Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə12/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   8   9   10   11   12   13   14   15   ...   268

 

37 


 

Nəqliyyat konvensiyalarında, birinci, elə normalar 

müəyyənləşdirilir ki, onlar nəqliyyat sahəsində dövlətlər arasında 

yaranan münasibətləri tənzimləyir, bu sahədə dövlətlər üçün hüquq 

və  vəzifələr müəyyən edir. Odur ki, həmin normalar beynəlxalq 

ümumi nəqliyyat hüquq normaları hesab olunur. Məsələn, Çikaqo 

Konvensiyasının 1-ci maddəsində ifadə olunan hava məkanı üzərində 

dövlət suverenliyinin  tanınması haqqında müddəa bu növ normaya 

misal ola bilər. Nəqliyyat  konvensiyalarında,  ikinci, beynəlxalq  

xüsusi  nəqliyyat  hüquq normaları   

müəyyənləşdirilə bilər. Bu normalar beynəlxalq yük və  sərnişin 

daşımalarının  əsas  şərtlərini, daşıyıcının məsuliyyət daşıma 

qaydasını, beynəlxalq tarifləri və digər məsələləri tənzimləyir.  

Beynəlxalq nəqliyyat sahəsində  qəbul olunan nəqliyyat 

konvensiyaları müxtəlif terminlərlə ifadə oluna bilər: saziş, statut, 

müqavilə, konvensiya, tariflər, qaydalar, daşıma  şərtləri, xidməti 

təlimat, əlavə qərarlar və s. Lakin  nəqliyyat konvensiyalarının adının 

müxtəlif terminlərlə ifadə olunmasına baxmayaraq, onlar öz hüquqi 

xarakterinə görə beynəlxalq müqavilə sayılır. Belə ki, nəqliyyat 

konvensiyaları    həm forma baxımından, həm də  məzmun cəhətdən 

beynəlxalq müqavilənin əlamətlərinə cavab verir.  

Nəqliyyat konvensiyalarının hüquqi tənzimetmə obyektini 

müxtəlif məsələlər təşkil edir. Onların vasitəsilə aşağıdakı məsələlər  

müəyyən edilir:

1

  

-beynəlxalq nəqliyyat daşımalarının ümumi prinsipləri və 



təşkili; 

-nəqliyyat daşıma şərtləri; 

-beynəlxalq nəqliyyat daşıma tarifləri; 

-dövlətlər arasında nəqliyyat  əlaqələrinin asanlaşdırılması  və 

sadələşdiril-məsi (gömrük prosedurunun, vergi rejiminin  və s. 

sadələşdirilməsi də bu sıraya aiddir); 

-ayrı-ayrı  nəqliyyat növlərinin fəaliyyəti üzrə spesifik 

cəhətlərin nizamlanması; 

                                                            

1

 Бах: Авчинкин Д.В. Медународные перевозки. Минск,  1999, с.6-7. 




 

38 


 

-nəqliyyat prosesi iştirakçılarının (yükgöndərənlərin, 

yükalanların və s.) əmlak mənafelərinin müdafiəsi. 

Hüquq  ədəbiyyatında daxili 

(milli) qanunvericilik beynəlxalq 

nəqliyyat hüququnun mənbələrindən 

biri hesab edilir.

2

 Özü də daxili 



(milli) qanunvericilik yalnız 

beynəlxalq xüsusi nəqliyyat hüququnun mənbəyi ola bilər.  

Qeyd etmək lazımdır ki, daxili (milli) qanunvericilik 

beynəlxalq nəqliyyat daşımalarının tənzimlənməsində mühüm rol 

oynayır. Belə ki, nəqliyyat konvensiyaları beynəlxalq daşıma 

münasibətlərinin hamısını bütün detalları ilə, müfəssəl  şəkildə 

tənzimləmək iqtidarında deyildir. Buna görə  də  nəqliyyat 

konvensiyaları praktikada tətbiq edilərkən bəzən boşluq yaranır. Bu 

kimi hallarda yaranmış hüquqi boşluq yalnız daxili (milli) 

qanunvericiliyin köməyi ilə aradan  qaldırıla bilər. Nəzərə almaq 

lazımdır ki, daxili (milli) qanunvericilik nəqliyyat  əməliyyatlarını 

geniş təfsilatı ilə, tam şəkildə tənzimləməyə qadirdir.  

Digər tərəfdən elə hallar olur ki, nəqliyyat konvensiyalarında 

nəqliyyat  əməliyyatlarının bəzi vacib cəhətlərinə toxunulmur. 

Məsələn, dəniz və hava daşımaları barədə müvafiq sazişlər çarter 

daşımalarını  tənzimləmir və s. Şübhəsiz, belə hallarda daxili (milli) 

qanunvericilikdən istifadə olunur.     

Beləliklə, beynəlxalq nəqliyyat daşımalarını  tənzimləmək 

üçün daxili (milli) qanunvericilik tətbiq oluna bilər. Bu, bəzi hallarda 

məcburi xarakter daşıyır. Belə hallarda dövlətin daxili (milli) 

qanunvericiliyi, birinci, həmin dövlətin  ərazisində  həyata keçirilən  

bütün nəqliyyat daşımalarına  şamil  olunur; ikinci, daxili (milli) 

qanunvericilik eksterritorial qüvvəyə malikdir,  

                                                            

2

 Тулеугалиев Г.И. Избранные труды по транспортному праву. Алматы, 2003, 



с.342. 

 

Daxili (milli) qanun- 



vericilik beynəlxalq  

nəqliyyat hüququnun  

mənbəyi kimi 


 

39 


 

yəni beynəlxalq daşıma dövlətin ərazisindən kənarda həyata keçirilən  

hallarda da daxili (milli) qanunvericilik tətbiq edilir.  

Daxili (milli) qanunvericilik beynəlxalq nəqliyyat 

daşımalarını, ilk növbədə, maddi xarakterli, birbaşa qüvvəsi olan 

normaların köməyi ilə tənzimləyir. Bu normalar, xüsusi olaraq, xarici 

elementli nəqliyyat daşıma münasibətlərini tənzimləmək üçün 

nəzərdə tutulmuşdur. Həmin normalarda birbaşa göstərilir ki, onlar 

beynəlxalq  daşımalara tətbiq edilir. Məsələn, Aviasiya haqqında 

Qanunda və Ticarət Gəmiçiliyi Məcəlləsinin  müvafiq maddələrində  

onların ölkə  ərazisindən kənarda  yaranan münasibətlərə  tətbiq 

edilməsi barədə göstəriş ifadə edilmişdir. Bu göstəriş  həmin aktları  

eksterritorial qüvvə ilə  təmin edir. Belə göstərişə xarici 

qanunvericilikdə  də rast gəlmək mümkündür. Məsələn, Polşanın 

Dəniz Məcəlləsinin 73-cü maddəsinin 4-cü  paraqlarında birbaşa 

qüvvəsi olan norma ifadə edilmişdir.  

İkinci, daxili (milli) qanunvericilik beynəlxalq daşımaları öz 

kollizion normalarının  vasitəsilə    tənzimləyə bilər. Belə ki, daxili 

(milli) qanunvericiliyin nəzərdə tutduğu kollizion normada göstərilir 

ki, xarici elementli daşıma münasibətinə hansı ölkənin  

qanunvericiliyi tətbiq olunmalıdır, yəni kollizion normanın vasitəsilə 

tətbiq olunacaq qanunvericilik  seçilir, müəyyənləşdirilir.  

Kollizion norma xarici elementli daşıma münasibətlərini 

(daşıma müqaviləsini)  tənzimləmək üçün «tərəflərin iradə 

sərbəstliyi» kimi kollizion formul («lex voluntatis» kollizion 

prinsipi) müəyyənləşdirir. Bu formula əsasən, xarici  elementli 

nəqliyyat daşıma münasibətlərində  iştirak edən tərəflər özləri 

razılaşma yolu ilə  həmin münasibətləri tənzimləmək üçün bu və ya 

digər dövlətin  qanunvericiliyini seçə bilərlər. Məsələn, Yunanıstan 

Mülki Məcəlləsinin 25-ci maddəsində göstərilir ki, müqavilədən 

yaranan münasibət  (öhdəlik) həmin müqaviləni bağlayan tərəflərin 

özlərinin seçdikləri hüquq əsasında tənzimlənir. «Beynəlxalq xüsusi 

hüquq haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü 

maddəsində  də analoji kollizion formul (prinsip) ifadə olunmuşdur: 

müqavilə  ilə bağlı tərəflərin hüquq və  



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə