Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə267/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

853 


 

ərazisindən axıb keçir və ya onların  ərazisini bölür. Belə çaylar 

çayətrafı dövlətlərin ticarət gəmilərinin naviqasiyası  üçün açıq olur. 

Onlar digər dövlətlərin ticarət gəmilərinin naviqasiyası üçün də açıq 

olduqda belə çaylara açıq çaylar deyilir.  

Su  (çay) nəqliyyatı ilə beynəlxalq xarici ticarət  

daşımalarının növləri: ixrac daşıması, idxal daşıması, tranzit daşıma, 

xarici fraktedənlərin yüklərinin daşınması.  

Su (çay) nəqliyyatı ilə beynəlxalq daşımaların hüquqi 

tənzimlənməsi. Bu sahədə beynəlxalq çoxtərəfli müqavilələr. Reyn 

üzrə  gəmiçilik haqqında Konven-siya (1868-ci il), Dunayda 

gəmiçiliyin rejimi haqqında Konvensiya (1948-ci il).   

Daxili su (çay) nəqliyyat hüquq sistemində  əsas hüquq 

institutları: daxili su (çay) yollarının hüquqi rejimi, gəminin hüquqi 

statusu, gəminin təhlükəsizliyi, gəmilərin toqquşmasından dəyən 

zərərin ödənilməsi, batmış  əmlakın hüquqi rejimi, su (çay) 

limanlarının hüquqi rejimi, gəmilərin icarəsi, gəmi heyətinin hüquqi 

vəziyyəti, yük daşımalarının normativ hüquqi tənzimlənməsi, 

sərnişin daşımalarının, baqaj və poçt göndərişlərinin hüquqi 

tənzimlənməsi, gəmilərin və digər  əmlakın xilas edilməsi, ümumi 

qəza   və b.  

Beynəlxalq miqayasda həyata keçirilən su (çay) daşımaları 

beynəlxalq su (çay) hüquqi ilə  tənzimlənir. Beynəlxalq su (çay) 

hüququ dedikdə beynəlxalq çayların, göllərin, qeyri-dəniz 

kanallarının və digər beynəlxalq  əhəmiyyətli daxili su yollarının 

istifadəsilə bağlı dövlətlər arasındakı münasibətləri tənzimləyən 

hüquq normalarının məcmusu başa düşülür.  

Su (çay) daşımaları sahəsində beynəlxalq və regional 

təşkilatlar. Beynəlxalq su (çay)  daşımalarının inkişafında onların 

rolu və  əhəmiyyəti. Bu qəbildən olan təşkilatlar sırasında 

aşağıdakıları, xüsusilə, fərqləndirmək lazımdır: 

-1)sahənin ayrıca aspektləri ilə məşğul olan ümumi xarakterli 

beynəlxalq hökumətlərarası  və qeyri-hökumət təşkilatları [BMT və 

onun orqanları (EKOSOS və onun köməkçi orqanı – Təbii Ehtiyatlar 




 

854 


 

üzrə Komitə  və s.); AİK və onun  orqanları – Su Ehtiyatları 

Problemləri üzrə Komitə və s.]; 

-2)konkret beynəlxalq çayların bütövlükdə istifadəsi üzrə 

hökumətlərarası  təşkilatlar. Bu təşkilatlar ikitərəfli və çoxtərəfli 

əsasda yaradılmış  və onlar məcmu  şəklində beynəlxalq su (çay) 

komissiyaları adlanır: məsələn, Seneral  çayının istifadə edilməsi 

üzrə dövlətlərarası Komitə, Dunay Komissiyası, Reyn üzrə Mərkəzi 

Gəmiçilik Komissiyası, ABŞ  və Qvatemala arasında sərhəd və su 

ehtiyatları məsələləri üzrə Beynəlxalq Komissiya və s.  

Beynəlxalq su (çay) nəqliyyatı ilə daşıma müqavilələri. 

Müqavilə üzrə  tərəflərin hüquq və  vəzifələri,  məsuliyyət və onun 

əsasları.  

Azərbaycan Respublikasında su (çay) nəqliyyatı ölkənin 

nəqliyyat sisteminin tərkib hissəsi kimi və onun inkişaf etdirilməsi 

perspektivləri.  



 

MÖVZU 8. Beynəlxalq boru kəməri  daşımaları. 

 

Beynəlxalq boru kəməri daşımaları anlayışı və xüsusiyyətləri. 



Boru kəməri nəqliyyatı  nəqletmə prosesi əməliyyatlarının yüksək 

mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi ilə xarakterizə olunur 

və bir sıra xüsusiyyətləri ilə digər nəqliyyat növlərindən fərqlənir: 

boru kəməri nəqliyyatında daşıma vasitələrindən istifadə olunmur, iş 

rejimi iqlim şəraitindən asılı deyildir, daşımanın idarəolunma rejimi 

sadə  və asandır, məhsulun (neft, qaz və neft məhsullarının) nəql 

edilmə prosesi mexanikləşdirilmiş  və avtomatlaşdırılmış  şəkildə 

həyata keçirilir, boru kəmərinin istismarı sadədir, nəqletmə  və 

yükvurma-yükboşaltma əməliyyətları vahid proses halında birləşir və 

s.  


Nəqliyyat sistemində boru kəməri  nəqliyyatının tutduğu yer 

və onun əhəmiyyəti. «Nəqliyyat haqqında» Azərbaycan 

Respublikasının Qanununa (1999-cu il) müvafiq olaraq, Azərbaycan 

Respublikasının  ərazisində yerləşən magistral boru kəmərləri 

nəqliyyat anlayışının məna yükü altına düşür. Boru kəməri 



 

855 


 

nəqliyyatının növləri (neft kəməri, qaz kəməri) və hüquqi 

xarakteristikası. Boru kəməri nəqliyyatı ümumi istifadədə olan qeyri-

universal, magistral nəqliyyat növünə aiddir və  bəzən ona 

ixtisaslaşmış nəqliyyat da deyilir.  

Beynəlxalq boru kəməri daşımalarının  hüquqi 

tənzimlənməsi. Beynəlxalq boru kəməri nəqliyyatı  infrastrukturunun 

əsasını təşkil edən beynəlxalq hüquqi aktlar: Avropa Enerji Xartiyası 

(1991-ci il), Enerji  Xartiyasına Müqavilə (1994-cü il), Avropa-

Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat  

haqqında  Əsas Çoxtərəfli Saziş (1998-ci il), Dövlətlərarası    neft  və 

qaz nəqli  sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair 

Çərçivə Sazişi (1999-cu il), GUAM İttifaqı haqqında Saziş (1997-ci 

il) və b. 

Beynəlxalq boru kəməri daşımalarının həyata keçirilməsi 

qaydaları, bu sahədə əməkdaşlıq və tərəfdaşlığın prinsipləri.  

Azərbaycan  Respublikasının regional boru kəməri 

daşımalarında iştirakı, müqavilə praktikası  və onun inkişaf  

perspektivləri: Boru kəmərləri magistralları ilə    neft  və neft 

məhsullarının tranziti sahəsində  razılaşdırılmış siyasətin aparılması 

haqqında Saziş (1996-cı il), Xam neftin Azərbaycan Respublikası, 

Gürcüstan və Türkiyə Cümhuriyyətinin  əraziləri ilə      Bakı-Tbilisi-

Ceyhan  Əsas  İxrac Boru Kəməri vasitəsi ilə    nəql edilməsinə dair 

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti 

arasında Saziş (1999-cu il), Təbii qazın Azərbaycan Respublikası və 

Gürcüstan  ərazilərində  və bu ərazilərin hüdudlarından kənarda 

Cənubi Qafqaz Boru kəməri sistemi vasitəsi ilə tranziti, nəql edilməsi 

və satışına dair Azərbaycan Respublikası  və Gürcüstan arasında 

Saziş (2001-ci il), Azərbaycan Respublikası ilə Qazaxıstan 

Respublikası arasında neftin beynəlxalq bazarlara nəql olunmasında 

əməkdaşlıq haqqında Memorandum (1997-ci il), Azərbaycan 

Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti 

arasında təbii qaz və neft sahəsində  əməkdaşlıq haqqında 

Memorandum (2007-ci il) və b. BTC və BTƏ boru kəmərləri sistemi. 

«Əsrin müqaviləsi» ümummilli lider Heydər Əliyevin şah əsəridir.  



Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə