Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
17
Cənub həsrəti 
Araz boyu havalanıb ağlayar, 
Daim onu yaddaşlarda saxlayar. 
 
Göründüyü kimi bu hay-haraylar hamısı 
şairin  baxış  prizmasından  süzülən  güclü  
məntiqi özündə saxlayan ciddi ədəbi mesaj-
lardır.  
Boyat  edilib  boyatlaşmış  ellərimiz  yada 
düşdükcə isə onları bayatılaşdırır: 
 
Əzizim Heydərbaba, 
Günlər gəlməz hesaba, 
Yüz dərənin yorğası, 
Baş əyər bircə taba. 
 
Mən aşiqəm Təbrizə
Ellərimiz üz-üzə, 
Siznən görüşdüyüm gün, 
Gecəm dönər gündüzə. 
  
 Onun minbir ağrı ilə, iztirabla «Könlüm 
keçmək istər Xudafərindən» misralarına yı-
ğılmış  enerjisi,  gücü  bütöv  bir  Xudafərin 
dastanıdır.  Bəlkə  də  oxucuya  ehtiram  üçün 
burada  iki-üç  bəndin  həmin  dastandan  dilə 
gətirmək yerinə düşərdi: 


 
 
18
Əvəz Müəllim 
«Şaxıyaraq şimşək kimi 
Ulu tarın qəmli simi 
Çatıb qovuşmağın dəmi, 
Könlün keçmək istər Xudafərindən. 
 
Həqiqəti hamı bilsin, 
Göz yaşımı vüsal silsin 
Şəhriyarı gözüm görsün 
Könlüm keçmək istər Xudafərindən. 
 
Qonuşaydı dillərimiz, 
Uzaq düşən ellərimiz 
Birləşməyə tellərimiz 
Könlüm keçmək istər Xudafərindən. 
 
O Güneyi görmək üçün 
Görüb, deyib-gülmək üçün 
Lap Tərbizdə ölmək üçün 
Könlüm keçmək istər Xudafərindən». 
 
Əvəz  Müəllim  Cənubi  Azərbaycan  mü-
cahididir.  Elə  sözü  ilə  səfərbər  elədiyi  mə-
nəvi varlığı ilə o tay-bu tay ağrısının səma-
sında  nə  baş  verirsə,  onun  könül  rübabını 
dilə  gətirir.  Vaxtı  ilə  xəyanət  eləmişlərin, 


 
 
19
Cənub həsrəti 
onların etirafları və yaxud qərəzli mövqelə-
ri,  sonralar  Azərbaycana  qarşı  bütöv  Azər-
baycanlılığa  qarşı  duruşlarının  heç  bir  mə-
qamı onun nəzərindən yayınmır. O, İran şa-
hının  və  ailəsinin  (eləcə  də  şəcərəsinin) 
Azərbaycana qərəzli münasibətini, milli hö-
kumətin  faciəli  taleyini,  Şəhriyarın  böyük 
dil birliyi uğrundakı mübarizəsini, "özünün 
Təbrizlə görüşünü", Novruzda Şəhriyar xa-
tırlamalarını  –  bir  sözlə,  Cənub  həsrətli 
duyğulanmalarını axıracan çözə bilmək, kə-
ləfi axıracan açmaq nə qədər çətin olsa da, 
heç  olmasa,  bunu  deməyə  borcluyuq: 
«Əvəz  Müəllim  şair  yox,  həm  də  əsgərdir, 
söz  əsgəri.  Vətən  birliyi  uğrunda  vuruşan 
söz əsgəri». Onun bir Cənub gözəlinə üz tu-
taraq  ən  kövrək  lirik  duyğularla  müraciəti 
hər kəsin qəlbini titrətmək gücündədir: 
 
«Xoşbəxtlik, təbəssüm qoy sənin olsun
Təbrizi sevmişdim, Təbrizin olsun. 
Götür Savalanı cehizin olsun, 
Ay Cənub gözəli, Cənub gözəli. 
 
 


 
 
20
Əvəz Müəllim 
Duyub-eşitmişəm əhdi-ədanı, 
Əsən küləklərdən aldım sədanı. 
Bu yazıq Müəllim alsın qadanı 
Ay Cənub gözəli, Cənub gözəli». 
 
Əvəz  Müəllim  esselərində,  publisistika-
sında  da  şairdir.  «Təbriz  küçələrində  uyu-
yan Qaragilə» Rübabəni yada salır, sanki bu 
qədim  həsrət  dolu  xalq  mahnısını  Ərdəbil-
dən  Təbrizəcən  dinləyə-dinləyə  gedirsən. 
Özü  də  göz  yaşları  altında.  Yaxud  ustad 
Şəhriyarın xatirəsinə həsr olunmuş «Xoşgi-
nabda keçən günlər», «Cənub həsrətli Nov-
ruz günləri», «Şahbani – yoxsa cani» esse-
lərini  də  həyəcansız  oxumaq  mümkün  de-
yil.  Əvəz  Müəllimin  vətəndaşlıq  qeyrəti 
ağır  Qarabağ  ağrılarının  altında  çiyinlərini 
bükmür. Bu ağrılara Şuşa-Təbriz yolu çəkir 
və inanır ki, bir gün Bakıdan iki yol birbaşa 
ayrıca maneəsiz sərhədsiz keçəcək. Biri Şu-
şaya,  biri  də  Təbrizə.  Eləcə  də  Təbrizdən 
Şuşayacan urəkdolusu sevinclə gələcəyi gü-
nü də uzaqda görmür. 
Şair bundan özgə nəyə qadirdir? 


 
 
21
Cənub həsrəti 
Kitabdakı  “Vətən  və  ayrılıq”dan  sonra 
gələn “Dünya və tənhalıq” və “Həsrət dün-
ya”  fəsillərı  isə  ardıcıl  olaraq  bir-birinin 
məntiqi davamıdır. 
Müəllim adını ədəbi təxəllüs kimi götür-
mək bəlkə də başlanğıcda onun peşə dairəsi 
ilə bağlı olub, ancaq bu gün, həm də sənəti, 
yəni yaratdığı poetik örnəkləri ilə daha çox 
səsləşir. Böyük yolun ələmdarı olmaq üçün 
gərək,  həm  də  o  böyük  yolu  keçmək  elmi-
nin müəllimi olasan. Əvəz Müəllim adlı bir 
şair  var  və  onun  da  bir  Cənub  həsrəti  var. 
Görən, oxuyan, tanıyan bilər. 
 
Əli Rza XƏLƏFLİ, 
şair-publisist, 
beynəlxalq Rəsul Rza mükafatı laureatı.  
Prezident təqaüdçısü, 
«Kredo» qəzetinin baş redaktoru 
 23.01.2017 
  


 
 
22
Əvəz Müəllim 
  
 
 
 
 


 
 
VƏTƏ
  
  
 
23
Cənub həsrəti 
 
 
 
 
 
I FƏSİL 
 
ƏN VƏ AYRI
 
 
ILIQ
 
 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə