31
sını, həyatın insan üçün cəhənnəmə deyil, cənnətə cevrilməsini arzu-
lamışdır. Şair sırf aşiqanə qəzəllərindən tutmuş iri həcmli əsərlərinə
qədər həmişə öz xalqının dərdlərindən danışmışdır. O, yaşadığı döv-
rün feodal-ruhani quruluşunun mənfiliklərinə qarşı çıxaraq onun
ictimai mahiyyətinin kəskin şəkildə ifşasını vermişdir.
Bu nöqteyi-nəzərdən «Şikayətnamə» əsəri daha cox diqqəti cəlb
edir. Bu əsər Azərbaycan klassik ədəbiyyatında nəsrlə ilk dəfə həm ic-
timai satiranın gözəl nümunəsi olmaq etibarilə, həm də Xaqanidən
sonra bədii nəsrimizin inkişafı cəhətindən xeyli maraqlıdır. Füzuli
yaradıcılığında «Şikayətnamə»dən başqa «Hədiqətüs-süəda», «Qazi
Əlaəddinə məktub» və «Azərbaycan divanı»na yazdığı müqəddəmə
kimi nəsr nümunələri vardır.
«Şikayətnamə»nin əsl adı «Məktub və nişançı Paşa»dır.Türkiyənin
mövcud ictimai quruluşuna qarşı kəskin ittihamnamə kimi səslənən bu
əsərin yaranması təsadüfi, təkcə şairin fərdi şeirlərinin ifadəsi sayıla
bilməz. Bu əsər o zamankı real mühitin, şəraitin təsiri nəticəsidir.
Əlbəttə, təqaüd məsələsi burada sadəcə bəhanə rolunu oynayır. Şair
bu məsələdən ədəbi üsul kimi istifadə edərək sultan hakimiyyətinin
eybəcərliklərini, idarələrdəki süründürməçiliyi, dövlət məmurlarının
simasızlığını, cəhalət, qılınc gücünə davam edən hərbi feodal aparatını
şiddətli satira atəşinə tutur.
Əsərin bədii üslubu cox maraqlıdır.Kədər, gülüş, lirika, təsvir,
tərənnüm, dinamika, lakonik dialoq, kəskin sarkazm, canlı bədii lövhə
və sair bir-birini tamamlayır, biri digəri ücün şərt olur.Əsərin möhkəm
süjeti mehvərində hərəkət edən haşiyələr əsl hadisələrlə bağlı olaraq
fikrin kədərliliyini daha da artırır.
Füzuli islam dininin ən cox hökm sürdüyü bir dövrdə yaşayırdı, din
xadimləri – şeyxlər, ruhani atalar, vaiz və başqaları dini ayinləri xalqın
beyninə zorla yeridərək onun azadlıq meyllərini zəncirləyirdi. Dini
təbliğat bəzən o dərəcə ifrata varırdı ki, tamamilə «tərki-dünyalıq»
astetik bir şəkil alırdı.
Böyük Füzuli saf məhəbbəti, təmiz arzuları dindən qat-qat üstün
tuturdu. Füzuli xalqı məscidə, namaza cağıran, cənnət, cəhənnəm kimi
boş və mənasız xülyalarla adamların zehnini korlayan ruhaniləri
qırmaclayaraq yazırdı:
Məscidlərə girdiyim deyil rəğbətdən,
Sərməstliyimdən eylərəm rahi-qələt.
32
Ümumiyyətlə, Füzuli yaradıcılığında məhəbbət motivləri mistik
baxışlara coxdan qələbə çalmışdır, tərki-dünyalıq ideyasını darma-
dağın etmişdir.Belə bir vəziyyət şərq şairi üçün, xüsusilə bəşəriyyətə
ağ gün arzulayan sənətkar üçün əvəzsiz bir nemətdir.
Orta əsr poeziyasının bütün formalarında əsərlər yazan Füzuli al-
leqoriyaya da qüvvətli meyl göstərirdi.Onun alleqorik əsərləri içə-
risində ən qüvvətlisi «Bəngü Badə»dir. Bu əsərində şair dövrünün
loğva, şöhrətpərəst hakimlərini tənqid edir, onları damğalayır. Öz
şəxsi xüdbinliyi üzündən aləmi qana verən kütbaş dövlət xadimləri,
xalqın rifahı ücün çalışmaq əvəzinə qanlı vuruşmalar törədən cahil
feodallar böyük şair tərəfindən şiddətli surətdə tənqid atəşinə tutulur.
Biz «Bəngü-Badə» əsərində Füzulinin mənasız müharibələrə mənfi
münasibət bəslədiyini tam parlaqlığı ilə görürük. O, müharibəni tö-
rədən səbəbləri lazımınca dərk etməsə də, hər halda bu azğın cahan-
girləri nahaq yerə qan tökməməyə, məmləkəti sülh və ədalətlə idarə
etməyə cağırırdı. Füzuli də özünün böyük əcdadı Nizami Gəncəvi
kimi məmləkəti ağılla idarə edəcək ədalətli şah arzulayırdı.
Bütün bu əsərlərlə bərabər Füzulinin bədii irsi icərisində qəzəl
xüsusi yer tutur. Füzulini bütün dünyaca məşhur edən həm də qəzəl-
ləri olmuşdur. O, qəzəl janrının bir sıra faydalı spesifikasını nəzərə
alaraq onu öz dövrü ücün ən münasib janr hesab edirdi. Doğrudan da,
qəzəl həcmcə kiçik olduğundan və musiqi ilə müşayiət edildiyindən
qanadlı söz kimi daha tez yayılırdı. Ona görə də Füzuli yazır:
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
Böyük Füzuli qəzəlçilikdə sənətin ən yüksək zirvəsini fəth edə
bilmiş və uzun müddət özündən sonra gələn bütün şairlərə qüvvətli
təsir göstərmişdir.
Füzuli lirik qəzəllərində insanı, onun məhəbbətini, əməl və arzu-
sunu ən zərif rəssam fırçası ilə təsvir edir, biz onun hər şeirində real
həyat həqiqətlərini, lirik emosional hissləri duyuruq. Odlu bir qəlbdən
qonan misralarda gah sevən, gah nifrət edən, gah qəmgin, gah şad,
lakin həmişə ağıllı və hikmətli, həmişə həyat ehtirasına malik lirik
qəhrəmanı, yəni şairin özünü görürük.
Dörd yüz ildən artıq bir dövrdə nə qədər qüvvətli qəzəl ustaları
yetişmişsə, bunların hamısı ancaq Füzuli ədəbi məktəbinin layiqli
33
davamçısı olmağı özünə böyük şərəf hesab etmişdir.
Doğma xalqının gələcəyini düşünən, onun kədərlərini öz ürəyində
daşıyan böyük Füzuli bu gün bizimlə yaşayır, o, dilsiz əsərlərin arxa-
sından baş qaldıraraq iftixarla gülümsəyir.
«Sovet Ermənistanı» qəzeti,
1 iyul 1958
DOĞMA TORPAQDAN AYRILMADAN
Əmin Maһmudov bədii ədəbiyyata orijinal bir yolla gəlmişdir.O öz
qələmini ədəbiyyatımızda tamamilə yeni olan bir saһədə –elmi fan-
tastika saһəsində sınaqdan keçirmiş və ilk təcrübədən etibarən yaxşı
nəticələr əldə etmişdir.Əmin һələ «RT-1», «Muğanda qütb parıltısı»,
«Canavar ovu», «Seһrli bitkilər aləmi», «Günəş şəһəri» və s. əsərləri
ilə oxucuların rəğbətini qazanmışdır.
«Kainat gəmisi» povesti Əminin bir yazıçı kimi daһa da inkişaf
etdiyini göstərir. Bu povest elmə və elm adamlarına һəsr edilmişdir.
Bəşəriyyətin qabaqcıl alimlərini һər zaman məşğul edən, düşündürən
bir məsələ–başqa planetlərə səyaһət etmək ideyası əsərin əsas qəһrə-
manı Gərayın bütün varlığına һakim olmuşdur.Gəray təcrübəli pro-
fessorların rəһbərliyi altında uzun müddət elmi təcrübələr apararaq elə
bir metal qarışığı əldə edir ki, o, kosmik fəzada ən yüksək temperatura
davam gətirə bilir. Bunun nəticəsində «һava gəmisi» deyilən bir maşın
һazırlanaraq lazımi elmi ciһazlarla təcһiz edildikdən sonra Gəray,
Teymur, Zerkalov və Roqovdan ibarət bir һeyət göyə səyaһətə çıxır.
Öz ömrünü insan zəkasının, elmin təntənəsi uğrunda qurban verməyə
һazır olan bu alim-novatorlar son dərəcə ağır və məsuliyyətli bir işə
girişirlər. Gənc alimlər Aya, oradan da Marsa səyaһət edirlər. Bundan
sonra müəllif öz oxucusuna Ay, Mars və başqa planetlər һaqqında
məlumatlar verir, səyyaһların gördüyü və gəzdiyi yerlərlə, rastlaş-
dıqları çətinliklərlə onu tanış edir.
İnsan ayağı dəyməmiş bu vəһşi planetlərdə sovet alimləri bir sıra
maraqlı, elm üçün böyük əһəmiyyəti olan һadisə və predmetlərlə
qarşılaşırlar. Onlar astronomiya, kimya, zoologiya, biologiya, fizika,
geologiya və s.elm saһələrinə dair zəngin material əldə edirlər.
Marsda əvvəllər və һazırda һəyatın necə olmasını tədqiq edir, öyrə-
Dostları ilə paylaş: |