Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə8/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   4   5   6   7   8   9   10   11   ...   268

 

24 


 

boşaldılıb, başqa daşıma vasitəsinə (məsələn, vaqonlara, hava 

gəmisinə və gəmiyə) yüklənməsini nəzərdə tutur. 

Nəqliyyat vasitəsini dəyişmədən beynəlxalq daşıma isə 

sərnişinin (yükün) sərhəd məntəqəsində düşüb (boşaldılıb), başqa 

minik vasitəsinə (daşıma vasitəsinə) minməsi (yüklənməsi)  ilə 

müşayiət olunmur. 



Sərhəd boyu dəmir yolu daşıması beynəlxalq daşımanın 

xüsusi xarakterli növüdür.  Bu növ daşıma iki qonşu  dövlətin sərhəd 

boyunca olan dəmir yolu stansiyaları arasında həyata keçirilir. Bu 

zaman, adətən, təyinat yerinin deyil, yükün yola salındığı ölkənin  

daşıma qaydaları tətbiq edilir. 

Beynəlxalq avtomobil nəqliyyatına  «məkik daşımaları» 

(«maətnikovıe perevozki») adlı daşıma növü məlumdur. Bu, xüsusi 

xarakterli beynəlxalq  daşımadır. Məkik daşımaları əvvəlcədən təşkil 

olunmuş  sərnişin qruplarının  müəyyən bir dövlətin yola düşmə 

ərazisindən başqa dövlətin təyinat ərazisinə təkrarlanan gediş və gəliş 

səfərləri vasitəsilə avtobuslarda daşınması deməkdir. Gediş  səfərini 

etmiş hər bir qrup növbəti səfərlərin biri ilə yola düşmə ərazisinə geri 

daşınılır. Məkik daşımalarında birinci qayıdış  və sonuncu gediş 

səfərləri sərnişinsiz həyata keçirilir.  

Beləliklə, beynəlxalq  daşımalar anlayışı, onların növləri 

barədə qısaca məlumat verdik. İndi isə beynəlxalq nəqliyyat hüququ 

anlayışı, predmeti, prinsip və  mənbələri, habelə onun hüquq 

sistemində mövqeyi ilə bağlı məsələləri nəzərdən keçirək.  

 

 

1.2.Beynəlxalq nəqliyyat hüququ anlayışı və predmeti  



 

Beynəlxalq nəqliyyat daşımaları 

zamanı dövlətlər arasında  əmələ  gələn 

nəqliyyat-hüquq münasibətləri 

beynəlxalq nəqliyyat hüququ vasitəsilə nizama salınır. Beynəlxalq 

nəqliyyat hüququ çoxcəhətli anlayışdır. O, bir neçə mənada işlədilir: 

-obyektiv mənada; 

Beynəlxalq nəqliy- 

yat hüququ anlayışı 



 

25 


 

-subyektiv mənada; 

-elm mənasında; 

-qanunvericilik mənasında; 

-tədris fənni mənasında.  

Obyektiv mənada beynəlxalq nəqliyyat hüququ dedikdə 

beynəlxalq nəqliyyat münasibətlərini tənzimləyən hüquq 

normalarının sistemi başa düşülür. Bu mənada o, hüquqi qurum, 

struktur hissə kimi çıxış edir. Söhbət beynəlxalq nəqliyyat 

hüququnun beynəlxalq ümumi hüququn və ya beynəlxalq xüsusi 

hüququn tərkib hissəsi olmasından gedir (bu barədə bir az sonra bəhs 

olunacaq). 

Subyektiv mənada beynəlxalq nəqliyyat hüququ dedikdə 

subyektlərə beynəlxalq nəqliyyat daşımaları sahəsində verilən hüquqi 

imkanlar (səlahiyyətlər) başa düşülür. Bu baxımdan beynəlxalq 

nəqliyyat hüququ subyektiv hüququn bir növü hesab edilir.  

  Elm mənasında beynəlxalq nəqliyyat hüququ dedikdə 

beynəlxalq nəqliyyat -hüquqi hadisələr barədə  nəzəriyyələrin, 

konsepsiyaların, fikirlərin, baxışların, ideyaların və mühakimələrin 

məcmusu başa düşülür. Beynəlxalq nəqliyyat –hüquqi hadisələr 

dedikdə isə beynəlxalq nəqliyyat münasibətləri, beynəlxalq nəqliyyat 

normaları, beynəlxalq hüququn subyektləri və digər hadisələr başa 

düşülür. Beynəlxalq nəqliyyat hüquq elmi bu kimi hadisələr barədə 

anlayışlar, müddəalar və  nəticələrə dair biliklər sistemidir. 

Beynəlxalq nəqliyyat hüquq elminin predmetini beynəlxalq nəqliyyat 

münasibətlərini tənzimləyən qanunvericilik və onun tətbiq olunma 

praktikası təşkil edir. Ona beynəlxalq nəqliyyat hüquq doktrinası da 

deyilir.  

Beynəlxalq nəqliyyat hüquq elmi beynəlxalq nəqliyyat 

hüququ anlayışı, onun hüquq sistemində tutduğu yer, beynəlxalq 

nəqliyyat hüquq normalarının sistem və məzmunu, subinstitutları və 

digər aspektlərlə bağlı  məsələləri öyrənir.  



Qanunvericilik  mənasında beynəlxalq nəqliyyat hüququ 

dedikdə beynəlxalq nəqliyyat münasibətlərini tənzimləyən normativ 

hüquqi aktların  sistemi başa düşülür. Bu aktlar iki cür olur: 



 

26 


 

-beynəlxalq hüquqi aktlar; 

-milli normativ aktlar.  

Beynəlxalq hüquqi aktlar dedikdə  nəqliyyat və  nəqliyyat 

daşımaları sahəsində bağlanmış beynəlxalq müqavilələr başa düşülür. 

Onlar, praktiki olaraq,  beynəlxalq nəqliyyat sazişləri,  nəqliyyat 

konvensiyaları və s. adlanır.  

Milli normativ aktlar dedikdə ayrı-ayrı dövlətlərin daxili 

(milli) nəqliyyat qanunvericiliyi başa düşülür. Belə aktlara müxtəlif 

nəqliyyat növləri üzrə  qəbul olunmuş  nəqliyyat məcəllələri

nizamnamələri  və digər qanunlar aiddir.  

Qanunvericilik mənasında beynəlxalq nəqliyyat hüququ 

beynəlxalq nəqliyyat qanunvericiliyi deməkdir. Beynəlxalq nəqliyyat 

qanunvericiliyi beynəlxalq  nəqliyyat fəaliyyətini tənzimləyən 

normativ aktların məcmusudur.  

Nəhayət,  «beynəlxalq nəqliyyat hüququ» termini ilə  tədris 

fənni  əhatə olunur. Tədris fənni mənasında beynəlxalq nəqliyyat 

hüququ dedikdə iki məsələ barəsində sistemləşdirilmiş informasiya 

başa düşülür:  

-obyektiv mənada, yəni hüquq normalarının sistemi barədə 

beynəlxalq nəqliyyat hüququ; 

-beynəlxalq nəqliyyat hüquq elmi (beynəlxalq nəqliyyat 

hüququ). 

Tədris fənni mənasında beynəlxalq nəqliyyat hüququna həm 

də beynəlxalq nəqliyyat hüquq kursu deyilir. Beynəlxalq nəqliyyat 

hüquq kursu beynəlxalq nəqliyyat hüququna aid anlayışlar, 

kateqoriyalar və digər məsələlər barədə sistemləşdirilmiş  və 

ümumiləşdirilmiş  məlumatlar verir. O, həm də beynəlxalq hüquq 

elmi, onun işləyib hazırladığı konsepsiyalar, nəzəriyyələr və 

postulatlar haqqında informasiya mənbəyidir. Beynəlxalq nəqliyyat 

hüquq kursunun öyrənilməsi beynəlxalq nəqliyyat-hüquqi 

tənzimetmənin məna və  məzmununu başa düşməyə, qüvvədə olan 

qanunvericiliyi təhlil etməyə  və onda olan hüquqi boşluğu 

müəyyənləşdirməyə imkan verir.  




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə