Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
12
Əvəz Müəllim 
dan bir lövhədir. Və təsadüfi deyil ki, Eldar 
Səfa Şahvələdli də Əvəz Müəllimin yaradı-
cılığından danışmaq üçün onun bu misrala-
rından açar kimi bəhrələnib. Eldar müəllim 
özünəməxsus  yanaşma  ilə  yazısını  belə  sə-
mimi  duyğularla  yekunlaşdırır:  «Mən bu 
gün fəxr edir və sevinirəm ki, Əvəz Müəllim 
bizim sıramızdadır! Yəqin ki, həmişə olduğu 
kimi dodaq büzənlərimiz dodaq büzəcək, 
gözəl deyənlərimiz gözəl deyəcək, bədxah-
lar bəd deyəcək, ağzı xeyir sözlülərimiz isə 
xeyir söyləyəcəkdir:  şükür! Qələm tutanla-
rımızın sırası davam edir. Sevinin, a mənim 
millətim, buna yalnız sevinmək olar. Mən, 
Əvəz Müəllim üçün rəy yox, ürək yazdım ki, 
yazmağa davam eləsin, yazdıqlarını gizlət-
məsin. Yazmağı ondan, yozmağı bizdən. Sö-
zümün məğzi də elə bu idi. Uğurlar arzula-
yıram. Bu uğurlu yolda yol daşı olmaqdan-
sa, yol-yoldaşı olmaq daha xeyirlidir».  El-
dar  müəllimin  sözünün  sonundakı  hikmət 
məqamı kifayət qədər diqqət çəkəndir. Yəni 
o,  Əvəz  Müəllimi  yol  daşı  olmaqdan  çox, 
yol-yoldaşı  kimi  görür.  Yəni  sözün  yolun-
dakı yoldaşlıqdan söhbət gedir. 


 
 
13
Cənub həsrəti 
Bir  sözlə,  bir  az  da  mətləbə  tərəf  gələk. 
Əlbəttə, əgər Əvəz Müəllimin poeportretini 
yarada bildiksə. İndi Əvəz Müəllim özünün 
mənəvi  borcu  bilir  ki,  Cənub  həsrətini  Sə-
məd  Vurğun,  Süleyman  Rüstəm,  Məmməd 
Rahim…  Söhrab  Tahir,  Balaş  Azəroğlu, 
Mədinə Gülgün, İsmayıl Cəfərpur… və nə-
hayət,  Şəhriyar,  Səhənd,  Səmənd  Behrəngi 
yolunun  davamçısı  kimi  öz  xalqına,  milli 
tarixi kökünə öz adı ilə versin. Yəni bu sıra-
da lap elə uzaqdan gələn bir səs kimi Əvəz 
Müəllimin  də  «Cənub  həsrəti»  dilə  gəlsin. 
Bəlkə elə bu dünyanın ədalət tərəzisində bir 
səsvermə də oldu. Bəlkə elə şairlərin sözlə-
rini  də  hər  misrasını,  nəinki  hər  şeirni  bir 
səs  adı  ilə  hesaba  aldıldar.  Qoy  onun  sözü 
də xalqının tarixi birliyinə qovuşması üçün 
gücünü göstərsin. Əvəz Müəllim (Hacıyev) 
Dadaşxan oğlu da bir Cənub həsrəti ilə milli 
tarixi yaraya sözü ilə məlhəm olduğunu ye-
nicə nəşrə hazırladığı kitabı ilə təkcə bildir-
mək istəmir. Bu yolun mücahidi, şəhidi olsa 
belə  son  nəticədə  xalqının  sevincini  gör-
məklə qalibi də olmaq istəyir.  


 
 
14
Əvəz Müəllim 
Kitabın  əvvəlində  dərdini  Arazla  bölüş-
məydən  başlayan  şair  “Araz,  hey!” 
deməklə  Arazı  diksindirərək,  həm  də  onu  
 kükrəyib,  “alışıb,  yanmağa  çağırır”: 
  
Ümidlərə sərhəd olan xan Araz,  
Xannan səndə qalıbmı bir can, Araz? 
Quruyuban, alışıban,yan Araz  
Dərd-möhnətdən sakit axan çayım, hey  
Daşa dəyən harayım hey,hayım,hey! 
 
Bu  misralardan  göründüyü  kimi  çair 
Araza dərdli-dərdli sakit axdığının daha bəs 
olduğunu vurğulayır. 
 
Və ya; 
 
Müəllimin arzuları səndədir, 
Göz yaşları səninlə bir təndədir 
Biz bir olsaq düşmən bizdən gendədir 
Gümanlara qınaq olan Araz, hey! 
Səngiməyən göz yaşları bəyaz,hey! 
 
Sonra  Arazı  adlayan  şair  Heydərbabaya 
tərəf  üz  tutur.  Sözün  davamı  olaraq  Şəhri-
yarın  “Heydərbaba”sının  üstünə  təzə  bir 


 
 
15
Cənub həsrəti 
ışıq  salır  ki,  bu  da  onun  ürəyinin  işığıdır. 
Və  bu  görüşlə  sanki,  Şəhriyarın  ruhunu  tə-
zələyib  bərpa  edir.  O,  işıqdan  süzülən  
misraların  bir  neçəsinə  diqqət  yetirsək 
görərik  ki,  o,  Heydərbabayla  “görüşür”: 
  
Heybaba, görüşünə gəlmişəm, 
Həsrət qovub örüşünə qəlmişəm, 
Bədhaxlarla döyüşünə gəlmişəm, 
Şirvan-eldən əhvalına salam var
Daim səni xatirlərə salan var. 
 
Heydərbabanın  zirvəsinə  şıxıb  Təbrizə 
tamaşa niyyətini gizlətmir: 
 
 Heydərbaba,  mehman etsən sən bizi, 
 Zirvən üstən seyr eylərəm Təbrizi, 
Bir açarıq gecəni, həm gündüzü, 
Onda bizim ürəyimiz şad olar
Dərd-möhnətdən könüllər azad olar. 
 
Oradaca Şəhriyarı soraqlayır: 
 
Heydərbaba, Şəhriyar bəs necoldu? 
Özü demiş “gələmmədi gec oldu”? 
Xeyirə şər, ağa qara güc oldu? 


 
 
16
Əvəz Müəllim 
Qismət olsun, ayrılığın sonu var, 
Hər bir işin axarı var, yönü var. 
 
Biri  bu  tayda,  biri  O  tayda  olan  Sava- 
 lanla Babadağı görüşdürmək istəyir: 
 
Babadağla həmdəm olan Savalan, 
Zirvələri buludlardan bac alan
Ayrı-ayrı qərar tutub ucalan, 
Araz üstən əl uzadıb görüşə, 
Əhvallaşıb ərzi-halı bölüşə. 
 
Novruzda  “Qarı  nənəni  oyatmağa” 
çalışan şair hələ“tonqal üsdən də tullanır” : 
 
Heydərbaba, Novruz gəldi azarıx, 
Hallanıb-tullanıb bir az qızarıx,  
Tonqal üstə “durdun qəbrin qazarıx”, 
Haydan-küydən “Qarı nənə oyanar”, 
Sevincindən “üzü qana boyanar”. 
 
Və nəhayət: 
Müəllimin şair dostu Şəhriyar, 
Onu bilsin ürəklərdə nisgil var, 
Harda olsa Müəllim də orda var


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə