Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə29/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   25   26   27   28   29   30   31   32   ...   108

Nizami Cəfərov 
 
100
Nə qədər reallıqdan çıxış etsələr də, məlum məsələdir ki, 
sosialistlərin Cümhuriyyət Məclisində heç vaxt müsavatçılar 
qədər nüfuzu olmamış, sözləri keçməmişdir… Bunun da əsas sə-
bəbi o idi ki, sosialistlər həm müsavatçılar qədər qaynar (və döv-
rün sosial psixologiyasına, ovqatına uyğun!) milli (və müstəqil) 
dövlətçilik təbliğatı aparmır, həm də get-gedə daha çox Sovet 
Rusiyasının tərəfdarları kimi tanınırdılar… Ancaq o da aydın idi 
ki, müsavat hökumətinin iddiaları ilə imkanları ən müxtəlif 
səbəblər üzündən çox zaman üst-üstə düşmürdü. 
Hacı Kərim Sanılı, demək olar ki, bütün nazirlərin, quber-
natorların müsavatçılardan təyin olunduğu bir dövrdə sosialist-
lərin fikrinə məhəl qoyulmamasına satirik bir şeir də həsr etmişdi: 
 
Bu bütlər, ay bu çılpaqlar, 
Sosialistlər… sarımsaqlar 
Bizə deyir «bədəxlaqlar»… 
Üçcə milyon qazanmışam?.. 
 
Sosialis ağzı biçənlər, 
Qoy çığırsın baş-beyinlər, 
Parlamanda hey desinlər!.. 
Üçcə milyon qazanmışam! 
 
Yazılmışam «vinamota», 
Inanma diş mənə bata. 
Bir il də oynaya yata, 
Üçcə milyon qazanmışam!.. 
 
Hacı Kərim Sanılı hələ Cümhuriyyət illərində sosialist 
olsa da, sovet dövründə elə bir yüksək vəzifələr daşımadı, ömrü-
nün sonuna, yəni 1937-ci ildə «xalq düşməni» kimi güllələnənə 
qədər ana dilinə, ədəbiyyata, ölkədə təhsilin, maarifin, mədəniy-
yətin inkişafına vətəndaş məsuliyyəti ilə qulluq elədi…  
 2017 


Ədəbiyyat söhbətləri 
 
101
 
Almaz İldırımın ölməz idealları 
 
Almaz Ildırım dünyaya az-az gələn o şairlərdən (və şəx-
siyyətlərdən) idi ki, düşdüyü şəraitlərdən asılı olmayaraq öz 
idealları uğrunda ömrünün sonuna qədər bütün imkanları hüdu-
dunda ardıcıl mübarizə aparmışdı. Təbii ki, onun imkanları hər 
mənada son dərəcə məhdud idi, ancaq ideallarının miqyası 
təsəvvür olunmayacaq qədər geniş idi ki, bunu həm həyatı, həm 
də ruhunun tərcümanı olan poetik yaradıcılığı bilavasitə nüma-
yiş etdirir. 
O, müstəqil bir millətin övladı (və şairi) olmaq istəyirdi, 
ancaq arzuladığı müstəqilliyi əldə etməyə mənsub olduğu 
millətin o zamanlar gücü çatmırdı. Və iddia ilə imkan arasındakı 
bu ziddiyyəti isə Almaz Ildırım nə anlamaq, nə də yeni qurulu-
şun getdikcə daha da dözülməz olan yalanlarını doğru sayıb 
nəyisə gözləmək istəmirdi… Əlbəttə, düşünmək olmaz ki, inqi-
lablar dövrünün diplomatik və ya konyuktur eyforiyası hələ çox 
gənc olan şairə tam təsirsiz qalmışdı. Əgər belə olsaydı onu 
«Qızıl qələmlər» arasında heç vaxt görməzdik. Ancaq əsl həqi-
qət bundan ibarətdir ki, o, yeni dövrün ədəbi diplomatiyasına və 
ya konyukturuna uyğunlaşmayıb, ideallarının (və vicdanının!) 
səsinə qulaq asmaqdan başqa bir yol axtarsa da tapmadı…  
Doğrudur, bir müddət yeni quruluşu, onun köhnə xanədan-
ları, sarayları, hətta tanrıları «yıxan» inqilabi qüdrətini tərənnüm 
edən şeirlər yazdı… 
 
Qasırğalar, boranlar, fırtınalar içində 
Illərlə dinlədik biz acıqlı harayları. 
Dəmir atları çapdıq odların qucağına, 
Biz yıxdıq, biz devirdik o qanlı sarayları. 
O saraylar ki, orda qanlı peymanələrdə 
Içildi yoxsulların zəhərli göz yaşları… 


Nizami Cəfərov 
 
102
Hətta şura hakimiyyətinə qarşı qalxan Roma papasını itti-
ham elədi… 
 
Ey qəlbi tanrısının eşqilə çarpan papas
Bu tanrısız şairi dinləməzmisən bir az? 
Dün teleqraf telləri xəbər verdi dərindən 
Bu imansız ellərə küsüb darıldığını, 
Kin püskürən gizli bir hərbə sarıldığını… 
 
Ancaq yeni «ədəbi mühit»də «yoldaş» yox, elə «cığırdaş» 
kimi qalmalı oldu… 
Bakıda, təbii ki, çox şeylərdən yazırdı… O cümlədən 
dağlardan… 
 
Çəkilmiş qəlbinə əsgidən min dağ, 
Titrəyir eşqini anan hər dodağ, 
Yayılır şikəstə səsləri dağ-dağ, 
Nə söylər bu qərib dillər, a dağlar?.. 
 
Zirvəndə oynayan rüzgarlar acı, 
Illərlə görünməz başının tacı. 
Anlat ki, dərdinin nədir ilacı, 
Nədir bu dumandan tüllər, a dağlar? 
 
O qədər dağlardan (və bu cür!) yazdı ki, onu Dağıstana 
«göndərdilər»… Ancaq nə qədər gənc olsa da, o, Almaz Ildırım 
kimi doğulmuşdu. 
Dağıstanda da «dinc» durmadı… Hər misrasında «şübhə-
li» mətləblər gizlənmiş şeirlər yazdı… 
 
Gizli yol kəsmədim, qaçaq olmadım, 
Sakit bir həyatı pozmadım mən ki!.. 
Heç kimə qanlı bir bıçaq olmadım, 
Heç bir qətlə fərman yazmadım mən ki!.. 


Ədəbiyyat söhbətləri 
 
103
Gündə min qətlə fərman yazan «yeni hökumət» ilə belə 
«zarafat» eləmək olmazdı. Və əslində, olmadı da… Çünki nə 
şairlik, nə də kişilik (düz söz demək!) zamanı deyildi… 
Şair Türküstana «sürülən»də onun cəmi-cümlətanı iyirmi 
dörd yaşı vardı. Və bu sürgün qabağı Bakıya «əlvida» deməyi 
unutmadı: 
 
…Səndə keçib getdi yirmi dörd yaşım, 
Bir zaman bəladan çıxmadı başım. 
Sən oldun həmdəmim, dərdli yoldaşım, 
Laylalar söylədin mana, əlvida!.. 
 
Mən sana yad deyil, doğma oğuldum, 
Öz qanından gül yaxanda doğuldum. 
Günahım «can» dedim sana, qovuldum, 
Acımadın bu qurbana, əlvida!.. 
 
…Bax nə deyir yenə bu coşğun Xəzər, 
Qoynunda Şimaldan gələn yad gəzər. 
Bu bir dərd ki, məni ömrümcə əzər, 
Salar məni haldan-hala, əlvida!.. 
 
Və onu da əlavə etmişdi ki: 
 
Mənim günahım yox, məni bağışla, 
Çox çarpışdım, düşdüm tufanla, qışla. 
Bəzən salam göndər sən də bir quşla 
Getdiyim yer Türküstana, əlvida!.. 
 
Əlvida, ey gözəl Bakı, əlvida! 
Sağlıqla qal, son sözüm bu, əlvida!.. 
 
Almaz Ildırım Bakıda, Dağıstanda olduğu kimi Türküstan-
da da dağlardan yazdı… 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə