Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə5/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   2   3   4   5   6   7   8   9   ...   268

 

15 


 

boru kəməri sahəsində yaranan münasibətlər Azərbaycan Respublikasının müvafiq  

qanunverici-liyi ilə    tənzimlənir. Beynəlxalq boru kəməri nəqliyyatının hüquqi 

tənzimlənməsi məsələləri barədə sonrakı  fəsillərin birində söhbət açılacaqdır.    

 Beynəlxalq dəniz daşımaları ilə beynəlxalq su (çay) daşımalarına birlikdə 

su yolu ilə beynəlxalq daşımalar, beynəlxalq avtomobil daşımaları ilə beynəlxalq  

dəmir yolu daşımalarına  quru yol ilə beynəlxalq daşımalar, beynəlxalq hava 

daşımalarına isə beynəlxalq aviasiya daşımaları da deyilir.  

Daşıma (nəqliyyat) prosesində  iştirak edən nəqliyyat vasitələrinə görə 

beynəlxalq daşımaların iki növü fərqləndirilir: beynəlxalq sadə daşımalar, 

beynəlxalq mürəkkəb daşımalar. 



Beynəlxalq sadə daşımalar dedikdə yalnız bir nəqliyyat növü ilə həyata 

keçirilən beynəlxalq daşımalar başa düşülür. Məsələn, hava gəmisindən istifadə 

olunmaqla iki dövlət arasında hava daşıması  həyata keçirilir. Başqa bir misalda

dəmir yolu kimi nəqliyyat növündən istifadə olunmaqla beynəlxalq daşıma həyata  

keçirilir. Bunlar beynəlxalq sadə  daşımalara misaldır.  

Beynəlxalq mürəkkəb daşımalar dedikdə  nəqliyyatın müxtəlif  

növlərindən istifadə olunmaqla həyata keçirilən beynəlxalq daşımalar başa düşülür. 

Məsələn, iki dövlət arasında avtomobil nəqliyyatı    və  dəniz  gəmisindən, yaxud  

dəmir yolu və  dəniz gəmisindən  istifadə olunmaqla daşıma həyata keçirilir. Bu 

növ  daşımalara  kombinə edilmiş  və ya qarışıq daşımalar,   ya da intermodal 

daşımalar deyilir.  

Nəqliyyat  əməliyyatının predmetinə  və ya daşımanın obyektinə görə 

beynəlxalq daşımalar üç növə bölünür

1

: beynəlxalq yük daşımaları, beynəlxalq 



sərnişin daşımaları, beynəlxalq baqaj daşımaları. 

Beynəlxalq yük daşımalarının  obyektini yük təşkil edir.  İki və daha 

çox dövlət arasında həyata keçirilən daşımanın obyekti   

                                                            

1

 Бах: Фомичев В.И. Международная торговля. Учебник. М., 2001, с.387. 



 


 

16 


 

sərnişin olarsa, belə daşımalar  beynəlxalq sərnişin daşımaları   adlanır. 

Beynəlxalq daşımanın obyekti qismində baqaj çıxış edərsə,  bu növ daşımalara 

beynəlxalq baqaj daşımaları deyilir.  

Dəmir yolu nəqliyyatında daşımanın obyekti yük baqajı da ola bilər. Belə 

ki, sərnişin daşınması nəinki baqaj  daşınması ilə, hətta yük baqajının daşınması ilə  

müşayiət oluna bilər.  Yük baqajı dedikdə  sərnişin və poçt-baqaj qatarlarında 

daşınan yük və digər maddi nemətlər başa düşülür.

1

 Belə halda, beynəlxalq 



daşımanın yük baqajı daşınması kimi  növündən danışmaq lazımdır.

2

  



Nəqliyyat  əməliyyatlarının  vaxtaşırı olub-olmamasına  görə beynəlxalq 

daşımaların  iki  növü  fərqləndirilir: beynəlxalq müntəzəm  daşımalar, beynəlxalq 

qeyri-müntəzəm daşımalar.  

Beynəlxalq müntəzəm daşımaların, hər  şeydən  əvvəl,  əsas  əlamətlərini 

müəyyənləşdirək. Bu əlamətlər onu qeyri-müntəzəm  beynəlxalq  daşımalardan  

fərqləndirməyə imkan verir. Həmin əlamətlərə aşağıdakılar aiddir: 

-birinci, beynəlxalq müntəzəm daşımaların  əsas və  başlıca əlaməti ondan 

ibarətdir ki, bu növ daşımaları  həyata keçirən nəqliyyat (daşıma) vasitəsi 

(avtomobil,  hava gəmisi və s.) əvvəlcədən rəsmi  surətdə  elan  olunmuş cədvəl 

üzrə    hərəkət  edir.  Hərəkət cədvəli  geniş    həcmli  informasiya verir. Bu isə o  

deməkdir ki, beynəlxalq müntəzəm daşımalar vaxtaşırı  həyata keçirilir. 

 

Vaxtaşırılıq onun əsas  əlamətidir. Beynəlxalq qeyri-müntəzəm daşımalar isə bu 



cür  əlamətdən məhrumdur. Belə növ daşımalar təlabat olduqda və ya  ehtiyac  

yarandıqda həyata keçirilir;  

                                                            

1

  Бах:  Гражданское  право.  Учебник.  Том 2. Полутом 2 / Под  ред. 



Е.А.Суханова.  М., 2000, с.42;  Закон  Украины  «О  железнодорожном 

транспорте»  от    4  июля 1996.  // В  книге:  Транспортное  право  Украины 

(Сборник законодательных актов). Харьков, 1998, с.29 вя с. 

2

 Бах: Садиков О.Н. Правовое регулирование международных перевозок. М., 



1981, с.9. 


 

17 


 

-ikinci, beynəlxalq müntəzəm daşımalar əvvəlcədən rəsmən elan olunmuş 

və müəyyən edilmiş daşıma  şərtləri  əsasında həyata keçirilir. Bu şərtlər daşıma 

qaydalarında, tariflərdə    və digər  sənədlərdə  nəzərdə tutulur. Özü də  daşıma  

şərtləri bütün müştərilər (yükgöndərənlər və  sərnişinlər) üçün eyni cür 

müəyyənləşdirilir. Digər  tərəfdən,  daşıma  müqaviləsinin bağlanmasında hər 

hansı bir  müştəriyə nisbətən digərinə üstünlük verilməsi istisna olunur. Bu o 

deməkdir ki,  beynəlxalq müntəzəm  daşımalarla bağlı müqavilə ümumi müqavilə 

hesab edilir

3

 (MM-in 400-cü maddəsi). 



Beynəlxalq  müntəzəm daşımalar dedikdə  əvvəlcədən elan olunmuş 

hərəkət (reys) cədvəli üzrə    və qabaqcadan müəyyən edilmiş daşıma  şərtləri 

əsasında həyata keçirilən  daşımalar başa düşülür. Belə növ  daşımalar, xüsusilə, 

avtomobil, hava və dəniz nəqliyyatı üçün vacib əhəmiyyət kəsb edir. Bu baxımdan,  

beynəlxalq müntəzəm  daşımaların üç əsas yarımnövü fərqləndirilir: 

 -avtomobil 

nəqliyyatı vasitəsi ilə beynəlxalq müntəzəm daşımalar; 

 -hava 


nəqliyyatı vasitəsi ilə  beynəlxalq müntəzəm daşımalar; 

-dəniz nəqliyyatı vasitəsi  ilə  beynəlxalq müntəzəm daşımalar. 

Beynəlxalq müntəzəm daşımaların göstərilən  yarımnövlərinə beynəlxalq 

nəqliyyat  sazişlərində  anlayış verilir. 



Avtobuslarla beynəlxalq  müntəzəm  daşıma odur ki,  bu növ daşıma 

müəyyən olunmuş  müqavilə  şərtlərinə  və tarifə uyğun, habelə müəyyən trasda 

sərnişinlərin minmək və düşmək yerləri (dayanacaqları) göstərilməklə avtobusların  

hərəkət cədvəlinə uyğun şəkildə həyata keçirilir.

1

 Analoji göstəriş Bişkek  



                                                            

3

 Бах: Экономика и организация внешнеторговых перевозок. Учебник / Под 



ред. К.В.Холопова. М., 2000, с.243.  

1

 Бах: Соглашение социалистических стран об общих условиях выполнения 



международных пассажирских перевозок автобусами, подписанное в Берлине 

5 декабря 1970 г. 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə