Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 
 
48
Əvəz Müəllim 
Şəhriyardan  yazmağa  mənə  vaxt  imkan 
vermir  -  vaxtım  çatmır,  daha  doğrusu  o 
vaxta  sığışmır,  ona  görə  də  o  mənim  qəl-
bimdə elə sevgi olaraq da uyuyur. 
Bir  də  ki,  daha  çox  yazmaq  istədiyim 
halda yazmıram. Qorxuram ki, çox yazsam 
o  yazılarla  birlikdə  sevgimin  bir  hissəsi  də 
əriyib  puç  ola  bilər.  Onda  mək  Şəhriyarı 
yox, həmçinin itirilmiş Cənubi Azərbaycanı 
bir də itirə bilərəm. 
Bu daha dəhşətli faciə olar. 
Mən  Şəhriyarı  özümə  hələ  ilk  "cızma-
qaralarımda" ustad sanmışam. 
Sonralar da həmişə bu «tələbə hissi» məni 
illərlə  təqib  edib.  Yazdıqlarımda  "Şəhriyar 
hissi"  itəndə  bilmişəm  ki,  bu  yazı  deyil.  Və 
nəhayət,  bu  yazdıqlarım  əsil  mövzu  deyil, 
əslində  ona  girişin  bir  məqamıdır.  Əsil 
məramım isə bir az başqadır... 
...Bir  neçə  il  bundan  əvvəl  balaca 
Elgünün  2-ci  sinif  "Oxu"  kitabını  vərəqlə-
yərkən çəkilişi primitiv olan bir körpü şəkli 
nəzərimi  cəlb  etdi,  daha  doğrusu  əlimin 
altından  sivişib  keçdi,  mən  tez  əl  saxladım 
və  onu  "tutdum".  Nə  görsəm  yaxşıdır?  Elə 


 
 
49
Cənub həsrəti 
bil məni ildırım vurdu, inanmadım ki, bu o 
idi,  30-40  il  əvvəl  arzulayıb  axtardığım, 
cənub  həsrətinin  bir  parça  əksi  idi  ki,  o 
gəlib  2-ci  sinfin  "Oxu"  kitabında  "üzə  çıx-
mışdı". Nə qədər adı çəkilsə də tağları mənə 
"gəl-gəl"  deyirdi.  Bəli,  bu  Xudafərin  kör-
püsü idi. O anda ikinci şimşək mənim bey-
nimdə  çaxdı,  özümü  Xudafərinin  üstündə 
hiss  etdim.  Ancaq  nə  fayda?  Ancaq,  çox 
heyif, bu xəyal idi. Onda həqiqətən könlüm 
keçmək  istədi  Xudafərindən,  əgər  keçsə 
idim hər şey bitmişdi. 
Nə yaxşı ki, keçmədim, keçsə idim onda 
şeir  adlandırdığımız  o  ilahi  hiss  də  keçib 
getmişdi. Keçə bilmədiyim bu dəfə mənim-
çün  yaxşı  oldu  -  hisslərim  çilik-çilik  olub 
vərəqə  səpələndi,  daha  doğrusu  "Xudafərin 
dastanı"  adlı  bir  nağıl  yarandı  ki,  buna  da 
şükür: 
 
Şaxıyaraq şimşək kimi 
Ulu tarın qəmli simi 
Çatıb qovuşmağın dəmi ,  
Könlüm keçmək istər Xudafərindən. 
 


 
 
50
Əvəz Müəllim 
Həqiqəti hamı bilsin, 
Göz yaşımı vüsal silsin  
Şəhriyarı gözüm görsün  
Könlüm keçmək istər Xudafərindən. 
 
O Güneyi görmək üçün  
Görüb, deyib-gülmək üçün  
Lap Təbrizdə ölmək üçün  
Könlüm keçmək istər Xudafərində 
 
Bədxahları yıxmaq üçün,  
Qardaş əlin sıxmaq üçün. 
Savalana çıxmaq üçün, 
Könlüm keçmək istər Xudafərindən. 
 
Arzuların yoxdu sayı,  
Görmək üçün mən o tayı  
Pozmaq üçün 'Türkmənçayı"  
Könlüm keçmək istər Xudafərindən. 
 
 Xoşginaba dəymək üçün  
Dost qapısın döymək üçün  
Səhəndə baş əymək üçün 
Könlüm keçmək istər Xudafərindən. 
 


 
 
51
Cənub həsrəti 
Xudafərin on beş tağlı  
Üstü Azərbaycan dağlı,  
İki yüz il yolu bağlı  
Könlüm keçmək istər Xudafərindən. 
 
Cənub qızı - qələm qaşlı  
Rübabəni gözü yaşlı  
Ağlar qoyan başı daşlı  
Könlüm keçmək istər Xudafərindən 
 
Körpələrin yuxusunda  
Çiçəklərin qoxusunda  
Lap Elgünün "Oxu"sunda 
Könlüm keçmək istər Xudafərindən. 
 
Eh-ey! Vətən oğulları  
Dəyişdirin ağılları  
Pozun köhnə nağılları  
Könlüm keçmək istər Xudafərindən. 
 
Aranı kəsən bədhaqlar,  
Yerdə qalmaz bu nahaqlar  
Müəllimi sözü haqlar  
Könlüm keçmək istər Xudafərindən... 
 


 
 
52
Əvəz Müəllim 
Vəssəlam,  hələlik  deyirəm  Cənuba.  An-
caq  bu  dəm  xəyalıma  yenə  rəhmətlik  Şəh-
riyar gəldi; o taydan bu taya həsrətlə baxır, 
bu  taydan  o  taya  isə  cənub  gözəli,  gözü 
yaşlı Rübabə... 
Deməli,  çox  güman  ki,  cənuba  təkrar 
"səfərimiz" bitməz qaldı. 
 
 
 
 
 
 


 
 
53
Cənub həsrəti 
TƏBRİZİN KÜÇƏLƏRİNDƏ  
UYUYAN «QARAGİLƏ» 
 
"Xudafərin dastanı" qələmə  gələn 
anlarda təbii olaraq Cənub qızı 
Rübabə xanım da o dastanda yad-
daşımın səhifələrində canlanmışdı: 
...Cənub qızı, qələm qaşlı,  
Rübabəni gözü yaşlı,  
Ağlar qoyan başı daşlı  
Könlüm keçmək istər Xudafərindən. 
 
İndi  imkan  olsa,  Xudafərindən  o  taya 
keçib,  Təbrizin  küçələrində  "Qaragiləni 
axtarmaq  istərəm  -  ona  həsrət  qalmış 
Rübabə kimi. Yəqin ki, o küçələrin hansısa 
birində  "dəfn  olub"  uyuyur  Qaragilə.  Və 
yəqin ki, mərhum Rübabə Muradovanın da 
ruhu  indi  "Qaragilənin  ruhu"  ilə  yanaşı 
uçub, dolaşır Təbrizin küçələrində. 
Rübabə göz açanda Təbrizli dünyaya göz 
açdı,  ancaq  onsuz  qaldı,  onunla  böyümədi. 
Təbriz  böyüdü  amma,  "o  böyümədi".  O 
yurda  köçmək  və  orada  bu  dünyadan 
köçmək arzusu ilə köçdü dünyadan. 


 
 
54
Əvəz Müəllim 
Təbrizin  Quzeydə  ki,  Qaragiləsinin 
"Leyli  -  Məcnun  əhvalatını"  nəhayət,  mən 
musiqi  alətlərinin  sevgisində  hiss  eləyib 
gördüm. 
Kaman  və  ona  sürtüşüb-  sürtünərək, 
sevgisini  aşkar  edib  yaşayan  Kamanə. 
Bunlar  vəfalı  aşiq  olmaq  etibarilə  daima 
bir-  birinin  başına  dolaşır  və  öz  eşq 
sızıltılarını- "əlləri çatmayan arzularını" bir-
birinə  sıxılıb-sürtülüb  əzab  verməklə 
ətrafdakılara  bəyan edirlər.  (nəzər  - diqqəti 
cəlb etmədən). 
Mən uzun illər: uşaqlıq və erkən gənclik 
illərində  Rübabənin  yanıqlı  səsinə,  o  səsin 
yanmış  məqamına  uymuşam.  Ancaq  uzun 
illər  bu  oxu  ifasındakı  qeyri-adiliyi  yoza 
bilməmişəm. 
Sonralar  aydın  olub  ki,  belə  qeyri-tə-
biilik  məhz  o  səsin  qovrulub,  yanıb-
yaxılmasında imiş. Və bu yanğının alovun-
da  özü  kiminsə  "Qaragilə"si  olan  Rübabə, 
Təbrizdəki "Qaragilə"sinə həsrət qalan aşiq 
kimi  öz  əbədi  nəğməsini  oxuyurmuş 
bizmçün.  Yəni  bu  ifaların  səbəbi  əlçatmaz, 
ün-yetməz  bir  eşq  imiş,  necə  ki,  bizlər  də 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə