Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
72
Əvəz Müəllim 
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Mənə məxsus təxti-İran.  
Deyə-deyə qoydun viran  
Sağ olsan da ölü bir can.  
Sözün varmı danışmağa?  
Üzün varmı barışmağa? 
 
Dağlar boyda «dağlar» qoyan,  
Qapıları bağlar qoyan,  
Müəllimi ağlar qoyan  
Sözün varmı danışmağa?  
Üzün varmı barışmağa? 
  
 
 
 


 
 
73
Cənub həsrəti 
 
 
 
 
 
 
 
 
  
 
 
 


 
 
74
Əvəz Müəllim 
 
 
 
 “Dılkəş”lə dilləşmə dilə düşərsən, 
Onun öz aləmi, öz səfası var. 
Çox yuxarı çıxma, zilə düşərsən, 
Qalxanda düşməyi çöz,cəfası var. 
 
Muqam dünyasının şahıdı “Dilkəş”, 
Köçdən ayrı düşən ahudu “Dilkəş”, 
Avazeyi-eşqin şahidi “Dilkəş”, 
“Kürdi” ələnəndə “Şur-Nəva”sı var. 
  
“Dilkəş”ə uyma gəl, eşqə düşərsən, 
Kabab tək çəkilib şişə, bişərsən, 
Canan gedər əldən, tənha şişərsən
Can alan gözəlin döz, ədası var. 
  
“Dilkəş”lə fəth etdim şəhri-Gilanı, 
Təbrizi, Zəncani, Mazandarani, 
Çəkdik imtahana əhli-ürfani, 
Gördüm muğam kimi mübtədası var. 
  
 
 


 
 
75
Cənub həsrəti 
 
 
 
“Rast”da, “Mahur”da, “Şur”dadı “Dilkəş”, 
Qarmonda, kamanda, tardadı “Dilkəş”, 
Harda eşq-aləm var, ordadı “Dilkəş”, 
Bu eşqə düşməyin min bəlası var.  
 
Tarixə köklənsən muğam diliylə
İskəndər hücumda öz təbiliylə, 
“Dünya mənim”-deyir son tədbiriylə, 
Demir ki, axırda qan-qadası var. 
  
Əzəldən ixtiyar sonsuz kainat, 
Ondan qüvvət alır bu Yer,bu həyat, 
Daim işıqlanar ərzi-külliyyat, 
Günəş tək pozulmaz bir ziyası var. 
  
Dünya bir xalıdı naxışbanaxış, 
Ömür bəs eyləmir,baxış ha baxış, 
İlmələr qaçarsa əzab, axtarış, 
Onun yaradannan təmənnası var. 
  
 
 


 
 
 
 
 
Müəllim
Yaddaş
Ordan h
Dedi hə
 
 
 
 
 
76
Əvəz Müəllim 
m “Dilkış”lə gəzdi “İr
lara saldı təxti-virani
havalanan “Azərbayc
ər millətin öz sədası v
 
 
 
 
 
rani”, 

ani”, 
var. 
06.03.2016 
 


 
 
77
Cənub həsrəti 
 
 
 
 
 
 
 
"Cənub"lu 
BAYATILAR 
 
 
 


 
 
78
Əvəz Müəllim 
 
 
 
Mən aşiqəm Savalan, 
Əhər, Meşkin, Savalan, 
Dərd sənə güc eyləsə
Çarəsi yox, havalan, 
 
Mən aşiq sıra dağlar, 
Yanaşı sıra dağlar. 
Sizsiz keçən günlərim 
Qəlbim sırsıra bağlar. 
 
Mən aşiqəm Səhəndə, 
Su gələr axar bəndə. 
Özünə yer tapmasan 
Köç eylə bizim kəndə. 
 
Əzizim uca dağlar, 
Səf-səf, uc-uca dağlar. 
Mənnən üzün dönən gün 
Yox olıb uç, a dağlar. 
 
 
 


 
 
79
Cənub həsrəti 
 
 
 
Mən aşiqəm Qaradağ
Bizə haqq olsun dayaq. 
Başdan haray olmasa 
Ömür keçər baş-ayaq. 
 
Mən aşiq qoşa dağlar, 
Verib baş-başa dağlar. 
Sizdən uzaq düşən gün 
Döneydim daşa dağlar. 
 
Əzizim Heydərbaba, 
Günlər gəlməz hesaba. 
Yüz dərənin yorğası 
Baş əyər bircə taba, 
 
Əzizim sinə-sinə, 
Döşlərin sinəsinə. 
Gələrəm görüşünə 
Yalvarıb sinə sinə. 
 
 
 


 
 
80
Əvəz Müəllim 
 
 
 
Əzizim oda yandı, 
Od od üstə qalandı. 
Ömür keçdi, gün keçdi 
Sanki, hamı yalandı. 
 
Mən aşiqəm Təbrizə, 
Ellərimiz üz-üzə, 
Siznən görüşdüyüm gün, 
Gecəm dönər gündüzə. 
 
 
 
 


 
 
 
 
 
81
Cənub həsrəti 
 
 
 
 
QƏZƏL
 
 
 


 
 
82
Əvəz Müəllim 
 
 
 
OLSUN 
 
Gözəl dünya gözəllərin var olsun 
Gözəlliyi qanmayana ar olsun. 
 
Gözələ göz yumub gözünü tutan
Gözəlliyin qarşısında xar olsun. 
 
Kimə ki, yol gəlir əhli-əladan, 
İlahi gözəllik ona yar olsun. 
 
Mütləq hakimi heç bir  hökm susdura bilməz, 
Hakimin hökmü gərək kürreyi-ərzdə car olsun. 
 
İstər Füzuli, ya Vahidi yad et, 
Yaddaşda o, əhlə uyar simi-sar olsun. 
 
Sən röyada ikən ilahin gəlsə mahına, 
Ənbər-buta, külli-zənəxdan olsun. 
 
 
 
 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə