Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə265/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   260   261   262   263   264   265   266   267   268

 

847 


 

təlimatlar, vaqonlardan və digər daşıma vasitə-lərindən qarlışıqlı 

istifadə barədə sazişlər, qarşılıqlı hesablaşmalar barədə sazişlər.  

MDB və Yaxın  Şərq ölkələrində    dəmir yolu nəqliyyatı    ilə 

beynəlxalq daşımaların hüquqi tənzimlənməsi. Avropa Birliyi 

regionunda beynəlxalq dəmir yolu daşımalarının xüsusiyyətləri.  

Beynəlxalq dəmir yolu daşımaları sahəsində beynəlxalq 

təşkilatlar və onların  fəaliyyətinin  əsas  istiqamətləri. Beynəlxalq 

dəmir yolu daşımalarının inkişafında aşağıda göstərilən 

xüsusiləşdirilmiş  təşkilatların mühüm rolu vardır: Dəmir Yolu 

Konqreslərinin Beynəlxalq Assosiasiyası (1884-cü il), Sərnişin və 

baqaj vaqonları üzrə Beynəlxalq  İttifaq (1889-cu il), Beynəlxalq 

Dəmir Yolu Nəqliyyatı Komitəsi (1902-ci il), Beynəlxalq Dəmir 

Yolu  İttifaqı (1922-ci il), Avropa Dəmir Yolu Daşımaları  İttifaqı 

(1953-cü il), Sərnişin tarifləri üzrə Avropa Konfransı (1975-ci il) və 

b.  


Beynəlxalq dəmir yolu daşımaları haqqında müqavilə. 

Müqavilənin şərtləri və məzmunu. Müqavilə üzrə tərəflərin hüquq və 

vəzifələri, mülki-hüquqi məsuliyyət, pretenziya və iddialar.  

Azərbaycan Respublikasının beynəlxalq dəmir yolu 

daşımaları sahəsində müqavilə praktikası, normativ hüquqi aktları və 

onların  beynəlxalq nəqliyyat hüququnun inkişafında rolu.  

 

MÖVZU 4. Beynəlxalq dəniz daşımaları. 

 

 

Beynəlxalq dəniz daşımaları anlayışı, onun xüsusiyyətləri və 

təşkilati-hüquqi forması. Beynəlxalq dəniz  daşımalarının növləri: 

tramp gəmiçiliyi, xətt gəmiçiliyi. Tramp gəmiçiliyi qeyri-müntəzəm 

daşımaları həyata keçirir və ona çox vaxt qeyri-müntəzəm gəmiçilik 

deyilir. Xətt gəmiçiliyi isə, bir qayda olaraq, müntəzəm daşımaları 

həyata keçirir və buna görə  də  dəniz gəmiçiliyinin bu formasına 

müntəzəm gəmiçilik də deyilir.  

Beynəlxalq dəniz daşımaları sahəsində beynəlxalq çoxtərəfli 

müqavilələr. Beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri) 

beynəlxalq dəniz daşımalarını hüquqi tənzimetmənin  əsas 



 

848 


 

növlərindən biridir.  «Dəniz hüququ barədə» 1982-ci il BMT 

Konvensiyası  dəniz hüququ sahəsində  ən mühüm konvensiyalardan 

biri hesab olunur.  

Ticarət gəmiçiliyinin,  əsasən, üç sahəsinə  aid olan 

beynəlxalq sazişlər daha əhəmiyyətlidir: beynəlxalq dəniz 

daşımalarının təşkilinə aid  olan sazişlər, dəniz gəmiçiliyinin 

təhlükəsizliyinə aid olan sazişlər,  gəmi sahiblərinin məsuliyyətini 

tənzimləyən sazişlər.  

Dəniz adətləri: beynəlxalq-hüquqi adətlər, milli dəniz 

adətləri. Ümumi qəzalığın bölüşdürülməsi. 1974-cü il York-

Antverpen qaydaları.   

Dəniz daşımaları sahəsində beynəlxalq  təşkilatlar və onların 

əsas fəaliyyət istiqamətləri. Dəniz daşımaları sahəsində beynəlxalq 

hüquq normalarının formalaşmasında aşağıdakı  təşkilatlar mühüm 

rol oynayır: Beynəlxalq Dəniz Sığorta  İttifaqı (1874-cü il), 

Beynəlxalq Dəniz Komitəsi (1897-ci il), Baltik və Beynəlxalq Dəniz 

Komitəsi (1905-ci il), Beynəlxalq Gəmiçilik Palatası (1948-ci il), 

Beynəlxalq Dəniz Təşkilatı (1958-ci il), Beynəlxalq Gəmi Sahibləri 

Assosiasiyası (1970-ci il), Beynəlxalq Dəniz Sputnik Əlaqələri 

Təşkilatı  –İNMARSAT (1976-cı il), Gəmiçilik üzrə Komitə – 

YUNKTAD (1965-ci il) və b. 

Beynəlxalq dəniz çarter daşımalarının hüquqi tənzimlənməsi. 

Çarter anlayışı  və onun əhəmiyyəti. Çarterin növləri. Çarter 

fraxtetmə müqaviləsi kimi. Standart çarter formaları. Çarterin 

məzmunu.  

Beynəlxalq gəmiçilikdə  konosament  daşımalarının hüquqi 

tənzimlənməsi. 1924-cü il Brüssel Konvensiyasının  əsas cəhətləri, 

1968-ci il Brüssel Protokolu, Dənizlə yük daşınması haqqında BMT 

Konvensiyası (Hamburq qaydaları). Konosamentin hüquqi təbiəti və 

məzmunu. Konosamentin növləri və proformaları. Konosament 

proformalarına qeyd-şərtlərin daxil edilməsi. 

Beynəlxalq xətt daşımalarının təşkili və  şərtləri. Xətt 

konfransları  xətt daşımalarının həyata keçirilməsinin  əsas təşkilati 




 

849 


 

forması kimi. Xətt konfranslarının Davranış  Məcəlləsi (1974-cü il). 

Məcəllə BMT çərçivəsində bağlanan mühüm beynəlxalq sazişdir.  

Dənizlə beynəlxalq sərnişin daşınmasının hüquqi 

tənzimlənməsi və xüsusiyyətləri. 1961-ci il Brüssel Konvensiyası, 

1967-ci il Brüssel  Konvensiyası, 1974-cü il Afina Konvensiyası.  

Beynəlxalq dəniz daşıma müqavilələri üzrə  tərəflərin hüquq 

və vəzifələri, məsuliyyətin əsasları və həddi.  

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi. 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası. 

Beynəlxalq dəniz daşımaları sahəsində Azərbaycan Respublikasının 

müqavilə  təcrübəsi, milli (daxili) dəniz hüququnun beynəlxalq 

nəqliyyat hüququnun inkişafında rolu. 

 

MÖVZU 5. Beynəlxalq hava  daşımaları. 

 

Beynəlxalq hava  daşımaları anlayışı  və onun növləri. 

Beynəlxalq hava  daşımaları dedikdə  elə daşımalar başa düşülür ki, 

həmin daşımalar zamanı, heç olmasa, yerə enmə  məntəqələrindən 

biri başqa dövlətin  ərazisində olsun. Müntəzəm daşımalar, qeyri-

müntəzəm daşımalar və kabotaj daşımaları. Beynəlxalq hava 

nəqliyyatı və daşımaların təşkili.  

Beynəlxalq hava daşımaları sahəsində beynəlxalq çoxtərəfli 

müqavilələr. Beynəlxalq hava daşımalarının təşkilində «Beynəlxalq 

mülki aviasiya haqqında» 1944-cü il Çikaqo Konvensiyasının rolu və 

əhəmiyyəti.  

Aviaşirkətlərin kommersiya hüquqları. «Hava azadlıqları»: 

başqa dövlətin ərazisi üzərindən yerə enmədən uçub keçmək hüququ, 

xarici dövlətin  ərizəsində qeyri-kommersiya məqsədləri üçün yerə 

enmək hüququ, öz ölkəsində hava gəmisinə götürdüyü yükü başqa 

dövlətin  ərazisində boşaltmaq hüququ, öz ölkəsinin  ərizəsinə 

göndərilən yükü başqa dövlətin  ərazisində hava gəmisinə götürmək 

hüququ, istənilən üçüncü ölkəyə ünvanlanan yükü hava gəmisinə 

götürmək və belə üçüncü ölkələrdən göndərilən yükü boşaltmaq 

hüququ. İki əlavə «hava azadlığı».  




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə