Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   11   12   13   14   15   16   17   18   ...   108

Nizami Cəfərov 
 
50
 
Ədəbiyyat tariximizin  
ustad dərsləri 
 
Akademik Isa Həbibbəylinin hər yazısını oxuyanda, hər 
çıxışına qulaq asanda bütün dərinliyilə dərk edirəm ki, o, yalnız 
ədəbiyyatın «dış strukturu»ndan – sosiologiyasından, mətnşüna-
sılığından, ideologiyasından yox, həm də «iç strukturu»ndan – 
ruhundan, törəmə metodologiyasından, təzahür (və cərəyanlaş-
ma) texnologiyalarından gəlir. Və necə yazırsa o cür də danışır, 
necə danışırsa o cür də yazır… Hansı mövzuda danışırsa danış-
sın, yazırsa yazsın, həmişə hiss eləmişəm ki, ədəbiyyat adlanan 
fenomenin mahiyyətini açmağa, onun gözə görünən tərəflərilə 
yanaşı, gözə görünməz mübhəmlərini də kəşf etməyə çalışmaqla 
həmin məqamda elə bir bütöv elmi-intellektual təsəvvür yaradır 
ki, hər cümləsini sitat gətirmək olar və güman etmirəm ki, onun 
neçə on illər ərzində həm dediyi, həm də yazdığı həmin sitatlıq 
cümlələri (fikirləri!) arasında azacıq bir ziddiyyət olsun… 
Niyə?.. 
Ona görə ki, Isa Həbibbəyli bütün ömrü boyu ustadlardan 
dərs alıb… 
 Və mən Isa müəllimi, yaxşı tanıdığım keçən əsrin 80-ci 
illərində necə görmüşdümsə, məntiqinin mükəmməlliyində, 
axtarış eşqinin həmkarları ilə müqayisəyə gəlməz qaynarlığında 
(və eyni zamanda, nə qədər paradoksal olsa da, düşüncəsinin, 
təfəkkürünün təmkinində, təvazökarlığında) bu gün də elə görü-
rəm… Görürəm və sevinirəm ki, bizə (öz həmkarlarına) XIX 
əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını yeni 
materiallar, ideyalar, estetik prinsiplər əsasında oxutduran bir 
ədəbiyyat tarixi mütəxəssisi, Azərbaycan ədəbiyyatı tarixinə 
yeni gözlə baxan bir metodoloq, müasir ədəbi prosesi hərtərəfli 
«spektrləşdirməy»ə çalışan bir nəzəriyyəçi var… Özü də, adət 
etdiyimizin əksinə olaraq, kənardan yox, öz içimizdən, daxili-


Ədəbiyyat söhbətləri 
 
51
mizdən (ruhumuzdan!) gəlir… Özünü dərk etmiş millət ustad 
dərslərini kənardan ala bilməz… 
Isa Həbibbəylinin «Ədəbi şəxsiyyət və zaman» kitabı 
ustad dərsləridir… 
Kitabın ön sözündə deyilir: 
«Böyük ədəbiyyat Zamana münasibətdə çox ciddi tərəf-
müqabildir. Qarşılıqlı münasibətlərdə ədəbiyyat ağırlıq təşkil 
edəndə Zaman irəli gedir. Nizami Gəncəvinin «Xəmsə»si, Mə-
həmməd Füzulinin «Leyli və Məcnun»u, Mirzə Fətəli Axundza-
dənin «Təmsilat»ı, Cəlil Məmmədquluzadənin «Ölülər»i və 
«Molla Nəsrəddin»i, Mirzə Ələkbər Sabirin «Hophopnamə»si, 
Hüseyn Cavidin «Iblis»i (mən buraya Səməd Vurğunun «Azər-
baycan»ını da daxil edərdim – N.C.) Zamanla münasibətdə ağır 
gələn əsərlərdir. 
…Yazıçı Zamanı düşündürən və qabaqlayan böyük ideal-
lar səviyyəsinə çatdıqda ədəbi şəxsiyyətə çevrilir»… 
Isa Həbibbəylinin ədəbiyyat marağı (və təfəkkürü, düşün-
cəsi) qədər geniş miqyas-mündərəcəyə malik «Ədəbi şəxsiyyət 
və zaman» kitabı bir də ona görə mükəmməldir ki, ideya-məz-
munca konseptual, ifadə-üslubca aydın, anlaşıqlı və məntiq-
lidir… 
Görkəmli ədəbiyyatşünasın son illər Azərbaycan ədəbiy-
yatı tarixşünaslığına gətirdiyi mühüm bir yeniliyin böyük maraq 
doğurması heç də təsadüfi deyil və həmin yenilik Azərbaycan 
ədəbiyyatı tarixinin elmi-nəzəri baxımdan əsaslandırılmış dövr-
ləşdirmə konsepsiyasının onun tərəfindən işlənib hazırlanması, 
müxtəlif səviyyələrdə geniş müzakirə predmetinə çevrilməsi ilə 
bağlıdır. Əlbəttə, haqqında söhbət gedən konsepsiya yalnız milli 
müstəqillik əldə ediləndən sonra meydana çıxa bilərdi. Nə qədər 
vacib olsa da, təkcə ona görə yox ki, sovet sosialist ideologiyası 
hər hansı xalqın ədəbiyyat tarixini məhz milli kontekstdə dövr-
ləşdirilməsi prinsiplərinin düzgün, obyektiv müəyyənləşdirilmə-
sinə imkan vermirdi, həm də (və daha çox!) ona görə ki, öz 
məlum (və heç cür qarşı çıxılmayacaq) «tələb»ləri ilə milli ədə-


Nizami Cəfərov 
 
52
biyyat tarixşünaslığı təfəkkürünün (və Şəxsiyyətinin!) formalaş-
mağına heç vəchlə imkan vermirdi. 
Isa Həbibbəylinin «Ədəbi şəxsiyyət və zaman»ı onun 
müəllifi olduğu Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilmə-
si konsepsiyasına nə qədər əsaslanırsa, eyni dərəcədə də həmin 
konsepsiyanı əsaslandırır… Və xüsusi olaraq qeyd etmək lazım-
dır ki, kitabdakı məqalələrin müxtəlif illərdə yazılması kitabın 
monoqrafik bütövlüyünə nəinki mane olur, hətta əksinə, həmin 
bütövlüyün (və konsepsiyanın) təsadüfən yaranmadığını, neçə 
illərin axtarışlarının, kifayət qədər zəngin idrak təcrübəsinin 
məhsulu olduğunu göstərir. 
Ilk məqalələr orta əsrlərin klassik ədəbi şəxsiyyətlərinə – 
Nizami, Marağalı Əvhədi, Şəms Təbrizi, Nəsimi və Füzuliyə 
həsr olunmuşdur. 
Nizamidən bəhs edərkən Isa Həbibbəyli yazır: 
«Bir gün Şərq ölkələrindən birində iki ədəbiyyat həvəskarı 
şeirin peyğəmbərinin kimlər hesab olunması ətrafında mübahisə 
edir. Tərəflərdən biri Füzuli, Nəvai, Dəhləvi, Cami, Sədi, Hafiz 
kimi qüdrətli şairlərin adlarını çəkir. Qarşı tərəf: -Bəs Nizami 
Gəncəvinin adını niyə çəkmədin? – deyə soruşur. Cavab aşağı-
dakı kimi olur: -Sən şeirin peyğəmbərlərini soruşdun, Allahını 
yox!» 
Bu məşhur pritçanı tamamilə yerində xatırlatdıqdan sonra 
müəllif əlavə edir: 
«Nizami Gəncəvi, şeirin Allahıdır. Dünyanın harasından -
Şərqdən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, o, şeir-
sənət səmasında günəş kimi parlayır. Bu, təkcə Şərq üçün qəbul 
edilən ölçü, səviyyə deyildir. Bütövlükdə mədəni dünya Nizami 
Gəncəvini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik 
mütəfəkkir kimi qəbul edir». 
Ancaq bir gerçəklik də təkzib olunmazdır ki, «bütün bun-
larla bərabər, Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub 
sənətkar olması da şəksizdir. O, dünyanın böyük şairi, Şərqin 
qüdrətli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq bir 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə