Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə6/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   2   3   4   5   6   7   8   9   ...   268

 

18 


 

Konvensiyasına  əlavə edilən Qaydalarda da nəzərdə tutulmuşdur.

2

 

Sərnişinlərin daşıma şərtlərini müəyyənləşdirən müqaviləyə, tarifə və 



avtobusların marşrut üzrə  hərəkət cədvəlinə uyğun olaraq (minib-

düşmək dayanacaqları göstərilməklə) daşınmasına müntəzəm daşıma 

deyilir. Buna oxşar təriflər Azərbaycan Respublikası Hökuməti ilə 

Moldova Respublikası, Qazaxstan Respublikası, Türkiyə 

Respublikası, Latviya Respublikası, İran İslam Respublikası və digər  

ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq avtomobil 

əlaqələri (daşımaları) haqqında ikitərəfli sazişlərdə də verilmişdir. 

Hava nəqliyyatı ilə beynəlxalq müntəzəm  daşıma 

anlayışını Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurası vermişdir. 

Bu anlayışa görə, müntəzəm  daşıma aşağıdakı  tələblərə cavab 

verməlidir: 

-birinci, uçuşlar birdən çox dövlətin hava məkanı vasitəsilə 

həyata keçirilməlidir; 

-ikinci, uçuşlar ödənişli  sərnişin, poçt və ya yük daşınmasını 

yerinə yetirmək məqsədilə həyata keçirilməlidir; 

-üçüncü, uçuşlar rəsmən elan olunmuş cədvələ uyğun olaraq 

həyata keçirilməlidir, ya da onlar elə müntəzəm və ya tez yerinə 

yetirilməlidir ki, sistemli  (ardıcıl) şəkildə  seriya reyslər təşkil edilə 

bilsin.


1

   


Azərbaycan Respublikası Hökuməti ilə  İran  İslam 

Respublikası, Avstriya Respublikası, Misir Ərəb Respublikası, 

Özbəkistan Respublikası, Birləşmiş  Ərəb  Əmirlikləri, Türkiyə 

Respublikası,  

                                                            

2

 Бах: Правила перевозок пассажиров и багажа автомобильным транспортом  



в  международном    сообщении  государств-участников  СНГ  (приложение  к 

Конвенции о международных перевозках пассажиров и багажа, подписанное 

в Бишкеке 9 октября 1997 г.). Азярбайъан Республикасы  бу Конвенсийаны вя она 

ялавя едилян Гайдалары имзаламыш вя  ратификасийа  етмишдир.  

1

 Бах: Верещагин А.Н. Международное воздушное право. М., 1966, с.101. 




 

19 


 

Fransa Respublikası  və digər dövlətlərin  höku-mətləri 

arasında hava əlaqələri (daşımaları) barədə    ikitərəfli sazişlərdə  də 

müntə-zəm hava daşımasına  tərif verilir və bu tərif,  əsasən, 

yuxarıdakı tələbləri əhatə edir.  

Dəniz nəqliyyatı ilə beynəlxalq müntəzəm daşıma  xətt 

daşıması adlanır. Bu  növ daşımanı  xətt  gəmiçiliyi  (ingiliscə «line 

shipping»)  həyata keçirir.  Xətt gəmiçiliyi ümumi istifadədə olan 

nəqliyyata aiddir.  



Beynəlxalq qeyri-müntəzəm daşımalar  əvvəlcədən təyin 

edilmiş marşrut və razılaşdırılmış  hərəkət cədvəli olmadan həyata 

keçirilən daşımalara deyilir. Belə növ daşımalar üçün təyin edilmiş 

hərəkət istiqaməti xarakterik deyildir.  

Dəniz nəqliyyatı ilə beynəlxalq qeyri-müntəzəm daşıma 

tramp daşıması adlanır. Bu növ daşıma tramp gəmiçiliyi (ingiliscə 

«tramp shipping»)  tərəfindən həyata keçirilir. Tramp gəmiçiliyi fərdi 

istifadədə olan nəqliyyatdır. 

Daşıma (nəqliyyat) sənədinin formasına görə beynəlxalq  

daşımaların üç növü fərqləndirilir: 

-qaimə ilə  rəsmiləşdirilən beynəlxalq daşıma; 

-konosamentlə rəsmiləşdirilən beynəlxalq daşıma; 

-çarterlə rəsmiləşdirilən beynəlxalq daşıma. 

Qaimə ilə  rəsmiləşdirilən beynəlxalq daşıma  dəmir yolu, 

avtomobil və hava nəqliyyatında həyata keçirilir.  Qaimə  həmin 

nəqliyyat növləri üzrə  bağlanan yük daşınması  müqaviləsinin sadə 

yazılı formasını ifadə edir. 



Konosamentlə  rəsmiləşdirilən beynəlxalq daşıma  dəniz 

nəqliyyatında həyata keçirilən daşımaya deyilir. Konosament dəniz 

nəqliyyatı ilə daşımanı rəsmiləşdirən müqavilə sənədidir. 

Çarterlə  rəsmiləşdirilən beynəlxalq  daşıma hava və  dəniz 

nəqliyyatında həyata keçirilir. Çarter daşımanı  rəsmiləşdirən 

müqavilə sənədidir.  

Qonşu dövlətin  ərazisində başa  çatmasına görə beynəlxalq 

daşımalar üç növə  ayrılır: 

-beynəlxalq qonşulararası daşıma;  




 

20 


 

-beynəlxalq tranzit daşıma; 

-beynəlxalq dairəvi daşıma. 

Beynəlxalq qonşulararası daşıma həmsərhəd olan dövlətlər 

arasında həyata keçirilir və qonşu dövlətin ərazisində başa çatır. Bu, 

beynəlxalq daşımanın daha sadə növü olaraq geniş yayılmışdır. 

Məsələn, yük  Azərbaycan Respublikasından onunla həmsərhəd və 

qonşu olan Gürcüstanın ərazisinə daşınır. 

Beynəlxalq tranzit daşıma odur ki, bu növ daşıma müəyyən 

bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə daşınan yükün və ya 

sərnişinlərin yolda üçüncü bir dövlətin  ərazisindən keçməsini 

nəzərdə tutur. Məsələn, yük Azərbaycan Respublikasından 

Ukraynaya daşınır və bu zaman Rusiya Federasiyasının (üçüncü 

dövlətin)  ərazisindən keçir. Üçüncü dövlət aralıq dövləti adlanır. 

Aralıq dövləti rolunda həm bir, həm də bir neçə dövlət çıxış edə 

bilər. Beynəlxalq daşımanın bu növü də geniş yayılmışdır.  

Göndərilmə (yolasalınma) yeri ilə  təyinat yeri eyni bir 

dövlətin  ərazisində olmaqla, xarici dövlətin  ərazisi vasitəsi ilə 

tranzitlə  həyata keçirilən daşıma  dairəvi daşıma adlanır. «Dairəvi 

daşıma» termini beynəlxalq  avtomobil daşımaları barədə sazişlərdə 

avtomobil  daşımalarını ifadə etmək üçün işlədilir. Amma xarici 

ölkələrin sazişlərində və ədəbiyyatında həmin daşıma növü «birbaşa 

əlaqə» («skvoznoe soobhenie») termini ilə  əhatə olunmuşdur.

1

 



Keçmiş SSRİ-nin dəmir yolu nəqliyyatı sahəsində bağladığı 

sazişlərdə göstərilən növ daşıma tranzit daşıması adlandırılmışdır.

2

 

«Skvoznoe soobhenie» daha geniş yayılmış termindir. Buna görə də 



hüquq ədəbiyyatı səhifələrində ondan daha çox istifadə olunur.

3

  



Göstərilən daşıma növünün müəyyən edilməsinin iki əsas 

səbəbi vardır: birinci səbəb ondan ibarətdir ki, nəqliyyat xətti 

                                                            

1

  Бах: Kolloch V. Abkommen цber den Internationalen Eisenbahn-Gцterverkehr 



(SMGS). Berlin, 1959, s.31. 

2

 Бах: Ведомости Верховного Совета СССР. М., 1969, № 52, ст. 544. 



3

 Мясялян, бах: Садиков О.Н. Правовое регулирование международных 

перевозок. М.,  1981. 

 



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə