Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
7
Cənub həsrəti 
böyük yaz». Dayanıb üzünə baxsan, elə hə-
min  andaca  davam  edəcək:  «Bunu  Araz 
dərdi  olan  bilər».  Nə  isə.  Beləcə  Müəllim 
ədəbi  təxəllüsü  ilə  yazıb-yaradan  bir  şairlə 
tanışlığımın tarixçəsi belə başladı. 
…Əvvəllər  mənə  elə  gəlirdi  ki,  bölün-
müş  Azərbaycanı  o  tay-bu  tay  arası  tikanlı 
məftillərdən çəpərlə ayıran Arazının yanın-
da olmayan, onun qəm-kədər dolu nəğmələ-
rini  dinləməyən  bir  kimsə  bilməz  ki,  bu 
Araz nə deyir… Arazın ağrısının da, dərdi-
nin də dilini elə bilirdim ki, ancaq onun sə-
sini  dinləyənə,  tikanlı  məftillərinin  toxun-
san  «cızz»  eləyən  yanğısına  yanan  bilər. 
Amma,  zaman  keçdikcə,  yaşım  ötdükcə 
dünyanın gəldi-gedərindən aldığım xəbərlə-
rin  sorağı  ilə  çox  şey  öyrəndim.  Həmin  o 
Araz  qırağındakı,  sərhəd  məftillərinin  on 
addımlığındakı məktəbdə oxuyan uşaq daha 
keçmişdə qalmışdı. Və mən də anladım ki, 
bu dərd təkcə o məktəbin, o balaca şagirdi-
nin dərdi deyil, bu dünyanın üzünə səpələn-
miş, ən əsası da torpağı – xəritəsi ikiyə par-
çalanmış  əlli  milyondan  çox  insanın  dərdi-


 
 
8
Əvəz Müəllim 
dir. Dilin bir ola, tarixin bir ola, Vətənin bir 
ola… bu taydan-o taya əlin çatmaya?! 
Sənətkarın  ya  dili,  ya  əli  mənə  elə  gəlir 
ki,  mahiyyətcə  eyni  anlamdır.  Əvəz  Müəl-
lim  bu  gün  əli,  dili  Təbrizə  yetən  şairdir. 
Yazısı,  yaradıcılığı  Vətən  dərdinin  dilində 
danışa bilir. Onun bütöv Azərbaycan ağrısı 
ənənəvi  mövzunun  bu  günün  dili  ilə  danı-
şan obrazıdır. Özünün düşüncəsindən gələn 
öz  ağrısından  keçən  mahiyyət  budur.  Əvəz 
Müəllimdə – onun poetik aləmində «Cənub 
həsrəti»  «Şimallı  Cənublu  Azərbaycanın» 
bir yerə axıb tökülən göz yaşlarından yaran-
mış  Araz  çayından  keçib  «həsrət  yerlərin» 
görüşünə gedir. Bu onun öz düşüncəsindən 
gələn  təəssüratdır.  Bir  anlığa  düşünə  bilər-
sən  ki,  «çeynənmiş  Araz»,  «bezikmiş  ucuz 
dərd» indi baş qaldırıb sənə «yaxın gəlmə» 
deyəcək. Amma, Əvəz Müəllimin ruhu sar-
sıntılarının  mənəvi  dünyasının  qapılarını 
açdıqca,  buradakı  dərd  otaqlarını  gəzdikcə 
özgə  bir  aləmlə  qarşılaşırsan.  Əvvala,  onu 
demək lazımdır ki, o, mənsub olduğu xalqın 
ağrısını  özündə  daşıyan  şairdir.  Və  mövzu 
dairəsi də kifayət qədər genişdir. O, yaşadı-


 
 
9
Cənub həsrəti 
ğı  həyatı  ağlı,  qaralı  tərəfləri  ilə,  işıqlı  qa-
ranlıq yönləri, sevincli, kədərli anları ilə, bir 
sözlə,  dünyamızı  bütövlükdə,  gecəli-gün-
düzlü  görə  bilən  müəllifdir.  Ona  görə  də 
mövzu  əhatəsi  genişdir.  Ömrünün  fəsilləri-
ni,  bu  fəsillərdə  yaşadığı  duyğuları  məqa-
mına  uyğun,  yerinə  görə  sözə  gətirə  bilir. 
Özü onu şair eləyən təbinin və təbiətinin ça-
larlarını  daha  dəqiq  görə  bilir:  «Mən  şair 
deyildim. Nə  də ki, şairlik iddiası olmayıb 
məndə. Ancaq… Elə məqamlar olur ki, ru-
hum sadəcə olaraq Göylərdə olur, yəni Yer-
də «yerim» olmur. Onda mənə nəsə «deyir-
lər» və mən də məcbur oluram həmin «deyi-
ləni» deməyə. Həmin «deyilənlərin» bizim 
dilimizdə  tərcüməsidir – şeir. Və  mən  şeir 
yazıram da – deyə bilmərəm, çünki, şeir ya-
zılmır, şeir doğulur. Bu mənada hər gün ya-
za da bilmərəm… Yalnız dəmi gələndə…». 
Bu sözləri o, «Sənli günlərim» adı ilə işıqlı-
ğa  çıxmış  kitabının  altıncı  səhifəsində  ya-
zıb.  Yəni  lap  sözünün  əvvəlində.  Elə  bu 
sözlər də bəs eləyir ki, onun Boz qurdsaya-
ğı  niyyətinin,  məramının  iyisini,  qoxusunu 


 
 
10
Əvəz Müəllim 
anladığını görəsən. Bəli, o, sözün iyisini ki-
fayət qədər duya bilir. 
 Bundan sonra onun mənəvi həyata şair-
lik vəsiqəsi kimi işıqlığa çıxmış həmin kita-
bının əvvəlində tanınmış şairlər, sözün iste-
dad ucalığında olan sənətkarlar Hikmət Mə-
likzadə  və  Eldar  Səfa  Şahvələdli  təəssürat 
və diləkçələrini yazıblar. 
Eldar  Səfa  da,  Hikmət  Məlikzadə  də 
zövq  sahibi  olan,  ədəbi  sözün  gəldi-gedə-
rindən  xəbərdar  sənətkarlardır.  Hər  biri  də 
hikməti sözündən görən və tanıyandır. Hik-
mətin  belə  bir  müşahidəsi  maraq  doğurur: 
Müasir yaradıcı meyllər  Əvəz Müəllimin 
ifadə  tərzində qismən fəal olsa da müxtəlif 
aspektlərdə xüsusən, xalq ruhu çox güclü 
təzahür edir. Lakin içində dövr edən səmimi 
hiss və duyğularını  ənənəvi  şeirin dili ilə 
ifadə elməsi qəbahət də deyil. Əsas odur ki, 
o, poetikanın tələblərinə uyğun çək-çevirlər 
edə bilir, hadisələri təkcə  rəsmi kontekstdə 
deyil, poetik-realizədə də əks etdirməyi ba-
carır».  Hikmət  Məlikzadə  çox  doğru  ola-
raq, Əvəz Müəllimin sözündə bir dirilik gö-
rür.  Şair,  sənətkar  sözündə  dirilik  həyəcan 


 
 
11
Cənub həsrəti 
yükünü  insan  hisslərini  və  ağrılarını  daşı-
maq  gücü,  qədəri  ilə  görünür.  Əgər  sözdə 
hiss və həyəcan doğuran güc və enerji var-
sa, demək, diridir. O söz yaşarılıq gücündə-
dir.  Müəllifin  özü  olmadan  zamanını  dəyi-
şəcəyindən sonra da, nəisə demək gücündə 
olur.  Söz  insanın  varlığına  yeriyə  bilirsə, 
onun qarşısını nə hakimlər, nə hökmlər ala 
bilir.  Əvəz  Müəllimin  də  istər  publisistika-
sında, istərsə də poeziyasnda belə həyəcanlı 
məqamlar az deyil. İnsanın doğulduğu yerə, 
yurda – başqa sözlə, ilkinliyə qayıdışı onun 
yaddaşını  müfahizə  edə  bilmək  gücündən 
asılıdır. Şair Eldar Səfa Şahvələdli «Kəndi-
mizdən gələn dünya» adlı öz yazısına Əvəz 
Müəllimin  belə  bir  Şəhriyarsayağı  deyimi 
ilə başlayır: 
 
«Dırmaşaydım ayaqyalın ağaca, 
Həsrət qaldığımız dağa, yamaca. 
Su dərin olaydı, boyum balaca
Pirsaat çayında bata biləydim». 
 
Bəli,  bu  misralar  Əvəz  Müəllimindir. 
Yaddaşdan  gələn  səsidir.  Uşaqlıq  həyatın-


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə