Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə3/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   2   3   4   5   6   7   8   9   ...   268

 

 



Azərbaycan Respublikası  nəqliyyat sahəsində 40-dan çox beynəlxalq  

konvensiya və sazişlərə  qoşulmuşdur.

2

    


Formalaşmış belə  şəraitdə beynəlxalq hüququn səmərəliliyi,  beynəlxalq 

müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə  əməl 

olunması ölkə daxilində  aparılan  hüquqi islahatlar çərçivəsində həyata  keçirilən  

təşkilati və hüquqi tədbirlərdən əhəmiyyətli dərəcədə asılıdır.  

Bu baxımdan, beynəlxalq nəqliyyat daşıma münasibətlərinin hüquqi  

tənzimlənməsi məsələsi  həlledici  əhəmiyyətə malikdir. Beynəlxalq  nəqliyyat 

daşımalarının hüquqi rejiminin araşdırılması  məqsədilə beynəlxalq nəqliyyat  

daşımaları anlayışını, ayrı-ayrı    nəqliyyat növləri üzrə beynəlxalq daşımaların 

hüquqi xüsusiyyətlərini nəzərdən  keçirək.  

     Nəqliyyat iqtisadiyyatın maddi bazasının  vacib və zəruri 

elementlərindən biridir. O, ölkənin iqtisadi-təsərrüfat 

həyatında mühüm  amil kimi əhəmiyyətli rol oynayır. 

İstehsal prosesi və normal  mübadilə dövriyyəsi, habelə 

adamların müəyyən bir yerdən digər yerə daşınması  məhz 

nəqliyyat  vasitələrinin köməyi ilə təmin olunur.  

Nəqliyyatın əsas işi və fəaliyyəti daşıma (nəqletmə) 

prosesini həyata keçirməkdən ibarətdir. Daşıma prosesi isə istehsal prosesinin 

yerinə yetirilməsinin vacib şərtidir.  İstehsal olunmuş  və hazırlanmış  məhsullar 

daşınaraq istehlak yerlərinə  (istehlakçılara) çatdırılır. Bununla istehsal prosesi başa 

çatır. Beləliklə, daşıma (nəqliyyat) fəaliyyəti istehsal prosesinin mübadilə 

(dövriyyə) prosesində davam etməsi deməkdir.

1

   



                                                            

 

 



1

 Бу барядя даща ятрафлы бах: Ялийев Е.Я. Глобаллашма дюврцндя бейнялхалг 

няглиййат дашымалары: щцгуги аспектляр. Бакы, 2006, с. 14-19.  

Beynəlxalq 

nəqliyyat 

daşımaları  



 

10 


 

Daşıma prosesinin mahiyyəti malların və şəxslərin məkan baxımından öz 

yerlərini dəyişməsindən,  müəyyən bir yerdən başqa bir yerə  hərəkət etməsindən 

ibarətdir.

2

  Məhz malların (yüklərin) və ya şəxslərin (sərnişinlərin) yerini 



dəyişmələri  daşıma prosesinin əsas məqsədini təşkil edir.

3

 



Daşıma prosesi, adətən, müəyyən bir dövlətin ərazisində həyata keçirilir. 

Bununla belə, daşıma prosesi iki və ya daha  çox dövlətin  ərazisində  də reallaşa  

bilər. Bu baxımdan daşımaların iki növü fərqləndirilir: daxili daşımalar, beynəlxalq 

daşımalar. 



Daxili daşımalar dedikdə müəyyən bir dövlətin  ərazisində  həyata 

keçirilən daşımalar başa düşülür. Bu  növ daşımalar hər hansı bir dövlətin  ərazi 

hüdudlarında  başlayır və  həmin dövlətin  ərazisində  də başa çatır. Başqa sözlə 

desək, daxili daşımalar yalnız müəyyən bir dövlətin  ərazisi ilə  məhdudlaşır. 

Nəqliyyatın ilkin inkişaf mərhələsində daxili daşımalar yeganə  daşıma növü hesab 

edilirdi. Lakin nəqliyyatın sonrakı inkişaf mərhələsində daşımaların digər növü – 

beynəlxalq daşımalar  əmələ  gəlmişdir. Beynəlxalq daşımaların  əmələ  gəlməsinə 

isə xarici iqtisadi ticarətin, elmi-texniki və  mədəni  əməkdaşlığın genişlənməsi, 

beynəlxalq təsərrüfat əlaqə və münasibətlərinin dərinləşməsi səbəb olmuşdur. Bəs 

beynəlxalq daşımalar dedikdə biz nə başa düşürük?  



Beynəlxalq daşımalar anlayışı beynəlxalq  hüquq elmində mübahisə  

doğuran məsələdir. Hüquq ədəbiyyatında səhifələrində heç də bütün müəlliflərin 

bu məsələ barədə mövqeləri üst-üstə düşmür.  

                                                            

2

  Бах:  Автомобильный транспорт  Азербайджана –2006. «Синяя  книга»  ИРУ. 



М., 2006, с.41. 

2

 Бах: К.Маркс. Ф.Енэелс. Ясярляри.  Ъилд 24, 1953, с.64, 171. 



3

  Бах:  Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Л., 1961, 

с.268. 

 



 

11 


 

Bəzi müəlliflər göstərirlər ki, beynəlxalq daşımalar müvafiq  sazişdə 

iştirak  edən iki və ya  daha artıq ölkənin ərazisində həyata  keçirilən daşımalara 

deyilir.


1

  

Hüquq ədəbiyyatında beynəlxalq daşımaya «sərhədi kəsib keçməklə bağlı 



olan daşıma» kimi  anlayış verilməsinə  də rast gəlirik. Müəlliflərdən  A.Tınel, 

R.Funk   və  V.Xvaleyin  mövqeyinə    görə  dövlət sərhədi vasitəsilə  həyata 

keçirilən  

daşımaya beynəlxalq daşıma deyilir.

2

  

Zənnimizcə, müəlliflərin beynəlxalq daşımaya verdikləri yuxarıdakı 



anlayışlar  dəqiq və əhatəli deyildir. Ona görə ki, daşımanın «faktiki olaraq, iki və 

ya bir neçə dövlətin  ərazisində  həyata keçirilməsi» kimi əlamətinin beynəlxalq  

daşımanın labüd və məcburi əlaməti kimi hesab  edilməsi üçün tutarlı elmi zəmin 

yoxdur. Daşımanın beynəlxalq daşıma sayılması üçün vacib deyildir ki, o, faktiki 

olaraq,  mütləq iki və ya bir neçə dövlətin ərazisində həyata keçirilsin.  

«Dövlət sərhədinin keçilməsi ilə bağlı olmaq» kimi  əlaməti də beynəlxalq 

daşımanın xarakterik və  məcburi  əlaməti hesab etmək olmaz. Daşımanın 

beynəlxalq daşıma kimi tanınması üçün vacib deyildir ki, yük (və ya sərnişin) 

mütləq müəyyən bir dövlətin sərhədindən keçib xarici dövlətin  ərazisinə daxil 

olsun. Məsələ  burasındadır  ki,  müəyyən  bir  dövlət  ərazisindən  xarici   dövlət 

ərazisinə daşınan yük yolda itə bilər və ya sərnişin ölə bilər. Məlum məsələdir ki, 

belə halda yük və ya sərnişin dövlət sərhədini keçib xarici dövlət  ərazisinə daxil 

ola bilməz. Belə vəziyyətdə daşıma daxili  daşıma deyil, beynəlxalq daşıma kimi 

tanınır. Sovet dövrünün  məhkəmə praktikası məsələyə  məhz bu cür yanaşmışdır.

3

   


                                                            

1

 Бах:Зельцер В.И. Международные прямые грузовые сообщения СССР. М., 



1935,  с.9;  Научно-практический  комментарий  к  Основам  гражданского 

законодательства СССР и союзных  республик. М., 1962, с.302; Комментарий 

к ГК РСФСР. М., 1970, с. 594. 

2

 Бах: Тынель А., Функ Р., Хвалей В. Курс международного торгового права. 



Минск, 2000, с. 487. 

3

 Бах: Бюллетень Верховного Суда СССР, 1969, № 3, с.14. 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə