Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   22   23   24   25   26   27   28   29   ...   108

Nizami Cəfərov 
 
86
Füzulinin yadigarı mən özüməm” deyən səsnətkar qəzəli həm 
məzmun, həm də dil-üslub baxımından o qədər xəlqiləşdirdi ki, 
rəsmi-ideoloji mövqedən qoyulan yasaqlar janrın yaşamaq 
ehtirasının qarşısını ala bilmədi: 
 
Hər aşiqə öz istədiyi yarı gözəldir, 
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. 
 
İlqarı gözəl olmayanı istəməz aşiq, 
Can ver elə canana ki, ilqarı gözəldir. 
 
...Vahid, mənə, insaf elə, sima ilə baxma
Əhsən elə bir şairə, əşarı gözəldir. 
 
Azərbaycan Yazıçılar İttifaqında Səməd Vurğunun sədrli-
yi ilə keçirilən məclisdə tanınmış şairlərdən biri söz alıb gileylə-
nir ki, şeirlərində heç bir ictimai-siyasi məzmun olmayan Vahidi 
camaat daha çox oxuyur, nəinki bizi... Səməd Vurğun onun 
deyəcəyini bildiyi üçün sözünü kəsib: “indi neyləyək, şeir yaz-
mağını qadağan eləyək?.. Sən də elə yaz ki, camaat oxusun...” 
deyir. 
Dahi Səməd Vurğun da qəzəllər yazdı. Və onun bir sıra 
qoşmaları da muğam üstündə oxundu: 
 
Bəxt məni bu yerə qonaq göndərdi, 
Gedirəm, yamandı ayrılıq dərdi. 
Demə Səməd Vurğun gəldi-gedərdi, 
Unutmaz bu oba, bu mahal məni. 
 
Azərbaycan sovet poeziyasının banilərindən biri Süleyman 
Rüstəmin yetmişinci illərdən qəzəl yaradıcılığına xüsusi önəm 
verməyə başlaması ilə “klassik janr” “yeni həyat”a qədəm qoydu.  
Təsadüfi deyil ki, 70-ci, 80-ci illərdə bir sıra muğam 
ifaçıları, xüsusilə ustadlar (məsələn, Hacıbaba Hüseynov) özləri-


Ədəbiyyat söhbətləri 
 
87
nin də qəzəl yazdıqlarını, hərdən öz qəzəllərini də oxuduqlarını 
artıq geniş ictimaiyyətdən gizlətmədilər. Və şairlər arasında da 
qəzələ meyl o qədər gücləndi ki, 80-ci illərin ortalarından başla-
yaraq bir sıra şairlər nəinki qəzəl yazmağa meylləndilər, hətta 
bir sıra “Divan”lar da meydana çıxdı... 
Fikrimizcə, şair-mütəfəkkir Bəxtiyar Vahabzadənin “Mu-
ğam” poeması XX əsrin sonlarına doğru ümumiyyətlə Azərbay-
can şairinin (və ümumiyyətlə Azərbaycan poeziyasının) muğa-
ma (və dolayısı ilə qəzələ) tarixi münasibətinin “manifest”i, 
hətta demək olarsa, XX əsrin 20-ci, 30-cu illərindəki muğam (və 
qəzəl) nihilizminə, inkarçılığına (əslində, “sələflər”ə) yeni (və 
əbədi!) mövqedən verilən bir interpretasiya idi: 
 
Daş ürəklərdə yanıb daşları dindirdi muğam, 
Haqqa düşmən olanı haqqa tapındırdı muğam. 
Nə xəyal eyləmisən ondakı tilsimləri sən, 
Kürü ahıyla qurutdu, salı yandırdı muğam. 
 
Azərbaycanın Birinci Xanımı (və Azərbaycan Respublika-
sının Birinci vitse-prezidenti) Mehriban Əliyevanın Azərbaycan 
mədəniyyətinin hər sahəsinə olduğu kimi muğam sənətinin 
inkişafına da göstərdiyi böyük (və strateji!) qayğının nəticəsidir 
ki, bu gün muğam özünün müasir imkanlarını reallaşdırmaq 
üçün ədəbiyyatdan-poeziyadan yeni ruhlu qəzəllər tələb edir... 
Nizami (tərcümədə), Nəsimi, Xətai, Saib, Vaqif, Nəbati, 
Seyid Əzim, Səməd Vurğun, Vahid, Süleyman Rüstəm, Bəxtiyar 
Vahabzadə... bundan sonra həmişə oxunacaq, ancaq XXI əsrin 
qəzəlləri yaranacaqmı?.. 
Qəzəl – “aşiqin məşuqla aşiqanə söhbəti” deməkdir. XXI 
əsrin “aşiq”i XXI əsrin”məşuq”u ilə XXI əsrin “söhbət”ini edə-
cəkmi?.. 
Etməlidir!.. Yoxsa “eşq”in (və dünyanın!) sonu olardı... 
 
2018 


Nizami Cəfərov 
 
88
 
«Söylədiyim Azərbaycan dilidir»,  
yaxud  
«Hər şeyin var, nəyin yoxdur, Azərbaycan, 
Azərbaycan!..» 
 
XIX əsrin sonu, XX əsrin əvvəllərində Qazax mahalından 
böyük bir ziyalı çıxdı… Hacı Kərim Sanılı… 1878-ci ildə Çaylı-
Kəsəmən kəndində doğuldu, 1937-ci ildə isə məlum repressiya-
nın qurbanı oldu. 
Hacıkərim (Hajkərim) Sanıyev (Sanılı) 1919-cu ildə Azər-
baycan aşiqlərinə həsr etdiyi «Yeni şərqilər» kitabını nəşr etdi-
rəndə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü idi. Və 
həmin kitabın ilk şeiri ˗ «Qabaq sözü» belə başlayır: 
 
Söylədiyim Azərbaycan dilidir
Mən dərdiyim vətənimin gülüdür. 
Bu çaldığım el sazının telidir, 
Gərək səsi ürəkləri oynada. 
 
Aşıq bunu çalacaqdır ellərdə, 
Çoban-çoluq oxuyacaq çöllərdə, 
Inandığım budur, gəzə dillərdə, 
Çağıralar onu bağda-bağçada. 
 
Türk dillərindən biri olan Azərbaycan dilinin necə adlan-
dırılması uzun müddət mübahisəli olmuşdur. Hətta bu şeirin çap 
olunduğu ildə Azərbaycan dili Hacı Kərim Sanılının üzvü oldu-
ğu Cümhuriyyət Parlamentində də rəsmi olaraq «türk dili» adla-
nırdı. «Yeni şərqilər»in müəllifi isə Məhəmməd ağa Şahtaxtlı, 
Cəlil Məmmədquluzadə kimi müasirlərinə qoşulub ana dilini 
«Azərbaycan dili» adlandırır. Və söhbət o dildən gedir ki: 
 


Ədəbiyyat söhbətləri 
 
89
Mən bilirəm, eşidəndə bu dili 
Çırpınacaq Azərbaycan bülbülü, 
Dindirəcək öz dilində o gülü, 
Açılacaq şirin söhbət ortada. 
 
Gah ərəbin, gah da farsın dilində, 
Gah onların, gah da rusun dilində, 
Danışanda özgəsinin dilində 
Öz dilini yanılmışdı dünyada. 
 
Bundan belə təzə yollar açılar, 
O yollara əlvan çiçək saçılar, 
Özgə şivə, özgə sözdən qaçılar, 
Daha bir də biz uymarıq hər yada. 
 
Hacı Kərim Sanılı xalq içindən çıxmışdı, Qori seminariya-
sında təhsil almışdı, Azərbaycanın müxtəlif yerlərində müəllim 
işləmişdi. Və həmyerlisi Səmədağa Ağamalıoğlu ilə birlikdə 
gəlib Azərbaycan parlamentinin üzvü olmuşdu… Hər ikisi eyni 
partiyadan – «Hümmət»dən… Ancaq Səmədağa Ağamalıoğlun-
dan fərqli olaraq, Hacı Kərim Sanılı siyasət adamı deyildi, milli 
demokrat idi… 
XX əsrin əvvəllərinin Azərbaycanı himnlərlə yaşayırdı, 
deyilən hər sözün musiqisi, hər fikrin meydanı, tribunası vardı. 
Və «Azərbaycan» sözünü nə qədər təkrar edirdilərsə, o qədər 
siyasi-ictimai effekt doğurur, o qədər mənalı səslənirdi… 
Ilk «Azərbaycan» şeirini Hacı Kərim Sanılı yazdı!.. Özü 
də necə!.. 
 
Dağlarının başı qarlı, 
Sinəsi yaşıl ormanlı, 
Dərələri şirin narlı, 
Azərbaycan, Azərbaycan! 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə