Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
33
Cənub həsrəti 
Sözdə şer təravəti  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Xudafərin on beş tağlı  
Üstü Azərbaycan dağlı,  
İki yüz il yolu bağlı  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Araza xan deyə-deyə  
Suyuna qan deyə-deyə  
Alışıb yan deyə-deyə  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Cənub qızı - qələm qaşlı  
Rübabəni gözü yaşlı  
Ağlar qoyan başı daşlı  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Körpü olub yolu kəsən  
Üstən Səmum yeli əsən  
 
 


 
 
34
Əvəz Müəllim 
Söylə mənə, axı nəsən?  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Ayrılığın sonu varmı? 
Bizə qismət ahu-zarmı?  
Xudafərin kormu, karmı? 
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Heydərbaba əsir düşüb  
Gör bir neçə əsr düşüb  
Adına şeir - nəsr düşüb  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Yurdun ən baş yazarına  
Azar çatmaz azarına  
Ziyarətə məzarına  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Unudub bizim elləri,  
Hanı cənub gözəlləri?  
 


 
 
35
Cənub həsrəti 
Yad əldə qalıb əlləri  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Qatar gedər sərhəd boyu  
Sərhəd bölər Azər-soyu 
O tərəfdə qardaş toyu  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Körpələrin yuxusunda  
Çiçəklərin qoxusunda  
Lap Elgünün "Oxu"sunda 
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Ehey!!! Vətən oğulları  
Dəyişdirin ağılları  
Pozun köhnə nağılları  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Aranı kəsən bədhaqlar,  
Yerdə qalmaz bu nahaqlar  
Müəllimi sözü haqlar  
Könlüm keçmək istər  
Xudafərindən. 


 
 
36
Əvəz Müəllim 
ÜZÜN VARMI BARIŞMAĞA 
 
İran şahının Azərbaycana “qo-
naq gəlmiş” arvadına 
 
Böyük xalqı cılız görən 
Gen dünyanı qəfəs hörən, 
Ölümünə fərman verən. 
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Öz hökmünü verən zaman 
Qan axıtdın ümman-ümman. 
Sağlığına yoxdur güman, 
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Fərəhlənmə ki, banisən  
Əl-qolu qanlı canisən  
Gəldi-gedərsən, fanisən  
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Mənə məxsus təxti-İran.  
Deyə-deyə qoydun viran  


 
 
37
Cənub həsrəti 
Sağ olsan da ölü bir can.  
Sözün varmı danışmağa?  
Üzün varmı barışmağa? 
 
Dağlar boyda «dağlar» qoyan,  
Qapıları bağlar qoyan,  
Müəllimi ağlar qoyan  
Sözün varmı danışmağa?  
Üzün varmı barışmağa? 
 
 
 
 
 
 
 


 
 
38
Əvəz Müəllim 
YOX İMİŞ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 (Ustad Şəhriyarın il dönümünə) 
 
Uddu Şəhriyarı qara torpaqlar,  
Baxdıqca əksinə qəlbim qan ağlar.  
Sanki alçaqlaşdı ucalan dağlar,  
Biz dağların acı, dağlar tox imiş,  
Ustad, sənin bərabərin yox imiş. 
 
 


 
 
39
Cənub həsrəti 
Qəlbimin ən yaxın dostuydin inan,  
Artıq dostluğuna qalmadı güman.  
Çatdı vaxtsız əcəl, vermədi aman,  
Hardan bilək əcəl qəfil ox imiş,  
Ustad, sənin bərabərin yox imiş. 
 
Heydərbaba ilnən matəm saxladı,  
"Heydərbaba salam" dedim, ağladı.  
Gözəllərin güldən çələng bağladı,  
Demə Araz boyu güllər çox imiş.  
Ustad, sənin bərabərin yox imiş. 
 
Eşq-ələm şairi oldun millətin,  
Şeirin, sənətin, zəngin sərvətin.  
Itirmək asanmış, tapmaq çox çətin, 
Dünya əzəl gündən boğa -boğ imiş,  
Ustad, sənin bərabərin yox imiş. 
 
Müəllimin sözü sənə tən olmaz,  
Günlərimiz ötdü keçdi şən olmaz,  
Nə qədər də çəksəm, mənnən, sən olmaz,  
Dərdli günlər dərdi-qəmdən çox imiş,  
Ustad, sənin bərabərin yox imiş. 
2005 
 
 


 
 
40
Əvəz Müəllim 
NOVRUZ GÜNLƏRİ 
(M.Şəhriyara) 
 
Titrəyir sevincdən bayram axşamı,  
Yerə şölə saçan göylərin şamı. 
Xeyrə qovuşaq söyləyir hamı  
Yüz belə bayramlar görək hamımız. 
Qalmasın ürəkdə arzu, kamımız. 
 
Tonqalımız oda düşüb qor salır,  
Köz-köz üstə naxış vurur, tor salır,  
İstiyə allanıb gecə korşalır,  
Deyirik gecəmiz xeyrə calansın,  
Bayram tonqalları tez-tez qalansın. 
 
Yeralmasın közə qoyub partaddıq, 
Səsdən-küydən yerin bağrın çatdatdıq.  
Tonqal üstdən o tay-bu tay attandıq, 
Nə gözəl günlərdi o yaz günləri, 
Ömrümüzün keçən bəyaz günləri. 
 
Samovarı pıqqır-pıqqır qaynatdıq,  
Əminəvəsin moda salıb oynatdıq.  
Neçə aydır yatmış qurdu oyatdıq  
Bəxtimizin qurdu ulasın xeyrinə  
El-obamız çıxsın bayram seyrinə. 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə