Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə27/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   23   24   25   26   27   28   29   30   ...   108

Nizami Cəfərov 
 
90
Səməd Vurğunun «Azərbaycan» şeirini həm ondan əvvəl, 
həm də ondan sonra yazılmış «Azərbaycan» şeirlərilə nə ideya-
məzmun, nə də forma-struktur mükəmməlliyi baxımından mü-
qayisə etmək, yəqin ki, mümkün olmazdı. Ancaq bir məsələ var 
ki, dahi şair-mütəfəkkir özündən əvvəlki «Azərbaycan»lardan, 
xüsusilə bilavasitə yerlisi Hacı Kərim Sanılının «Yeni şərqilər» 
kitabında çıxmış «Azərbaycan»ından xəbərdar olmaya bilməzdi. 
«Sanılı dünyası» (Bakı, 2015) kitabının müəllifi, gənc 
tədqiqatçı Könül Məhərrəmova yazır: 
«Yeni şərqilər»in ikinci şərqisi məşhur «Azərbaycan» 
şeiridir. Lakin bu şeir prof. Əli Saləddin tərəfindən Əhməd 
Cavadın əsəri hesab olunaraq Ə.Cavadın əsərləri sırasına daxil 
edilmişdir… Prof. Ə.Saləddin Ə.Cavadın əsərlərini toplayarkən 
«Azərbaycan» şeirinin ona Tovuzda Ə.Cavadın əsəri kimi 
təqdim edildiyini qeyd etmişdir. 
Bu şeir Qazax rayonunda da dillər əzbəri olmuşdur. Müəlli-
fi isə, doğru olaraq, hər kəsə H.K.Sanılı kimi məlum olmuşdur». 
Bu isə o deməkdir ki, Səməd Vurğun H.K.Sanılının 
«Azərbaycan»ını həm «Yeni şərqilər»dən oxuya, həm də 20-ci, 
30-cu illərdə xalqın dilindən eşidə bilərdi. 
Məsələnin mahiyyəti isə bundadır ki, Səməd Vurğunun 
«Azərbaycan»ı öz istedadlı (və kifayət qədər məşhur) sələfinin 
eyni adlı şeirinə o qədər oxşayır ki, bunu təsadüfi sayıb üstündən 
keçmək heç cür mümkün deyil… 
 
Səhrəların sünbüllüdür, 
Il müdam üstü güllüdür, 
Bağçaların bülbüllüdür, 
Azərbaycan, Azərbaycan! 
 
Durna gözlü bulaqların, 
Cənnət kimi yaylaqların, 
Geniş-geniş otlaqların, 
Azərbaycan, Azərbaycan! 


Ədəbiyyat söhbətləri 
 
91
Ormanında maral böyrür, 
Çöllərində ceyran ürkür, 
Göllərində qazlar üzür, 
Azərbaycan, Azərbaycan! 
 
Hacı Kərim Sanılı mənsub olduğu xalqı, məmləkəti 
təmənnasız bir məhəbbətlə sevirdi. Və xalqdan, məmləkətdən 
çox, bu sevginin övladı idi. ona görə də yazırdı: 
 
Ilxında ayğır kişnəşir, 
Naxırda buğac güləşir, 
Süründə əmlik mələşir, 
Azərbaycan, Azərbaycan! 
 
Qayaların əlvan mərmər
Belində var qızıl kəmər, 
Bir yanında bəhri-Xəzər, 
Azərbaycan, Azərbaycan! 
 
Sənbək odu şölə salır, 
Dünya səndən işıq alır, 
Verməyəndə xapan qalır, 
Azərbaycan, Azərbaycan! 
 
Təsəvvür edəndə ki, bu şeiri yalnız xalq içərisindən çıxmış 
istedadlı bir şair deyil, yeni yaranmış müstəqil dövlətin parla-
mentinin fəal bir üzvü yazıb, onda təəccüb etməyə bilmirsən ki, 
o illərdə də bu millətin nə qədər böyük (və təbii!) özünütəsdiq 
enerjisi varmış… 
 
Ipək, pambıq, yunun çoxdur, 
Arpa, buğda, dügün çoxdur, 
Hər şeyin var, nəyin yoxdur, 
Azərbaycan, Azərbaycan! 


Nizami Cəfərov 
 
92
Yer üzündə yoxdur tayın, 
Gur-gur axar sənin çayın, 
Bol veribdir fələk payın, 
Azərbaycan, Azərbaycan! 
 
Laçının var, tərlanın var, 
Çoxlu şirin, qaplanın var, 
Qorxun yoxdur, düşmənin var, 
Azərbaycan, Azərbaycan! 
 
Və bu şeirdən təxminən on beş il sonra dahi Səməd 
Vurğun üzdə «mən nə Sanılıyam, nə də Cavadam, onlara 
düşmənəm, onlara yadam» desə də, eyni intonasiya, eyni ritmlə 
eyni sözü (ancaq daha yüksəkdən!) dedi: 
 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam, doğma vətənimsən, 
Ayrılarmı könül candan, 
Aəzərbaycan, Azərbaycan!.. 
 
  2017 


Ədəbiyyat söhbətləri 
 
93
 
Hacı Kərim Sanılının  
Məclisi-Məbusan «deyişmə»ləri 
 
Hacı Kərim Sanılının məclisi-məbusanlığından bir o qalıb 
ki, maraqlı çıxışlar edib; bir də o qalıb ki, Məclisdə iştirak (və 
mübahisə) edən iki əsas partiya tərəfdarlarının (müsavatçılarla 
sosialistlərin) və şəxsiyyətlərin (Məhəmməd Əmin Rəsulzadə ilə 
Səmədağa Ağamalıoğlunun) «deyişmə»lərini ustalıqla nəzmə 
çəkib… 
Hacı Kərim Sanılının Məclisdəki çoxlu çıxışlarının hər 
birindən görünür ki, o, xalq adamıdır, təmsil etdiyi geniş xalq 
kütlələrinin mənafeyini bir ziyalı-maarifçi məsuliyyətilə mü-
dafiə edir. 
Hacı Kərim Sanılının «Yeni şərqilər» kitabında (Bakı, 
1919) iki «deyişmə» verilib: «Müsavat lideri Ağamalı oğlunun 
Parlamanda deyişməsi» və «Parlamanda deyişmə (tapmaca)» -
hər iki şeir 1918-ci ildə yazılıb… 
Birinci şeirdə əvvəlcə söz Məhəmməd Əminə verilir. Və o 
deyir: 
 
Ey münsiflər, siz xəbərdar olunuz, 
Bu gördüyünüz Azərbaycan bizimdir! 
Müsavatdır onun doğma anası, 
Şirin dilli gözəl oğlan bizimdir!  
 
Göründüyü kimi, təbiətən hümmətçi-sosialist olan Hacı 
Kərim Sanılı Məhəmməd Əmin Rəsulzadənin romantik millətçi-
liyinə rəğbət bəsləmir, onun (və partiyasının) bütün azərbaycan-
lıların yurdu (və dövləti!) olan Azərbaycanı «mənimsəmə»sini 
qəbul eləmir… 
 
Biz doğmuşuq, köbəyini kəsmişik, 
Pərvanə tək dörd yanından əsmişik, 


Nizami Cəfərov 
 
94
Bu çocuğa kəm baxandan küsmüşük
Laylamıza uyub yatan bizimdir! 
 
 
Şair düşünür ki, Məhəmməd Əmin Azərbaycanı dəyişik-
liklər, inqilablar dövrünün yox, hər cür inqilablardan, dəyişik-
liklərdən uzaq metafizik (və sxolastik!) bir təfəkkürün məmlə-
kəti hesab edir… 
 
Əl-ayağın doğan kimi bələdik, 
Basdıq yerə, şiqin yuxu dilədik, 
Görək, necə bir mehriban bələdik
Ninnisində sakit dövran bizimdir!  
 
Məhəmməd Əminin bu metafizik (və sxolastik!) romanti-
kasına Hacı Kərim Sanılının zərif (ancaq kifayət qədər prin-
sipial!) münasibəti də özünü açıq göstərir: 
 
Bu oğlanın qurban olum gözünə, 
Mən mailəm gecə-gündüz sözünə, 
Baxmasınlar bədnəzərlər üzünə, 
Haq saxlasın onu, bu xan bizimdir! 
 
Və bu istehza belə yekunlaşır: 
 
Görün necə rahat yatır bu çocuq, 
Qoymamışam ayaqyalın, başaçıq, 
Mən sevmərəm oğlum gəzə çıl-cırıq, 
Ipək geyən, qızıl taxan bizimdir, 
Uca eyvan, yumşaq divan bizimdir. 
 
Hacı Kərim Sanılı xalq adamı idi, öz xalqının övladlarını 
da Məhəmməd Əmindən az istəmirdi, ancaq təbii ki, onun ro-
mantik-metafizik səviyyədə olsa da, milli dövlətçilik təsəvvürü 
yox idi. Ona elə gəlirdi ki, dünyadakı bütün insanların bir ananın 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə