Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   21   22   23   24   25   26   27   28   ...   108

Nizami Cəfərov 
 
82
Yeni dövr türk ədəbiyyatlarının bir mənbəyi orta dövr 
idisə, ikincisi qədim dövrün etnik yaddaşdakı ənənəsi oldu. Xalq 
ədəbiyyatı ilə gələn həmin ənənə imkan verdi ki, II minilliyin 
ortalarından etibarən (və tədricən) yeni dövr özünün get-gedə 
güclənən realizmi, xəlqiliyi, həyatiliyilə orta dövrün roman-
tizminə qarşı çıxa, onunla polemikaya girərək öz ideya-estetik 
prinsiplərini təsdiq edə bilsin. 
Və artıq diferensiallaşan türk xalqları ədəbiyyatlarında 
Milli Intibahlar yaşanmağa başladı…  
Maraqlıdır ki, türk xalqları (eləcə də dünya) ədəbiyyat-
şünaslığı türk xalqlarının ədəbiyyatından danışarkən əsas diqqəti 
orta dövrə, yaxud ənənəvi terminologiya ilə orta əsrlərə verir. 
Niyə?.. Hər şeydən əvvəl ona görə ki, orta dövr ədəbiyyatı mü-
kəmməldir, bütövdür, metafizikdir. Və elə fundamental ideya-
estetik texnologiyalar əsasında qurulmuşdur ki, nə qədim, nə də 
yeni dövrdə həmin texnologiyalar, demək olar ki, yoxdur. Bura-
dan irəli gələrək ədəbiyyatşünaslıq həm qədim, həm də yeni 
dövrü çox zaman orta dövrün təhqiqindən əldə etdiyi nəzəri-
metodoloji təfəkkürlə araşdımağa çalışır. 
Ancaq təəssüf ki, türk xalqları ədəbiyyatı tarixinin hər üç 
dövrünün (epoxasının!) fövqündə dayanmalı olan ədəbiyyatşü-
naslıq hələ ki mövcud deyil.  
 
  2016 
 


Ədəbiyyat söhbətləri 
 
83
 
Azərbaycan muğamının 
qəzəlləri 
 
Azərbaycan muğamı həm ənənəvi stabil struktur-metafizi-
kası, həm də stilizasiya-improvizasiya funksionallığı ilə zəngin 
ifa texnologiyası imkanları nümayiş etdirməklə yanaşı, həmin 
texnoloji imkanlara uyğun olaraq, poeziyanın klassik janrları 
içərisində ən populyar olan qəzəlin ideya-estetik təsir gücündən 
də məharətlə istifadə etməyin mükəmməl nümunəsini təqdim 
edir. 
Muğam deyəndə, ilk növbədə, dahi Füzulinin qəzəlləri 
yada düşür... Və yüz illər boyu Füzuli qəzəlləri Azərbaycan mu-
ğamının azərbaycanca danışmasını, özü də məzmun-mündərəcə, 
estetik baxımdan mükəmməl, aristokratik bir dildə danışmasını 
təmin etməklə kifayətlənməmiş, eyni zamanda münasib (və 
müvafiq) qəzəl seçimində muğam ustaları üçün alternativsiz 
meyar olmuşdur... 
 
Qəzəldir səfabəxşi-əhli-nəzər, 
Qəzəldir güli-bustani-hünər. 
 
Qəzəl de ki, məşhuri-dövran ola
Oxumaq da, yazmaq da asan ola,- 
 
deyən Füzuli türkcənin bütün “rəkikliy”inə rəğmən məhz bu 
dildə elə möcüzələr yaratmışdır ki, neçə ki Azərbaycan dili, 
ədəbiyyatı, musiqisi var, yaşayacaqdır. 
Füzuli qəzəlləri miqyası təsəvvür edilməyən bir eşqin 
tərənnümüdür: 
 
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, 
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir. 
 


Nizami Cəfərov 
 
84
Gərçi canandan dili-şeyda üçün kam istərəm
Sorsa canan, bilməzəm kami-dili-şeyda nədir. 
 
...Ahu fəryadın, Füzuli, incidibdir aləmi, 
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir? 
 
Professor Mir Cəlal məşhur “Füzulinin poetik xüsusiy-
yətləri” kitabında yazır: “Füzulinin eşqi əsirlik bilməyən, dini 
ehkam və adətlər çərçivəsinə sığmayan, yalnız yüksək mənəviy-
yat sahibi bir insanın daxili ehtiyac və mənəvi tələblərindən 
doğan atəşli, azad, qanadlı bir eşqdir”. 
 
Füzuli özü də xəbərdarlıq etmişdi ki,  
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm, 
Mən aşiqəm, həmişə sözüm aşiqanədir. 
 
Belə bir əhvalat danışırlar ki, Azərbaycanın görkəmli 
muğam ustası Xan Şuşinski özünün “sadəlövh müdrikliy”i ilə 
ətrafındakılardan soruşur: “Füzulinin Mərkəzi Komitədə adamı 
var?” Ətrafdakılar təəccüblə izah edirlər ki, “ustad, Füzulinin 
dövründə Mərkəzi Komitə nə gəzirdi, rəhmətlik neçə əsr bundan 
əvvəl yaşayıb...” Ustad tövrünü pozmadan ikinci sualı verir: “Bə 
niyə hamımız konsertlərdə onun sözlərini oxuyuruq?..” 
Füzulidən sonra xüsusilə “muğam mərkəzi” Qarabağda 
Vaqifin qəzəlləri oxunurdu. Və Səməd Vurğun “Vaqif” dramın-
da bu faktı təsdiq edən maraqlı bir səhnə təqdim edir: Şuşada 
Qacarın hüzurunda Qarabağ xanəndələri onun sifarişi ilə “Rast” 
oxuyurlar; muğama qulaq asan Qacar “qəzəl Vaqifindi?” deyə 
soruşur... 
Əlbəttə, Füzuli qəzəllərindən fərqli olaraq, Vaqifin qəzəl-
ləri nikbin, oynaq və şuxdur: 
 
Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm, 
Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. 


Ədəbiyyat söhbətləri 
 
85
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım, 
Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm... 
 
Lakin bir məsəslə də var ki, Vaqifin təkcə qəzəlləri yox, 
qoşmaları da həmişə muğam ustalarının diqqət mərkəzində 
olmuşdur: 
 
Sevdiyim, ləblərin yaquta bənzər, 
Sərasər dişlərin dürdanədəndir. 
Sədəf dəhanından çıxan sözlərin 
Hər biri bir qeyri xəzanədəndir... 
 
XIX əsrin ortalarından sonra Zakirin, Nəbatinin, Natəva-
nın, xüsusilə Şirvan mühitində Seyid Əzimin qəzəlləri yayılma-
ğa başladı... Və Seyid Əzim qəzələ yeni nəfəs verdi: 
 
Xəlqin imanını gər məkrilə şeytan aparır, 
O pəriçöhrə nədəndir ki, bəs iman aparır? 
 
Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu, 
Zülfünü bas yarama, qoyma, məni qan aparır. 
 
...Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı, 
Kafəri-kəbə ora, hansı müsəlman aparır?  
 
Muğam sənətinin keçmişin – feodalizmin qalığı olaraq 
proletar mədəniyyəti mövqeyindən ciddi tənqid olunduğu sovet 
dövrünün ilk illərində həmin tənqid, tamamilə təbiidir ki, qəzələ 
(və hətta Füzuliyə!) qarşı da yönəlmişdi. Bu isə o demək idi ki, 
muğamın mövcudluğunda qəzəl, qəzəlin mövcudluğunda isə 
muğam öz təsdiqini tapır, yaşayıb inkişaf etmək imkanlarını 
reallaşdırır. 
Həmin mürəkkəb, keşməkeşli illərdə özünün bütün “laü-
baliliy”i ilə qəzəlin keşiyində Əliağa Vahid dayandı. “Böyük 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə