedişində müxtəlif  kollizion prinsiplərdən istifadə olunur. Həmin  

prinsiplərə aşağıdakılar aiddir: 

-yükün göndərilməsi (yola salınması)  əməliyyatı  həyata keçirilərkən 

göndərmə yerinin (dövlətin) qanunu; 

-təyinat yerində yükün verilməsi  əməliyyatı  həyata keçirilərkən təyinat 

yerinin  (dövlətinin) qanunu.  

Qalan hallarda daşıyıcının və ya məhkəmənin  olduğu yerin (dövlətin) 

qanunu kimi kollizion prinsip (bağlama) tətbiq edilir. 

Daxili yük daşınması müqaviləsinin  icrası  prosesində    «nəqliyyat 

mərhələ-ləri»nə və bu mərhələlərin əhatə etdiyi nəqliyyat əməliyyatlarına ayrı-ayrı 

dövlətlərin  nəqliyyat qanunvericiliyi tətbiq ediləcəkdir. Bu növ daşıma müqavilə-

sinin icrası prosesində müxtəlif kollizion prinsiplərdən istifadə olunmur.  

Beynəlxalq yük daşınması müqaviləsini daxili yük daşınması müqavilə-

sindən fərqləndirməyə imkan verən  dördüncü cəhət müqavilə    şərtlərinə aiddir. 

Göstərilən müqavilələr, hər şeydən  əvvəl, bağlanma qaydasına və formasına görə 

bir-birindən fərqlənir. Belə ki, beynəlxalq yük daşınması müqaviləsi beynəlxalq 

nəqliyyat (daşıma) sənədləri ilə  rəsmiləşdirilir ki, onların formasını çox vaxt 

beynəlxalq nəqliyyat təşkilatları müəyyən edir.  

Digər tərəfdən, göstərilən müqavilələr yükün  təyinat yerinə çatdırılması  

müddəti, daşıma haqqı  və daşıyıcının məsuliyyəti kimi müqavilə    şərtlərinə görə 

fərqlənir. Bundan əlavə, həmin  müqavilələri bir-birindən fərqləndirən xüsusiyyət 

mübahisələrin həll edilməsi qaydasından ibarətdir.  

 

2.3.Beynəlxalq sərnişin daşınması müqaviləsi 

 

Beynəlxalq nəqliyyat 

daşıma müqaviləsinin 

növlərindən biri də beynəlxalq 

sərnişin daşınması 

Beynəlxalq sərnişin daşın- 

ması müqaviləsi anlayışı  

və onun elementləri 



 

66 


 

müqaviləsidir. Bu müqavilə novü nəqliyyat vasitələri ilə beynəlxalq 

sərnişin daşımaları həyata keçirilən zaman tətbiq edilir. 

Beynəlxalq sərnişin daşınması    müqaviləsi tərəflərindən 

biri xarici şəxs olan və dövlətlər arasında həyata keçirilən 

sərnişin daşınmasını  rəsmiləşdirən elə bir  müqavilədir ki, bu 

müqaviləyə görə, daşıyıcı  sərnişini təyinat yerinə çatdırmağı, 

sərnişin isə müəyyən olunmuş minik haqqını ödəməyi öhdəsinə 

götürür. 

Beynəlxalq sərnişin daşınması müqaviləsi öz hüquqi 

 

təbiətinə görə daxili sərnişin daşınması müqaviləsi kimi konsensual, 



əvəzli və ikitərəfli müqavilədir.  

Beynəlxalq sərnişin daşınması müqaviləsi daxili sərnişin 

daşınması müqaviləsi ilə eyni tipli müqavilə olduğuna görə onların  

predmeti  də eynidir. Belə ki, daşıyıcının  fəaliyyəti (xidməti)  hər 

iki növ  müqavilənin predmetini təşkil edir. Bu fəaliyyət (xidmət) 

sərnişinin xarici dövlət ərazisində olan təyinat yerinə (mənzil başına) 

çatdırılmasına yönəlir.  

Beynəlxalq sərnişin daşınması müqaviləsinin bağlanma 

qaydasına və formasına gəldikdə isə, qeyd etmək lazımdır ki, sərnişin 

daşınması zamanı daşıyıcı  sərnişinə minik (gediş) bileti verir.

1

 Bu 



bilet beynəlxalq sərnişin daşınması müqaviləsinin sadə yazılı 

formasını ifadə edir. Həmin biletin  olması onu ifadə edir ki, daşıyıcı 

ilə  sərnişin arasında   sərnişin daşınması müqaviləsi bağlanmışdır. 

Ona görə ki, hüquq ədəbiyyatında haqlı olaraq göstərildiyi kimi, 

beynəlxalq daşımalarda minik (gediş) biletində müqavilənin bütün 

əsas  şərtləri  (yola düşmə vaxtı  və günü, reysin nömrəsi, sərnişinə 

verilən yer, daşıma haqqı, təyinat yeri) ifadə olunur.

2

  İngilis-



amerikan hüququna görə biletdə daşımanın  əsas  şərtləri barədə 

göstəriş olmalıdır.  

                                                            

1

  Мясялян,  бах:  Сярнишинлярин  вя  багажын  бейнялхалг  автомобил  дашынмасы 



мцгавиляси щаггында Конвенсийанын 5-ъи маддяси.  

2

  Бах:  Быков  А.Г.,  Половинчик  Д.  И.  Основы  автотранспортного  права.  М., 



1974, с.186. 


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə