Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   14   15   16   17   18   19   20   21   ...   108

Ədəbiyyat söhbətləri 
 
59
həsr olunmuş yazılar daxil edilmişdir ki, onlar kitabın «Azərbay-
can mühacirət ədəbiyyatı» adlı altıncı bölməsini təşkil edir. 
Yeddinci bölmə Azərbaycan ədəbiyyatı tarixinin ən mü-
rəkkəb, nəzəri-metodoloji baxımdan təhlili çox çətin olan «sovet 
dövrü»ndən bəhs edir… Və bu dövrün ən qüdrətli ədəbi şəxsiy-
yəti Səməd Vurğunla başlayır… Niyə?.. 
Əlbəttə, S.Vurğun yaradıcılığının ideya-estetik mahiyyəti-
ni doğru-düzgün izah etmədən, «sovet dövrü» Azərbaycan 
ədəbiyyatı barədə az-çox mükəmməl qənaətə gəlmək, görünür, 
mümkün deyil… Və Isa Həbibbəylinin ədəbiyyat tarixi konsep-
siyasının (eləcə də bu kitabla verdiyi ustad dərslərinin) əsas 
uğuru ondadır ki, S.Vurğun yaradıcılığını o həddə qədər Zama-
nın hadisəsi hesab edir ki, əvvəlki zamanlarla sələf-xələflik 
əlaqəsi qırılmasın: 
«Səməd Vurğun ədəbi məktəbi ilk növbədə çoxəsrlik 
ədəbi ənənələrin müasirliklə üzvi şəkildə əlaqələndirilməsi və 
yeniləşdirmə imkanlarının genişləndirilməsi əsasında formalaş-
mışdır. Nizami Gəncəvi yaradıcılığındakı dərin ictimai məzmun, 
Füzulinin lirikası, Vaqifin xəlqiliyi, həyat eşqi və nikbinliyi, 
Mirzə Ələkbər Sabirin yüksək vətəndaşlıq mövqeyi Səməd Vur-
ğun poeziyasınını ilham qaynaqlarıdır. Lakin özündən əvvəl 
ədəbi məktəb yaratmış böyük sənətkarların içərisində Molla 
Pənah Vaqifin yaradıcılığı ona daha yaxın və doğmadır». 
Tamamilə aydın, dəqiq (və konseptual!) olan bu fikrə, 
əslində, heç bir əlavə izahat, yaxud şərh lazım gəlmir… Yalnız 
onu deməliyik ki, həmin fikir (mövqe!) XX əsrin böyük şairini, 
əsassız olaraq, «kommunizm tərənnümçüsü» elan edib, onun 
poetik təfəkkürünün (və milli dünyagörüşünün) nə miqyasına, 
nə də dərinliklərinə vara bilməyənlərə tutarlı cavabdır. 
Azərbaycan ədəbiyyatının «sovet dövrü» konyukturunun 
tragik reallıqlarını, əlbəttə, inkar etmək olmaz, bununla belə 
«xalq şairi Səməd Vurğun xalqına, vətəninə vurğunluğunu yük-
sək bədii səviyyədə əks etdirən qüdrətli sənətkar kimi əbədiyyət 
qazanmışdır. Onun başladığı «Azərbaycan epopeyası» XX əsr 


Nizami Cəfərov 
 
60
Azərbaycan ədəbiyyatında azərbaycançılıq idealının proqramına 
çevrilmişdir». 
Isa Həbibbəylinin kitaba daxil edilmiş «Akademik Səməd 
Vurğun» monoqrafiyası isə daha çox şairliyi ilə fəxr etdiyimiz 
dahi şəxsiyyətin elmi təfəkkürünün (və fəaliyyətinin) miqyası 
barədə ilk dəfə müfəssəl təsəvvür yaradır. 
Təsadüfi deyil ki, «Ədəbi şəxsiyyət və zaman»ın, haqqın-
da söhbət gedən bölməsi «Çətin yollarda» adlandırılmışdır. Və 
bu ifadə-fikir Səməd Vurğunla yanaşı, dövrün – «sovet dövrü»-
nün digər görkəmli sənətkarlarının yaradıcılıq axtarışlarının han-
sı «zaman məkanı»na düşdüyünü yaxşı xarakterizə edir… 
Mirzə Ibrahimov, Mir Cəlal, Rəsul Rza, Ilyas Əfəndiyev, 
Bəxtiyar Vahabzadə, Məmməd Araz… kimi böyük ədəbi şəx-
siyyətlərin yaradıcılıq taleyi də bunun təsdiqidir. 
Azərbaycan ədəbiyyatı, mühacirləri nəzərə almasaq, XX 
əsrin əvvəllərindən sonra hər ikisi Azərbaycan olan iki məkanda 
– Şimalda və Cənubda təzahür etmişdir. Və Azərbaycanın hər 
iki «tay»dan olan müqtədir qələm adamları o tayla-bu tayı öz 
yaradıcılıq ideallarında həmişə birləşdirməyə, bütöv Azərbay-
candan danışmağa böyük ehtiyac duymuşlar ki, onların önündı 
Təbrizli Ustad Məhəmmədhüseyn Şərhiyar getmişdir. 
«Ədəbi şəxsiyyət və zaman» da bu böyük şairə geniş bir 
oçerk həsr edilmiş, onun «şeirdən yoğrulmuş möhtəşəm Azər-
baycan dili abidəsi» olan «Heydərbabaya salam»ı yenidən araş-
dırılmışdır. 
Kitabın yeddinci bölməsindən səkkizinci bölməsinə – 
«Çətin yollar»dan «Müstəqillik işığı»na gəlirik… 
«Müstəqillik işığında» bölməsi xalq şairləri Nəriman Hə-
sənzadə və Fikrət Qocaya, xalq yazıçıları Isa Hüseynov (Muğan-
na), Anar və Elçinə həsr olunmuşdur. Hər birinin öz üslubu, öz 
yazı texnologiyası olan bu görkəmli müasir ədəbi şəxsiyyətlərin 
Zamanla «dialoq»unun mahiyyətində, həqiqətən, müstəqillik 
ideallarının işığını görməmək mümkün deyil. 


Ədəbiyyat söhbətləri 
 
61
Və nəhayət, «Ədəbi şəxsiyyət və zaman»ın «Müstəqillik 
andı» adlanan sonuncu bölməsi «müstəqilliyin şərəfli yolu» ilə 
gedən son illər ədəbiyyatından – onun uğurlarından və yaradıcı-
lıq axtarışlarından söhbət açır… Dövrün kifayət qədər müfəssəl 
ədəbi-nəzəri təsviri təqdim edildikdən sonra Yusif və Vaqif 
Səmədoğlular, Hidayət, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Zə-
limxan Yaqub, Elmira Axundova, Rəşad Məcid, Rüstəm Beh-
rudi, Asim Yadigar… haqqında geniş oçerklər verilir. 
Akademik Isa Həbibbəylinin «Ədəbi şəxsiyyət və zaman»ı 
görkəmli bir ədəbiyyat tarixçisinin (və metodoloqunun) ustad 
dərsləri kimi, heç şübhə etmirəm ki, həmişə oxunacaqdır…  
  
  2017 


Nizami Cəfərov 
 
62
 
Dinlərin dilləri 
 
Hər bir dinin təzahürü, bu və ya digər şəkildə (və miqyas-
da) təbliği və yayılması kifayət qədər mürəkkəb dil proseslərilə 
müşayiət olunmuşdur. Əlbəttə, dinin dili bizim «insanlar ara-
sında ən mühüm ünsiyyət vasitəsi» kimi tanıdığımız adi dildən 
xeyli fərqlənir. Və əsas fərq də ondan ibarətdir ki, bu dil ali 
üslubi xarakteri (və strukturu) etibarilə fövqəladə (eyni zamanda 
heç bir polemikaya gəlməyən) müqəddəs metafizik izharın dili 
olub bir-biri ilə sıx bağlı zəngin simvolik-obrazlı mühakimələr 
sistemindən ibarətdir. 
Ilk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş dillərin 
formalaşdığı məkan (və zaman)larda meydana gəlmişdir. Bu isə 
o deməkdir ki, müqəddəs metafizik izhar üçün eyni səviyyədə 
mükəmməl dil materialı tələb olunur. Və dini təfəkkürün təcrü-
bəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış 
dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri 
olmuşdur. 
Qədim Şumer, hind, yunan, roman (latın), Iran, Çin, yəhu-
di, ərəb, türk, slavyan… dilləri bəşər övladının Tanrı axtarışları-
nın doğurduğu təfəkkür enerjisinin təzahürləri olan elə ilahi 
ünsiyyət texnologiyaları (mətnlər) yaratmışdır ki, intellektual 
inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur. Heç 
də hər bir qədim xalq Tanrı axtarıcılığının məhsuldar (və küt-
ləvi) dövründə, məsələn, «Bibliya», yaxud «Quran» kimi möhtə-
şəm kitablar yaratmamış, yaxud Konfutsi, Budda, Musa, Isa, 
Məhəmməd kimi dünyaya hər mənada harmoniya gətirmiş 
dühalar yetirməmişdir; lakin tarixdə elə bir xalq olmamışdır ki, 
Tanrı ilə ünsiyyətə, onunla dil tapmağa cəhd etməsin. Və bu 
cəhdlər hər bir xalqın şifahi mifoloji mətnlərində, nağıllarında, 
dastanlarında, dualarında, alqış və qarğışlarında, ümumiyyətlə, 
«ibtidai din»in hər bir təzahüründə mövcuddur. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə