Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə10/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   6   7   8   9   10   11   12   13   ...   268

 

30 


 

 

Nəqliyyat öhdəlikləri dedikdə,  əsasən və başlıca olaraq, 



daşıma münasibətləri başa düşülür ki, həmin münasibətlər yükün, 

baqajın və  sərnişinlərin təyinat yerinə    çatdırılması ilə bağlı olaraq 

yaranır. Onlar mülki münasibətlərin bir növüdür; nəqliyyat öhdəliyi 

isə mülki öhdəlikdir.  

 

Əgər yük, baqaj və ya sərnişin xaricə daşınarsa, belə halda 



yaranan daşıma münasibətində (nəqliyyat öhdəliyində) xarici 

(beynəlxalq)  element iştirak edir,

1

 buna görə  də  həmin münasibət 



xarici (beynəlxalq) elementli daşıma münasibəti (nəqliyyat öhdəliyi) 

adlanır. Bu kimi münasibətlər isə,  əvvəldə qeyd etdiyimiz kimi

beynəlxalq xüsusi hüquqla, daha doğrusu, onun bir hissəsi olan 

beynəlxalq xüsusi nəqliyyat hüququ ilə  tənzimlənərək onun 

nizamasalma predmetini təşkil edir.  

   


1.3.Beynəlxalq nəqliyyat hüququnun hüquq sistemində 

tutduğu yer 

 

     Qeyd etdik ki, beynəlxalq nəqliyyat 

hüququna iki aspektdən yanaşmaq 

lazımdır: beynəlxalq ümumi nəqliyyat 

hüququ; beynəlxalq xüsusi nəqliyyat 

hüququ. Məsələyə bu cür  yanaşmanın 

əsasını düzgün söylənilmiş belə bir fikir təşkil edir ki, beynəlxalq 

nəqliyyat hüququ müəyyən dərəcədə  həm «ümumi hüquqdur», həm 

də «xüsusi hüquqdur».

2

 Lakin beynəlxalq nəqliyyat hüququnu 



«beynəlxalq ümumi nəqliyyat hüququ» və «beynəlxalq xüsusi 

nəqliyyat hüququ» kimi iki yerə bölmək olmaz,  çünki söhbət tamın 

ayrı-ayrı iki hissəyə bölünə bilinməməsindən gedir. Ona görə ki, 

                                                                                                                                         

 

1

 Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 1981, 



с.5;  Аллащвердийев  С.С.  Азярбайъан  Республикасынын    бейнялхалг  хцсуси  (мцлки) 

щцгуг курсу. Дярслик. Бакы, 2007, с.28. 

2

 Тулеугалиев Г.И. Избранные труды по транспортному праву. Алматы, 2003, 



с.331. 

Beynəlxalq nəqliyyat 

hüququ beynəlxalq 

hüququn struktur  

hissəsi kimi 


 

31 


 

beynəlxalq hüquq tamın hissələrə bölünməsi kimi beynəlxalq ümumi 

hüquqa və beynəlxalq xüsusi  hüquqa bölünmür.

3

  



Eyni zamanda qeyd etmək lazımdır ki, beynəlxalq nəqliyyat 

hüququnun hüquq sistemində tutduğu yeri müəyyənləşdirərkən 

göstərdiyimiz bölgünü şərti formada  nəzərə almaq olar. Belə ki, əgər 

beynəlxalq nəqliyyat sahəsində dövlətlər arasında yaranan 

hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətlərini 

tənzimləyən hüquq normalarının sistemindən söhbət gedərsə, belə 

halda həmin normalar sisteminə  beynəlxalq ümumi hüququn tərkib 

hissəsi kimi baxmaq lazımdır. Bu normaların sistemi beynəlxalq 

hüququn institutu kimi beynəlxalq  ümumi nəqliyyat hüququnu 

əmələ  gətirir. Buna görə  də beynəlxalq ümumi  nəqliyyat  hüququ  

beynəlxalq  hüququn  institutlarından  biri  hesab edilir. Bu institut 

yalnız hakimiyyət xarakterli beynəlxalq nəqliyyat münasibətlərini 

tənzim edir. Qeyri-hakimiyyət xarakterli beynəlxalq nəqliyyat 

münasibətləri isə həmin institutun nizamasalma predmetinə aid deyil.  

Beynəlxalq nəqliyyat hüququ 

həm də beynəlxalq xüsusi hüququn 

struktur hissəsi sayılır. Belə ki, xarici 

elementli daşıma münasibətləri 

(nəqliyyat öhdəlikləri) müəyyən 

hüquq normaları ilə  tənzimlənir. Həmin normaların sistemi də 

beynəlxalq nəqliyyat hüququnu əmələ  gətirir ki, bu baxımdan 

beynəlxalq nəqliyyat hüququ beynəlxalq xüsusi hüququn institutu 

kimi çıxış edir və «beynəlxalq xüsusi nəqliyyat hüququ» termini ilə 

əhatə olunur.  

Beynəlxalq xüsusi nəqliyyat hüququ institutu dedikdə hüquq 

normalarının elə sistemi başa düşülür ki, bu normalar fiziki şəxslər, 

hüquqi  şəxslər və (və ya) dövlət arasında yaranan xarici elementli 

daşıma  münasibətlərini tənzim edir. Bu institutun əsas məqsədi 

beynəlxalq daşıma prosesi iştirakçıları (yükgöndərənlər, yükalanlar, 

                                                            

3

 Аллащвердийев С.С. Азярбайъан Республикасынын  бейнялхалг хцсуси (мцлки) 



щцгуг курсу. Дярслик.  Бакы, 2007, с.35. 

Beynəlxalq nəqliyyat  

hüququ beynəlxalq 

xüsusi  hüququn  

struktur hissəsi kimi 


 

32 


 

daşıyıcılar, sərnişinlər və s.) arasında yaranan daşıma münasibətlərini 

nizama salmaqdan ibarətdir.  

Beynəlxalq nəqliyyat hüququnun hüquq sistemində tutduğu 

yer  ədəbiyyat səhifələrində  ən çox müzakirə olunan məsələlərdən 

biridir. Bu barədə müəlliflərin fikir və mövqeləri eyni olmayaraq bir-

birindən fərqlənir. Bəzi müəlliflər göstərirlər ki, beynəlxalq nəqliyyat 

hüququ beynəlxalq ümumi  hüququn və beynəlxalq xüsusi  hüququn 

kompleks sahəsidir.

1

 Türkiyə hüquq ədəbiyyatında «beynəlxalq 



nəqliyyat hüququ» anlayışı «milletlerarası taşıma hukuku» kimi 

işlədilir.

2

 Y.N.Maleyev belə hesab edir ki, beynəlxalq nəqliyyat 



hüququ beynəlxalq hüququn kompleks hissəsi olub, özündə  həm 

ümumi (hakimiyyət) hüquq münasibətlərini, həm də xüsusi hüquqi 

xarakterli münasibətləri tənzim edən normaları birləşdirir.

3

 Bunlara 



oxşar mövqedə S.V.Brovka və M.İ.Savçenko da dururlar.

4

 Onlar 



göstərirlər ki, beynəlxalq nəqliyyat hüququ özündə beynəlxalq 

daşımalar sahəsində dövlətlərarası  münasibətləri, habelə beynəlxalq 

nəqliyyat prosesi iştirakçıları (daşıyıcılar,  yükgöndərənlər, 

yükalanlar və s.) arasında qarşılıqlı münasibətləri tənzimləyən 

normaları birləşdirir. N.Y.Erpılyova isə beynəlxalq nəqliyyat 

hüququna beynəlxalq xüsusi  hüququn sahəsi kimi baxır ki, həmin 

sahə özündə kompleks hüquq normalarını birləşdirir.

1

  



 

Hesab edirik ki, göstərilən mövqelərin heç biri həqiqəti sözün 

tam mənasında ifadə etmir. Belə ki, beynəlxalq hüququn hissəsi kimi 

beynəlxalq nəqliyyat hüququna ayrı-ayrı  şəxslər arasında yaranan 

daşıma münasibətlərini tənzim edən normaları daxil etmək və onu 

                                                            

1

 Бах: Э.О.Салминен, А.А.Борозна, Ю.К.Икаев, Т.П.Икаева.  Международное 



транспортное и таможенное право России. Учебное пособие. СПб, 2007, с.23. 

2

  Бах:  Проф.Др.Севин  Толунер’е  Армаьан.  Миллетлерарасы  Щукук  ве  Миллетлерарасы 



Юзел Щукук Бцлтени. Йыл 24/Сайы 1-2/. Истанбул, 2004, с.379. 

3

 Бах: Международное право. Учебник. М., 2000, с. 653. 



4

 Бах: С.В.Бровка, М.И.Савченко. Международное транспортное право. 

Минск, 1997, с.9. 

 

1



 Бах: Ерпылева Н.Ю. Международное частное право. Учебник. М., 2004, 

с.237. 



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə