Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
24
Əvəz Müəllim 
 
ARAZ , HEY 
 
Başımıza od ələndi, 
Araz üstə səpələndi, 
Dərd dərd üstə təpələndi, 
Ürəklərdə qövr eyləyən yaram, hey! 
Sazaq vurub açılmayan aram, hey! 
 
Ulu yurdu bölən yarı, 
Gec-tez gələr haqqa sarı, 
Tərk eyləyər bu diyarı, 
Sevincimiz onda olar payım, hey! 
Üzə gəlib üzlənər haqq-sayım,hey 
 


 
 
25
Cənub həsrəti 
Ümidlərə sərhəd olan xan Araz, 
Xannan səndə qalıbmı bir can, Araz? 
Quruyuban, alışıban , yan Araz! 
 Dərd-möhnətdən sakit axan çayım hey! 
Daşa dəyən harayım hey, hayım hey! 
  
Müəllimin arzuları səndədir, 
Göz yaşları səninlə bir təndədir, 
Biz bir olsaq düşmən bizdən gendədir
Gümanlara qınaq olan Araz, hey! 
Səngiməyən göz yaşları bəyaz,hey!  
  
31.12.2016
 
 
 


 
 
26
Əvəz Müəllim 
“HEYDƏRBABA”YLA GÖRÜŞ 
 
 
 
 
Heydərbaba, görüşünə gəlmişəm, 
Həsrət qovub örüşünə gəlmişəm, 
Bədhaxlarla döyüşünə gəlmişəm, 
Şirvan-eldən əhvalına salam var, 
Daim səni xatirlərə salan var. 
 
Heydərbaba, ərzi-halın necədi? 
Keçənlərin gündüzmü, ya gecədi? 
Dünya beş gün, o da belə heçədi, 
Qucaqlayıb səni basım bağrıma, 
Abı-havan dərman olsun canıma. 
 


 
 
27
Cənub həsrəti 
Heydərbaba,öpəydim üz-gözünnən, 
Yellənəydim ətəyinnən,düzünnən, 
Bircə dəfə eşidəydim özünnən
Vətən deyən ellərimiz var olsun, 
Anda sadiq ürəklərə yar olsun 
 
Heydərbaba, mehman eylə sən bizi, 
Zirvən üstən seyr eyləyim Təbrizi, 
Birgə açaq gecəni, həm gündüzü, 
Onda bizim ürəyimiz şad olar, 
Dərd-möhnətdən könüllər azad olar. 
 
Maili olduğum siyah tellərin, 
Bizdən ayrı düşən müdam ellərin
Həsrəti olduğum şux gözəllərin, 
Xeyir-şəri necə keçdi bilmədim, 
Vədəsində sevinmədim,gülmədim. 
 
Heydərbaba,Şəhriyar bəs necoldu? 
Özü demiş “gələmmədi gec oldu?” 
Xeyirə şər, ağa qara güc oldu? 
Qismət olsun, ayrılığın sonu var, 
Hər bir işin axarı var,yönü var 
 


 
 
28
Əvəz Müəllim 
Babadağla həmdəm olan Savalan, 
Zirvələri buludlardan bac alan, 
Ayrı-ayrı qərar tutub, ucalan, 
Araz üstən əl uzadıb görüşə, 
Əhvallaşıb ərzi-halı bölüşə 
 
Səhənd çıxa Kəhnizənin yoluna
Qucaqlaşıb boynun ala qoluna, 
Mərhəm ola qayasına, koluna, 
Baxa-görə dağdan-daşdan nə qalıb, 
Əsrlərlə vur-savaşdan nə alıb. 
 
Heydərbaba,dağlar yenə dumandı, 
Bizə qalan hələ quru gümandı, 
Ayrılığın üzü bozdu, yamandı, 
Gümanımız ağ günlərə yar olsun, 
Yurdumuz gül açıb novbahar olsun. 
 
Heydərbaba, Novruz gəldi azarıx, 
Hallanıb-tullanıb bir az qızarıx, 
Tonqal üstə "qurdun qəbrin qazarıx", 
Haydan-küydən “Qarı nənə oyanar” 
Sevincindən “üzü qana boyanar" 
 
 


 
 
Müəllim
Onu bil
Harda o
Araz bo
Daim on
  
29
Cənub həsrəti 
min şair dostu Şəhriya
lsln ürəklərdə nisgil v
olsa Müəllim də orda 
oyu havalanıb ağlayar
nu yaddaşlarda saxlay
 
 
 
ar, 
var. 
var, 
r, 
yar. 
 01.01.2017 
 


 
 
30
Əvəz Müəllim 
XUDAFƏRİN DASTANI 
 
 
 
Şaxıyaraq şimşək kimi 
Ulu tarın qəmli simi 
Çatıb qovuşmağın dəmi,  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Həqiqəti hamı bilsin, 
Göz yaşımı vüsal silsin  
Şəhriyarı gözüm görsün  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Qonuşaydı dillərimiz,  
Uzaq düşən ellərimiz  


 
 
31
Cənub həsrəti 
Birləşməyə tellərimiz  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
O Güneyi görmək üçün  
Görüb, deyib-gülmək üçün  
Lap Təbrizdə ölmək üçün  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Bir ney olub neyləməkçün  
Qardaş ilə inləməkçün  
Keçmişləri dinləməkçün  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Heyf, yurdum gedib əldən  
Bu dərdü-sər düşməz dildən  
Vətən deyib əzəl gündən  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Bədxahları yıxmaq üçün,  
Qardaş əlin sıxmaq üçün. 
 
 


 
 
32
Əvəz Müəllim 
Savalana çıxmaq üçün, 
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Arzuların yoxdu sayı,  
Görmək üçün mən O Tayı  
Pozmaq üçün 'Türkmənçayı"  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Böyük Yurdun hər yanını  
Gilanını, Zəncanını  
Yaşamağa bir anını  
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Xoşginaba dəymək üçün  
Dost qapısın döymək üçün  
Səhəndə baş əymək üçün 
Könlüm keçmək istər  
Xudafərindən. 
 
Ürəydə Cənub həsrəti  
Könüldə Yurd hərarəti 
 
 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə