Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   16   17   18   19   20   21   22   23   ...   108

 
61
Vətən üçün alışan  
Mən yox, ürəkdir – dedim. 
 
Ə.Kürçaylı  bədii  ədəbiyyatda ayrı-ayrı  şairlərin dediyi, toxun-
duğu məsələlərdən yazanda belə,  şeiriyyətlə yanaşı, məzmunda da 
yenilik, dolğunluq axtarır. O belə hallarda, şeirin lirik axarını oxucu-
nun gözləmədiyi şəkildə birdən istədiyi səmtə yönəltməklə, həm bədii 
təsiri–emosiyanı xeyli qüvvətləndirə bilir, həm də oxucunun güman 
etmədiyi bir məzmunu ifadəyə çalışır; başqa sözlə desək o, insanın 
diqqətini predmetin əsas mahiyyətinə, fəlsəfi mənasına cəlb etməyi 
bacarır.  
«Sevirdim xurmayı hörüklərini»  şeiri bu cəhətdən səciyyəvidir. 
Əsərdə lirik-hissi duyğularla yanaşı, müəyyən mənada maddilik, 
hadisəlilik də vardır: lakin bu iki cəhət ahəngdar şəkildə birləşdiyin-
dən şeirin emosional təsiri daha da güclənmişdir.  
Birinci bənddə şair sevgilisinin xurmayı hörüklərindən birini si-
nəsinə, digərini isə çiynindən arxaya atmış bir qızın portretini çək-
mişdir.  
Şeirin ikinci bəndində  şair bədbinləşir, hörüklərini kəsdirdiyi 
üçün, sevgilisini məzəmmət edir, həmin hörüklərə vurulan qayçının 
hüsnə, gözəlliyə vurulduğunu zənn edir. Sonra sevgilisinə diqqətlə 
baxdığı zaman elə güman edir ki, qızın üzünü örtmüş qısa saçlar əv-
vəlki gözəlliyə ilk baharın hüsnünü də əlavə etmişdir. Nəhayət, şeirin 
sonuncu bəndində müxtəlif gözəllik haqqında yuxarıda çəkdiyi lövhə 
ilə əlaqədar olaraq, öz qərarını söyləyir – gözəllik heç də saçın qısa və 
ya uzunluğunda deyilmiş.Şair, özünün gəldiyi bu qənaəti oxucuya 
nəsihət yolu ilə qəbul etdirmək istəmir; o yalnız gördüyünü, duydu-
ğunu bədii şəkildə ifadə edir.  
«Yolda açdım səhəri» şeirində Vətənimizin zəngin təbiətinə məf-
tunduq, kainatın gözəlliyinə vurğunluq, həyata ehtiraslı bağlılıq hiss 
olunur:  
 
Günəşin qızıl teli 
Zülmətə sancılanda- 
Zər qələm mürəkkəbə
Sandım, batdı bir anda.  
Dağlar gözüm önündə  
Düzəldəndə qəddini, 


 
62
Mən gördüm gecə ilə  
Gündüzün sərhəddini.  
  
Bu mənzərədən oxucu da şairin özü qədər zövq alır, o da təbiət və 
kainatda baş verən hadisələri şair kimi seyr etmək istəyir. 
Orijinal ifadə forması ilə diqqəti daha çox cəlb edən şeirlərdən biri 
də «Telefon budkasının döyülür pəncərəsi» adlı şeiridir.  
Bu kiçik əsərin məzmununda heç bir fövqəladəlik yoxdur; ha-
disələr, söhbətlər bizim hamımıza tanış, bəlkə də hər gün qarşılaşdı-
ğımız əhvalatlardır. Ancaq əsas məsələ şairin bu sadə həqiqəti bədii 
səviyyəyə qaldıra bilməsidir.Şeirdə dörd nəfər iştirak edir. Lirik qəh-
rəman, onun sevgilisi, «üç dəqiqə tamam oldu» –deyə amiranə danı-
şan qəzəbli xanım və bir də  hər  şeyi anlayan, sevməyi, duymağı 
bacaran bir qız.  
Biz bunların heç birinin üzünü görmürük, yalnız səsini eşidirik; 
lakin bu səslə  də onların səviyyələrini təsəvvürümüzdə canlandıra 
bilirik.  
Ə.Kürçaylı başqa bir şeirində yenə təbiət lirikasına qayıdır. Bu-
dur… yenə  də  təbiətin ecazkar tablosu ilə  vəhdətdə verilmiş insan 
arzuları, insan düşüncələri bizim diqqətimizi cəlb edir. Bizcə, 
Kürçaylının lirik şeirəlrinin müvəffəqiyyətli çıxmasının bir səbəbi də 
orada insan arzularının təbiətlə birgə tərənnümüdür:  
 
Torpaq quruyurdu – yağdı yağışlar, 
Güllər üşüyürdü – günəş göründü. 
Budaqlar qəmgindi – dilləndi quşlar,  
Üfüq gülab rəngli dona büründü.  
 
Yamaclar çılpaqdı – açdı lalələr, 
Dəniz durğun idi – tufan oyandı. 
Qaranlıq qayıtdı – açıldı səhər, 
Göylərin yaxası alışdı, yandı.  
 
Şair gözəl bir romansı xatırladan bu şeirin elə burasındaca nöqtə 
qoya bilərdi; çünki ilk baxışda adama elə gəlir ki, bu şeirdə müəllifin 
əsas məqsədi təbiət lövhəsi yaratmaqdan idarətdir.Lakin sonrakı mis-
raları oxuduqda aydın olur ki, bütün bu gözəllik yenə  də insan 
üçündür.  


 
63
«Məhəbbət yolunda yorulmur ürək» adlı lirik şeir də bütövlükdə 
yaxşı  təsir bağıışlayır. Lakin əsərin ümumi axarında bir qüsur hiss 
olunur. Əsas etibarı ilə nəvazişkar bir ruhda şairin sevgilisinə müra-
ciəti şəklində yazılan şeir üçüncü bənddə birdən-birə, necə deyərlər, 
məcrasını dəyişir:  
 
Ən iri, ən xırda meteorları, 
Yazdakı yağışı, qışdakı qarı 
İstərəm səmadan gətirəm sənə.  
 
Qar və yağışı, nəhayət meteoru sevgilisinə  gətirməklə  şair nə 
demək istəyir? Məlum deyil.  
Bu misralar lirik hissin təbii inkişafından doğmadığından gözəl 
bir melodiyanın ümumi ahənginə tamamilə yad, kənar notlar kimi 
səslənir. Bunu şeirin finalında müəllifin yenə  əvvəlki  əsas ruha 
qayıtması da göstərir.  
 
Bahar təravətli sərin yelləri,  
Hələ yaşanmamış xoşbəxt illəri  
İstərəm indidən yetirəm sənə!  
 
Kitabda ictimai lirikanın da gözəl nümunələri verilmişdir. «Onun 
şəkli», «Birinci gün», «Əbədi məşəl», «Qar yağır», «Müxbir və bən-
na», «Dedilər Kür quruyur», «Sabir bağında», «Yadındamı, Stepan?» 
və s. belə şeirlərdəndir.  
«Onun  şəkli»  şeirində Kürçaylı böyük Leninə bütün dünya rəs-
samlarının məhəbbətini ifadə etmişdir.Leninə azadlıq rəmzi kimi 
baxan, onda xalqımızın xilaskarını görən hər bir rəssam Leninin rəs-
mini yaradarkən onu öz xalqına oxşadır, yunanlar yunana, zəncilər 
zənciyə, ərəblər ərəbə…  
«Sabir bağında»  əsərində müəllif dahi sənətkarın obrazını mü-
vəffəqiyyətlə vəsf edə bilmişdir.  
 
Şairlər gül deyib, bülbül deyəndə, 
O yazdı göz yaşı, əzab, iztirab;  
 
«Liriklər» xəstə tək inildəyəndə 
Şairim hayqırdı: Döyüş, inqilab! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə