Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   24   25   26   27   28   29   30   31   ...   108

Ədəbiyyat söhbətləri 
 
95
övladları olması barədəki fikirdən doğru heç nə ola bilməz. Və 
əlbəttə, öz-özlüyündə tamamilə məqbul (və humanist!) olan bu 
mövqe, təəssüf ki, nəinki o illərdə, hətta dünyanın (və bəşə-
riyyətin) xeyli böyük təkamül yolu keçdiyi bizim günlərdə də 
mübahisəsiz qəbul edilmir… 
 
Və şair sözü Ağamalı oğluna verir… 
 
Çapın hələ, düzdür, meydan sizindir, 
Fəhlə, kəndli -bu bağrı qan kimindir? 
Yeyin-için, sanki dövran sizindir, 
Sonra görərik, bu ac qalan kimindir? 
 
Səmədağa Ağamalı oğlu davam edir… 
 
Əkinçinin qüdrəti var, yeri yox, 
Fəhlələrin çörəyi az, işi çox, 
Burjuyların əkəni çox, qarnı tox, 
Bu sizindir… O iki can kimindir? 
 
Göründüyü kimi, Məhəmməd Əmin «bizimdir!» deyir, 
Ağamalı oğlu isə «kimindir?» deyə soruşur… Və insaf naminə 
demək lazımdır ki, sualları tamamilə haqlıdır… 
 
Pristavın, qubernatın əlindən, 
Yüzbaşının, fəndəfirin əlindən, 
Sanı gödək müsavatın əlindən 
Fəryad çəkib qan ağlaşan kimindir? 
 
Məsələyə obyektiv yanaşsaq, hər iki tərəfdə absurdluq var: 
birinci tərəf öz milli romantikasından, ikinci tərəf isə öz prozaik 
humanizmindən başqa yerdə qalan hər şeydə anlaşılmazdır. Və 
bu qarşılıqlı absurdluğun (anlaşılmazlığın) nəticəsidir ki, şair 
deyir: 


Nizami Cəfərov 
 
96
Xan növbədə qırmanc ilə döyülən, 
Qoyun kimi qurd dişində yeyilən
Öz evində haqsız yerə söyülən, 
Həm irzinə əl atılan kimindir? 
 
Biz bilirik alan-satan sizindir, 
Müftə yeyib rahat yatan sizindir, 
Indi hələ Azərbaycan sizindir, 
Soyan sizin, bəs soyulan kimindir? 
Yersiz qalan, qapazlanan kimindir, 
Fabrikadan qovalanan, 
Həbsə alınan kimindir? 
 
Hacı Kərim Sanılı xalq arasından çıxmışdı, varlı-kasıb 
münasibətlərinin nə demək olduğunu yaxşı bilirdi və sosializmə 
inanırdı. Ona görə də «deyişmə»ni öz məsləkinə uyğun yekun-
laşdırır… Və son sözü Məclisdə həmişə son söz sahibi olan 
(çoxluq təşkil edən ) müsavatçılara verir…  
 
Səməd ağa, kiri, Allahı sorsan, 
Bu uşağı sən çağırıb aylıtma. 
Belə demə, çörəyimizi kəsirsən, 
Dadlıca aşımıza zəhrimar qatma! 
 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində müsavatın 
tutduğu mövqeyə bu cür açıq münasibət (xatırladaq ki, bu eyni 
zamanda bir Məclis üzvünün münasibəti idi) Hacı Kərim Sanı-
lının həm mərd bir millət vəkili, həm də mərdanə bir şair olma-
sının göstəricisi idi… Nə fikirləşirdisə onu da deyirdi… 
Fikrimizcə, ikinci «deyişmə» həm ideya-məzmun, həm də 
sənətkarlıq etibarilə daha mükəmməldir… Və bu dəfə «qıfıl-
bənd»i Məhəmməd Əmin deyir, Ağamalı oğlu «açır», «sağ»dan 
– «sol»dan münasibət bildirilir… Və kimin haqlı, kimin haqsız 
olduğu axırda «səs»ə qoyulur… 


Ədəbiyyat söhbətləri 
 
97
Məhəmməd Əmin: 
 
Hansı ovdur, dəstə-dəstə tutarlar, 
Tutulduqca ölüm gölünə atarlar? 
O nədir ki, bütün-bütün udarlar, 
Udanlar səlamət olur həmişə? 
 
Ağamalı oğlu: 
 
O fəhlədir, dəstə-dəstə tutarlar, 
Tutulduqda Petrovska atarlar. 
O milyondur bütün-bütün udarlar, 
Udanlar səlamət olur həmişə. 
 
«Qıfılbənd»in açması soldan, təbii ki, alqışlanır; sağdan 
isə qışqırıqlar gəlir: 
«Eylə deyil, eylə deyil! Tutulan balıqdır ki, qazana tulla-
nır. Udulan «həb» olan şeydir!» 
Nə yaxşı ki, Azərbaycan xalqının öz milli müstəqilliyini 
elan etdiyi (və bu müstəqilliyin təsdiqi uğrunda həm daxili, həm 
də xarici qüvvələrlə «hesablaşdığı») dövrün «anatomiya»sını 
obyektiv dərk etməyin təcrübələrini xalqımızın ziyalıları elə 
həmin illərdə vermişlər… Özü də necə… 
Məhəmməd Əmin: 
 
O nədir ki, adı vardır, özü yox? 
O nədir ki, ağzı vardır, sözü yox? 
O kimdir ki, işləməyə özü yox
Allahdan qisməti gəlir həmişə? 
 
Ağamalı oğlu: 
 
Hürriyyətimizdir adı vardır, özü yox, 
Kəndçi-fəhlə, ağzı vardır, sözü yox. 


Nizami Cəfərov 
 
98
Xan-xandır, işləməyə özü yox, 
Kəndçidən qisməti gəlir həmişə. 
 
Yenə də soldan alqış gəlir… Sağdan isə gurultu: 
«Adı var, özü yox erməni padşahlığıdır, sözü olmayan 
balıqdır, qisməti gələn zəlidir»… 
 
Və hər iki tərəf yenə də haqlıdır… 
Ancaq məsələ bununla da bitmir… 
 
Məhəmməd Əmin: 
 
O kimdir ki, hər nə desək, allanır? 
O nədir ki, çox basdıqca azalır?  
O kimdir ki, gəlib bizdən borc alır, 
Aldığına sahib olur həmişə? 
 
Ağamalı oğlu: 
 
Fəhlə, kəndli nə desəniz allanır, 
Bizim puldur, çox basdıqca azalır. 
Ingilisdir, gəlib bizdən borc alır, 
Aldığın qarnına salır həmişə. 
 
Bu məqamda sağdan – müsavat tərəfdən yalnız bircə səs 
gəlir: 
«Eylə deyil! borc alan Iran şahıdır»… 
Tarixi həqiqət isə bundan ibarət olmuşdur ki, Azərbaycan-
dakı ingilis komandanlıq – missiyası gənc dövlətdən borc pul 
almış, ancaq qaytarmamışdır. Və istər bu, istərsə də yenidən pul 
kəsilməsi barədəki məsələ parlamentdə qızğın müzakirə, müba-
hisə mövzusuna çevrilmişdir. 
«Deyişmə» davam edir… 
Məhəmməd Əmin: 


Ədəbiyyat söhbətləri 
 
99
Hansı çaydır, axır-axır yox olur? 
O kimdir ki, ayda bir yol tox olur? 
Hansı şeydir bizim yerdə çox olur, 
Vətənmizdə bir az qalır həmişə? 
 
Ağamalı oğlu: 
 
Qaçqınlara axan puldur, yox olur, 
Biçarələr ayda bir yol tox olur. 
O, buğdadır, bizim yerdə çox olur, 
Xalqımız çörəksiz qalır həmişə. 
 
Və bu dəfə də sağdan etirazlar gəlir ki, «tapmadın!.. Axıb 
yox olan qumsal çayıdır,çox olub az qalan qarpızdır». 
Göründüyü kimi, Ağamalı oğlu bir sosialist sərtliyilə «acı 
həqiqət»i deyir, müsavatçılar isə mətləbi yayındırmağa cəhd 
edirlər… 
Məhəmməd Əmin: 
 
Nə vaxt bizim hürriyyətimiz birləşər, 
Millətimiz azad olub kef çəkər, 
Yatanlar oyanar, ağlayan gülər?.. 
Bu fikir başımı dəlir həmişə! 
 
Ağamalı oğlu: 
 
Hər biriniz bir nəzarət alsanız, 
Hər evizdə bir qubernat salsanız, 
Əhalinin kəndlərini yolsanız, 
Onlar əsiriniz olur həmişə. 
 
Və «deyişmə» maraqlı sonluqla bitir: 
«Buraya söz çatanda qeylü-qal qalxdı, təklif olundu ki
deyişmə kəsilsin. Səsə qoyuldu: əleyhinə 42 səs, lehinə 9 səs. 
Deyişmə qət oldu». 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə