Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 
 
55
Cənub həsrəti 
ona həsrət. 
Bir  də  o  dəqiqləşdi  ki,  bu  sevgi  Rübab- 
Rübabə  adlı  bir  eşq  macərasının  həyatdakı 
təzahürlərindən biriymiş. Diqqət etsək, hiss 
eləyib görə bilərik. 
Rübab  əslində  musiqi  alətidir.  O  çox 
tanınmasa  da  xalqımızın  qədim  musiqi 
alətlərindəndir.  Görünür  bu  alətin  adının 
Rübab  olması  heç  də  təsadüfi  deyil.  Və 
görünür  bu  onun  Rübabə  adlı  sevgilisinin 
olmasından xəbər verirmiş. 
Rübabə  xanımı  xatırlayanda  bu  alətin 
varlığını bir daha yəqin etmək olur. Çünki, 
əsil sevgi kimi az qala bu alət də unudulub 
getmişdi.  Yəni  biz  Rübab  alətinin  səsini 
eşidib,  ahəngindən  onun  hansı  tembrlə 
yandığının əyan etmiş olarıq. 
Mənə  elə  gəlir  ki,  Rübabənin  musiqi 
dünyasında sevgilisi - Rübabı "Qaragilə"dir 
ki, o bütün ömrü boyu Qaragilənin ətrafına 
fırlana-fırlana,  ancaq  ona  əli  çatmaya- 
çatmaya köçdü dünyadan. 
O  vaxtki,  musiqiçilərdən  eşitmişdim  ki, 
deyir  Naxçıvana  konsertə  gedəndə  qatar 
Araz  boyu  Cənubu  Azərbaycana  tərəf 


 
 
56
Əvəz Müəllim 
"boylana-boylana  dartındığı  vaxt"  Rübabə 
xanımın fikri bizdə yox, tikanlı məftillərin o 
tayında idi. 
 
 
 
Çünki,  kupenin  pəncərəsindən  gözlərini 
O taya - Arazın o tərəfinə dikib gedəndən- 
gələnə  kimi  "zülüm-zülüm"  ağlayırdı. 
Burada yadıma düşdü ki: 
 
Hanı Cənub gözəlləri? 
Yad əldə qalıb əlləri. 
Aramır bizim elləri
Könlüm keçmək istər Xudafərindən. 
 
Sonralar başa düşdük ki, o gözəl Cənub-


 
 
57
Cənub həsrəti 
lu qız o tayda qalan sevgilisini baxışlarıyla 
araya- araya gedib, tapmadığı üçünsə onun 
xatirəsinə yas tutub ağlayırmış. 
Azərbaycanın  sinəsində  özü  boyda  dağ-
dır: "O tay-bu tay dağı". Iş burasındadır ki, 
biz bunu əvvəllər heç hiss etməmişik. Daha 
doğrusu  hiss  etməyə  qoymayıblar.  Ancaq 
sonralar  (Şəhriyar  şerində  olduğu  kimi) 
Rübab  və  Rübabənin  səsindəki  yanğının 
səbəbində  bir  bağlılıq  olduğun  başa  düşüb 
bilmişik. Eləcə də Rübabənin oxuduqlarının 
yanğısından  -  ahuzarından  məlum  olur  ki, 
onun  Rübabı-  ilk  məhəbbəti,  yəni  yarısı 
Təbrizdə uyuyub qalan "Qaragilə"imiş: 
 
Təbrizin küçələri dolanba-dolan,  
Sən ki, məni sevmədin, get ayrı dolan... 
 
Nə isə... Söhbət uzana bilər. Həyat kimi 
beşiyimizin başlanğıcı və sonu olduğu kimi 
bütün yanğınların da sonu var. 
Son: külə çevrilməkdir! 
Yananların-  sevərək  yaşayanların  isə 
axırı  kül  deyilmiş.  Necə  ki,  onların  yan-
malarının nəticəsi bu dünyanın tərk etmələri 
olub  dünyalarını  dəyişəndən  sonra  onların 


 
 
58
Əvəz Müəllim 
ruhları əbədi eşq atəşinə tutaşıb sonra gələn 
nəsillər  üçün  kül  yox,  bir  məşəl  olur. 
Qaragilə sevgisi kimi. 
...  Sil  gözün  yaşın  Qaragilə,  Ağlatma 
məni?... 
 
…Sil gözün yaşın bu nə eşq-həvəsdi
…Sil gözün yaşın Qaragilə, ağlama, 
bəsdi. 
 
 
 


 
 
59
Cənub həsrəti 
XOŞGİNABDA KEÇƏN GÜNLƏR 
(Ustad Şəhriyarın xatirəsinə) 
 
Azərbaycanın dahi şairi ustad Şəhriyarla 
ruhu  yaxınlığımızı  zaman-zaman  duydum, 
xəlqlik  baxımından  demirəm,  o  olmalıdır  - 
Şəxsi  fərd  baxımından.  Çünki...  Bunun 
çünkisi uzaq-yaxın keçmişdən, orta məktəb 
illərinin aşağı siniflərindən başlamışdır.  
Uşaq  aləmindən  dünyaya  baxarkən  dərk 
eləyə  bilmədim  ki,  niyə  ədəbiyyat  kitab-
larımızda olan Puşkin, Lermontov və başqa-
larının  şeirlərini  zorla  əzbərlədiyim  halda 
Şəhriyarın  sovet  vaxtı  təsadüfi  əlimizə 
keçmiş  "Heydərbabaya  salam"ını  yaddaşı-
ma bir nəfəsə həkk edirdim. Həm də uşaqlıq 
dünyamı  narahat  edən  ən  çətin  məqam-
lardan biri o idi ki, bilmirdim niyə sonralar 
o  yazıların  havası  məndən  əl  çəkmək 
istəmir?! 
Deməli, bizim ruhu yaxınlığımız məhz o 
vaxtlar  özünü  büruzə  verirmiş.  Bu  hiss 
ustad  dünyanı  tərk  edəndə  bir  daha  aşkar-
landı.  Onda  bir  də  yenidən  dünyaya 
gəldiyimi duydum. Necə ki, o bir əsrə yaxın 


 
 
60
Əvəz Müəllim 
zaman kəsiyində Cənubdan Şimala keçmək 
ümidi ilə Arazın sularında qərq olub köçdü 
dünyadan,  eləcə  də  mən  yarım  əsrə  yaxın 
vaxta Şimaldan - Cənuba köçmək ilğımı ilə 
keçirəm dünyadan. 
Şairlikdən  əlavə  o  ustad  idi.  Xarici 
görünüş, libas və ya bahalı paltar onun üçün 
məna  ola  bilməzdi.  Çünki  Şəhriyar  zəma-
nənin  zər-zibasına  yox,  onun  gözqamaş-
dırıcı  parıltısının  içində  giziənən  mənanı 
axtarıb tapıb, ona qiymət verən idi. 
Qəribə,  həm  də  maraqlısı  odur  ki,  məni 
də  insanların  geydiyi  son  dəbdəbə  moda 
yox,  onların  içərisində  gizlənməyə  çalışan 
"mən" maraqlandırır. 
Nəhayət,  Şəhriyar  bir  eşq  şairi  idi.  O, 
belə  bir  məhəbbət  azarına  tutulmuşdur  ki, 
onun  da  dərmanı  "Sürəyyanın  bakirə  gənc-
liyində" əridi getdi. Və həmin eşq macərası 
təkrarən onun əzəmətli heykəlinin yaranma-
sına  səbəb  oldu.  Həmin  azarın  ab-havası 
məni  vuranda  isə  Şəhriyarla  bir  daha 
"görüşdük".  Və  hər  dəfə  görüşəndə  nə  isə 
yazmağa başladım. 
Coğrafi  baxımdan  Cənubla  Şimalın 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə