Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə11/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   7   8   9   10   11   12   13   14   ...   268

 

33 


 

kompleks sahə hesab etmək  ən azı  məntiqsizlikdir. Ona görə ki

beynəlxalq hüquq dövlətlərarası hüquqdur, onun ibarət olduğu 

normalar yalnız dövlətlərarası münasibətləri tənzim etmək 

məqsədinə xidmət edir, həmin normalar ayrı-ayrı ölkələrin fiziki və 

hüquqi  şəxsləri arasında yaranan xarici elementli münasibətlərə 

tətbiq edilmir. Məhz bu səbəbdən xarici elementli  daşıma 

münasibətlərini tənzim edən normaları beynəlxalq hüququn tərkib 

hissəsi kimi beynəlxalq nəqliyyat hüququna daxil etmək olmaz.  

 

Zənnimizcə,  ən doğru və düzgün fikir bundan ibarətdir ki, 



beynəlxalq nəqliyyat hüququ ayrıca olaraq həm beynəlxalq hüququn, 

həm də beynəlxalq xüsusi hüququn institutudur. Özündə müxtəlif 

hüquq sahələrinə aid normaları birləşdirən kompleks hüquq institutu 

mövcud ola bilməz və bunu hüquq nəzəriyyəsi qəbul etmir. Odur ki, 

beynəlxalq nəqliyyat hüququna özündə beynəlxalq hüququn və 

beynəlxalq xüsusi hüququn normalarını birləşdirən kompleks hüquq 

institutu kimi baxan müəlliflərin mövqeyi qeyri-realdır.

2

  Amma həm 



qanunvericilik, həm elm, həm də  tədris fənni mənasında kompleks 

beynəlxalq nəqliyyat hüququndan danışmaq olar. Məsələn, kompleks 

xarakterli tədris (elmi) fənni kimi beynəlxalq nəqliyyat hüququnda 

həm beynəlxalq nəqliyyat yollarından istifadə  məsələləri            üzrə 

dövlətlərarası münasibətlər, həm də  təşkilat və  şəxslər arasında 

nəqliyyat daşıma münasibətləri öyrənilir və tədqiq olunur.

3

 + 


 

 

                                                            



2

 Бязи мцяллифляр мящз беля фикир сюйляйирляр (бах: Салминен Э.О., Борозна А.А., 

Икаев Ю.К., Икаева Т.П. Международное транспортное и таможенное право. 

России. СПб., 2007, с.28.  

3

 Бах: Гуреев С.А., Копылов М.Н. Международное транспортное право. М., 



1987, с.5. 

 



 

34 


 

Qanunvericilik mənasında kompleks xarakterli beynəlxalq 

nəqliyyat hüququ özündə  həm beynəlxalq nəqliyyat 

konvensiyalarını, həm də daxili (milli) nəqliyyat 

qanunvericiliyini birləşdirir.  

 

1.4.Beynəlxalq nəqliyyat hüququnun mənbələri  

 

Beynəlxalq nəqliyyat 

hüququnun yerinə yetirdiyi əsas 

funksiyalardan biri tənzimləyici 

funksiyadır. O, bu funksiyanı hüquq 

normalarının köməyi ilə  həyata keçirir. Həmin  hüquq 

normalarının ifadə formalarına beynəlxalq nəqliyyat 

hüququnun mənbələri deyilir.  



Beynəlxalq nəqliyyat hüququnun mənbələri 

dedikdə beynəlxalq nəqliyyat münasibətlərini tənzimləyən 

hüquq normalarının sistemi başa düşülür.  

Qeyd etmək lazımdır ki, beynəlxalq ümumi 

nəqliyyat hüququ və beynəlxalq xüsusi nəqliyyat 

hüququnun mənbələri eyni deyildir. Belə ki, beynəlxalq 

ümumi nəqliyyat hüququnun mənbələrinə beynəlxalq 

müqavilələr və beynəlxalq adətlər aiddir; beynəlxalq xüsusi 

nəqliyyat hüququnun mənbələri isə beynəlxalq 

müqavilələrdən, daxili (milli) qanunvericilikdən və 

beynəlxalq adətlərdən ibarətdir; ayrı-ayrı ölkələrin daxili 

(milli) qanunvericiliyi beynəlxalq ümumi nəqliyyat 

hüququnun mənbəyi ola bilməz. Ona görə ki, birinci, 

beynəlxalq hüquq dövlətlərarası hüquqdur; ikinci, bütün 



Beynəlxalq nəqliy- 

yat hüququnun  

mənbə növləri


 

35 


 

dünya ölkələri üçün beynəlxalq hüquq vahiddir və 

ümumidir.  

Dediklərimizə  əsasən göstərə bilərik ki, beynəlxalq 

nəqliyyat hüququnun ümumilikdə 

mənbələri 

aşağıdakılardan ibarətdir: 

-beynəlxalq müqavilələr; 

-daxili (milli) qanunvericilik; 

-beynəlxalq adətlər. 

Onları iki yerə bölmək olar: əsas mənbə növü; əlavə 

mənbə növü. 

Əsas mənbə növünə beynəlxalq müqavilələr və 

daxili (milli) qanunvericilik aiddir. Beynəlxalq adətlər isə 

əlavə mənbə növü sayılır.  

 Beynəlxalq nəqliyyat hüququnun mənbələri həm də 

aşağıdakı kimi fərqləndirilir: beynəlxalq mənbə, daxili 

(milli) mənbə. 

Beynəlxalq mənbə dedikdə beynəlxalq müqavilələr 

və beynəlxalq adətlər başa düşülür. Daxili (milli) mənbəyə 

isə daxili (milli) qanunvericilik aiddir. 

 

 




 

36 


 

  

Beynəlxalq müqavilələr 



beynəlxalq nəqliyyat 

hüququnun 

əsas mənbə 

növlərindən biridir. Söhbət 

nəqliyyat və 

nəqliyyat 

daşımaları sahəsində bağlanan beynəlxalq sazişlərdən gedir 

– onlara beynəlxalq nəqliyyat sazişləri deyilir.  

Beynəlxalq nəqliyyat sazişləri çox vaxt nəqliyyat 

konvensiyaları adlanır. Nəqliyyat konvensiyalarının  əsas 

məqsədi dövlətlər arasında nəqliyyat əlaqələri yaratmaqdan 

ibarətdir. Nəqliyyat iqtisadiyyatın müstəqil sahəsi olduğuna 

görə belə konvensiyalar beynəlxalq iqtisadi sazişlərin 

müstəqil qrupunu təşkil edir.  

Nəqliyyat konvensiyaları dedikdə, birinci, çoxtərəfli 

sazişlər başa düşülür. Bu sazişlər, bir qayda olaraq, 

bila

vasitə beynəlxalq təşkilatlar tərəfindən və ya onların rəhbərliyi 



ilə  qəbul edilir. Nəqliyyat konvensiyaları dedikdə, ikinci, ikitərəfli 

beynəlxalq müqavilələr (sazişlər) başa düşülür. Həm çoxtərəfli 

sazişlər, həm də ikitərəfli müqavilələr nəqliyyat konvensiyaları 

adlanaraq beynəlxalq nəqliyyat sahəsində münasibətləri tənzimləyir.

1

  

Qeyd etmək lazımdır ki, beynəlxalq nəqliyyat daşımaları 



həyata keçirilən zaman nəqliyyat vasitəsi dövlət sərhədini keçir və 

xarici dövlət  ərazisi ilə  hərəkət edir. Bu zaman təşkilati, texniki, 

kommersiya və hüquqi xarakterli məsələlər yaranır ki, onları  həll 

etmədən dövlətlər arasında nəqliyyat  əlaqəsi yaratmaq qeyri-

mümkündür. Həmin məsələlər məhz  nəqliyyat konvensiyalarının 

bağlanması yolu ilə həll edilir.  

                                                            

1

  Бровка  С.В.,  Савченко  М.И.  Международное  транспортное  право.  Минск, 



1997, с.24. 

Beynəlxalq müqavilə- 

lər beynəlxalq nəqliy- 

yat hüququnun mən- 

bəyi kimi 


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə