Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   26   27   28   29   30   31   32   33   ...   108

Nizami Cəfərov 
 
104
Mən sənə gəlmişəm uzaq bir eldən, 
Məni də sinənə al, Kopet dağlar! 
Bu odlu qəlbimdə daşqın arzu var, 
Gəl mənə bir layla çal, Kopet dağlar! 
 
…Bir xatirət deyə qalsın dərində, 
Adımı əks etdir dərələrində. 
Mən gedər olsam da, sən öz yerində 
Əsrlər boyunca qal, Kopet dağlar!.. 
 
Və getdi (gizli yollarla qaçdı)!.. Bu dəfə Irana… Özü də 
Aşqabadda qurduğu ailəsi ilə… 
Ancaq Iranda çox qala bilmədi. Türkiyəyə keçdi… Ela-
zığa… 
Yenə də dağlardan yazdı… Ancaq bu dəfə daha çox 
millətinin (və vətəninin) sinəsinə çəkilmiş dağlardan… 
 
Kimsə bilməz Tanrıdağın yaşını, 
Duman almış Altayların başını, 
Uçurmuşdur başdan dövlət quşunu; 
Sərvətinə üz çevirmiş zaman, hey, 
Qoca türkün düşdüyü dərd yaman, hey!.. 
 
Xarab olmuş Buxarası, Başkəndi, 
Matəm tutmuş Səmərqəndi, Daşkəndi, 
Kəndi söylər, tökər gözdən yaş kəndi; 
Nə ozan var, nə yazan, nə şaman, hey, 
Qoca türkün düşdüyü dərd yaman, hey!.. 
 
Azərbaycan dərd içində boğulmuş, 
Sevənləri diyar-diyar qovulmuş, 
Ağla, şair, ağla, yurdun dağılmış; 
Nerdə qopuz, nerdə qırıq kaman, hey, 
Nerdə böyük Vətən, nerdə Turan, hey?! 


Ədəbiyyat söhbətləri 
 
105
Almaz Ildırım poeziyasının üç əsas mövzusundan birincisi 
türk qardaşlığı, geniş mənada milli birlik idealıdırsa, ikinci möv-
zu, heç şübhəsiz, üsyan, ixtilal, inqilab… və milli azadlıq, 
hürriyyətdir… 
 
Doğan günəşlə qopsun bir axın vəlvələsi, 
Görünsün qan köpüklü qasırğanın yeləsi, 
Bitsin əsir türklüyün, bitsin artıq çiləsi; 
Nə zəncirli bir Qafqaz, nə qan qusan bir Ural, 
Ixtilal istəyirəm, müqəddəs bir ixtilal!.. 
 
Kimə qarşı?.. Əlbəttə, «xalqlar həbsxanası»nın mərkəzi 
Moskvaya, Kremlə qarşı!.. O Moskvaya (və Kremlə) qarşı ki, 
«Dəli Petro və bir müdhiş Ivandan… ruh alıb» dünyanı neçə 
əsrdir qan çanağına döndərməkdən usanmır… 
 
Orda Orta Zamanın vəhşətindən yadigar 
Qaranlıqlar içində qurulmuş bir «Cənnət» var. 
Bir cənnət ki, özəyi qanlı bir Kremlin 
Milyonla qafa udmuş təməlində yüksəlir, 
Ruh alıb Dəli Petro və bir müdhiş Ivandan, 
Dünyanı yıxıb yaxmaq əməlində yüksəlir. 
 
Və bu qanlı «yüksəliş»in bir təməli də ölüm düşərgəsinə 
çevrilmiş şaxtalı Sibir çölləridir… Şairin zəbt olunaraq artıq 
ölüm düşərgəsinə çevrilmiş doğma vətənidir… 
 
Yayılır ənginlərə orda qırbac səsləri, 
Yollarda sürgünlərin tükənən nəfəsləri. 
Orda ölüm kampları ac milyonları bəklər, 
Gecələr növbətçisi qan içici köpəklər. 
Orda qonar qarğalar hər gün minlərcə leşə. 
Bir ölüm dünyasıdır Sibirya başdan-başa… 
 


Nizami Cəfərov 
 
106
Sibirya!.. O bir məzar hər sürülən yığına, 
Tanrı belə peşmandır onu yaratdığına… 
 
Şair əmindir ki, insanların heç zaman sönməyən hürriyyət, 
millətlərin isə istiqlal idealları əvvəl-axır Kremlin külünü göyə 
sovuracaqdır… 
 
Hürr bir dünya, hürr bir din, hürr bir tanrı, hürr bir yol, 
Hürr bir həyat, hürr vicdan, hürr bir qafa, hürr bir qol, 
Hürr bir şeir, hürr bir eşq, hürr bir məskən, hürr əmək! 
Insan oğlunun əsl hürr cənnəti bu demək! 
Indi böylə bir aləm, böylə bir dünya deyə 
Hər kirli bir bucağa bir su kimi axmalı, 
Küllərini rüzgara vermək üçün hədiyyə 
Hürr insanlıq uğrunda Kremli yaxmalı!.. 
 
Üçüncü mövzu, əlbəttə, qürbət ağrıları, doğulduğu yurdun 
nisgilidir. Gənc yaşlarında elindən-obasından, ailəsindən, «əsir 
Azərbaycanım» adlandırdığı vətənindən ayrı düşmüş son dərəcə 
həssas bir şair (və insan) üçün bundan təbii nə ola bilərdi?.. 
 
Nerdə məni gül qoynunda doğuran, 
Xəmirimi göz yaşıyla yoğuran, 
Beşiyində «layla, balam» çağıran 
Azərbaycan, mənim bəxtsiz anam, oy!.. 
Neçə bir il həstərinlə yanam, oy?.. 
 
Salam desəm, rüzgar alıb götürsə, 
Ağrıdağdan Alagözə ötürsə, 
Gur səsimi göy Xəzərə yetirsə, 
Xəzər coşub zəncirini qırsa, oy!.. 
Hökm etsə, bu sərsəm gediş dursa, oy!.. 
 
 


Ədəbiyyat söhbətləri 
 
107
…Könlümə tək Kəbə yapdım səni mən, 
Sənsiz nedəm qürbət eldə günü mən, 
Sənsiz nedəm Allahı mən, dini mən, 
Azərbaycan, mənim tacım, taxtım, oy!.. 
Oyanmazmı kor olası baxtım, oy?! 
 
Almaz Ildırımın poetik intonasiyasında həm Hüseyn 
Cavidlə Əhməd Cavaddan, həm də Səməd Vurğunla Mikayıl 
Müşfiqdən aşkar eşidilən, duyulan «xallar» olsa da, o, tamamilə 
özünəməxsus, orijinal (və mükəmməl!) bir ideya-estetik üslub 
sahibidir. Oxşar «xallar»a gəldikdə isə, fikrimcə, bu, birtərəfli, 
yaxud qarşılıqlı təsirin nəticəsi yox, dövrün özünün ədəbi zöv-
qünün, bədii əhval-ruhiyyəsinin ortaq təzahürü, yaradıcı təfək-
kürün milli müştərəkliyi, ürəklərin bir vurmasıdır. 
Heç şübhə yoxdur ki, Azərbaycan poeziyasının, ümumən 
ədəbiyyatının məlum tarixi dövründə Almaz Ildırım kimi böyük 
bir şair olmasaydı, həmin dövrün nəinki ədəbi, eyni zamanda 
mənəvi-ideoloji mənzərəsi barədəki təsəvvürlərimiz bugünkü 
qədər dolğun, məzmun-mündərəcəli və obyektiv olmazdı.  
 
 2017 


Nizami Cəfərov 
 
108
 
Milli ədəbi təfəkkürün  
«Azərbaycan» miqyası 
 
Hər bir xalqın tarixində onun ideallarını (və milli ideologi-
yasını!) bütün miqyası ilə əks etdirməyə çalışan elə mətbuat 
vasitələri olur ki, həm fəaliyyət göstərdiyi dövrdə və ya dövrlər-
də cəmiyyəti düşdüyü şəraitin tələbləri səviyyəsinə yüksəltməyə, 
millətin canında nə qədər imkanlar varsa hamısını hərəkətə gə-
tirməyə cəhd edir, həm də tarix yazır, hər bir sonrakı mərhələdə 
və ya dövrdə həmişə xalqın, onun təfəkkür sahiblərinin müraciət 
etməli olduğu mötəbər mənbəyə çevrilir. XIX əsrin ikinci yarı-
sında «Əkinçi» qəzeti, XX əsrin əvvəllərində «Füyuzat» və 
«Molla Nəsrəddin» jurnalları kimi… Və 90 yaşını arxada qoyub 
100 yaşına yaxınlaşan – bu il 95 yaşını qeyd etdiyimiz «Azər-
baycan» jurnalı Azərbaycan xalqının ədəbi təfəkkür tarixinin bu 
cür ən böyük mənbə-abidələrindən biridir… Yüz yaşına çatmaq-
da olan, hər səhifəsi ziddiyyətlərlə, müzakirə-mübahisələrlə, 
məğlubiyyətlərlə, qələbələrlə (və əsası, qəhrəmanlarla!) dolu elə 
bir yazılı Eposdur ki, onu ancaq «Dədə Qorqud»la, «Koroğlu» 
ilə müqayisə etmək olar. 
 Ilk nömrəsi 1923-cü ilin yanvarında «Maarif və mədə-
niyyət» adı ilə çıxmış jurnalın xüsusilə ilk onilliklərdə hansı 
siyasi-ideoloji mərhələlərdən keçdiyi, ilk növbədə, onun zaman-
zaman dəyişdirilmiş adlarında öz əksini tapır: «Maarif və mədə-
niyyət» (1923-1927), «Inqilab və mədəniyyət» (1928-1936), 
«Revolyusiya və kultura» (1936-1941), «Vətən uğrunda» (1941-
1946), «Inqilab və mədəniyyət» (1946-1952) və nəhayət, «Azər-
baycan» (1953-cü ildən sonra)… «Maarif»dən «Inqilab»a, 
«Inqilab»dan «Revolyusiya»ya keçib II Dünya müharibəsi 
illərində «Vətən uğrunda» şüarı (və adı) ilə döyüşəndən sonra 
yenidən «Inqilab»a qayıdan jurnalın, təbii ki, təkcə adı dəyiş-
mirdi, onun ideya-məzmununda da «inqilab»lar baş verirdi ki, 
bunun nə demək olduğunu bu gün, əlbəttə, xüsusi izah etməyə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə