Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   18   19   20   21   22   23   24   25   ...   108

Nizami Cəfərov 
 
72
 
Qədim türk ədəbiyyatı: 
problemlər, mülahizələr 
 
Türk ədəbiyyatının tarixi, mövcud ənənəyə görə, türklərin 
bir etnos olaraq formalaşdıqları təxmin edilən e.ə. III minillik-
dən başlayır. Və bu tarixin qədim dövrü eramızın I minilliyinin 
sonu, II minilliyinin əvvəllərinə qədər davam edir. 
Bugünkü türkologiyada qədim türk ədəbiyyatının XII-XIII 
əsrlərə aid türkdilli mənbələri (məsələn, Yusif Balasaqunlunun 
«Kutadqu biliq»i, Əhməd Yasəvinin «Divani-hikmət»i, Əhməd 
Yüqnəkinin «Atibətül-həqaiq»i və s.) də ehtiva etməsi fikri (və 
praktikası) geniş yayılsa da, həmin mövqe metodoloji baxımdan 
əsaslı deyil. Əlbəttə, heç bir şübhə yoxdur ki, qədim türk ədəbiy-
yatının tarixi nə zamandan başlamasından (burada təbii təxmini-
lik mövcuddur) asılı olmayaraq türklərin tanrıçılıq yerinə (onun 
inam prinsipləri və texnologiyaları əsasında) müxtəlif dinləri 
(islam, buddizm, iudaizm və s.) qəbul etdikləri dövrlərdə sona 
çatır. Və o da şübhəsizdir ki, Mahmud Kaşğarinin məşhur «Di-
vani-lüğət it-türk»ü (XI əsr) qədim türk ədəbiyyatının son, orta 
əsrlər türk ədəbiyyatının ilk əsəridir. 
Qədim türk ədəbiyyatının coğrafi hüdudları məsələsinə 
gəldikdə isə burada da nə qədər təxminlik olsa belə fakt zəngin-
liyi ilə heç bir şübhə doğurmayan istinadlar vardır ki, onlardan 
birincisi türk etnosunun Altay dağlarının ətəklərində formalaşa-
raq ətrafa yayılması, ikincisi isə etnik tərkibi əsasən türklərdən 
ibarət olan kütlələrin Şərqdən Qərbə doğru köçləridir. E.ə. I mi-
nilliyin ortalarından başlayıb eramızın I minilliyinin ortalarına 
qədər davam edən (və bəzən geri qayıtmalarla müşayiət olunan) 
bu köçlər qədim türk ədəbiyyatının coğrafiyası barədə ən ümumi 
şəkildə təsəvvür yaradır. Altay dağlarının ətəklərindən Avropa-
nın içərilərinə qədər uzanan həmin coğrafiyanın Şimal ilə Cənub 
hüdudlarını müəyyənləşdirmək çox çətindir. Hər şeydən əvvəl 
ona görə ki, bu hüdudlar daxilində bir sıra yerli ədəbiyyatların 


Ədəbiyyat söhbətləri 
 
73
hamısında türk təsiri olduğu kimi, türk ədəbiyyatında da xüsu-
silə dini məzmunlu xarici təsirlər kifayət qədər güclüdür. 
Qədim türk ədəbiyyatının istər tarixi və istərsə də coğrafi 
hüdudlarının mümkün qədər dəqiq müəyyənləşdirilməsi üçün ilk 
növbədə həmin ədəbiyyatın ideya-estetik əsasları üzərində daha 
dərindən düşünmək lazım gəlir ki, bu da qədim türklərin dünya-
görüşü barədə aydın təsəvvürlərin olmasını tələb edir. Əlbəttə, 
nə mifologiya, nə də onun əsasında təşəkkül tapmış din öz-özlü-
yündə ədəbiyyat deyil, lakin qədim türk mifologiyası kimi, qə-
dim türk tanrıçılığı da qədim türk ədəbiyyatının ideya-estetik 
əsaslarının formalaşmasına həlledici təsir göstərmişdir. 
Qədim türk mifologiyasının ən məşhur əsərləri «Həyatın 
(Dünyanın) yaradılışı», «Insanın (türklərin) törəyişi» və «Ərgə-
nəkon»dur ki, bu əsərlər qədim türk mifoloji təfəkkürünün fun-
damentini təşkil edir. Lakin təəssüf ki, türkoloji ədəbiyyatda 
həmin əsərlər heç bir əsas olmadan «dastan» adlandırılmış, türk 
ədəbiyyatı tarixinə həsr edilmiş araşdırmalarda «qədim türk 
dastanları» başlığı altında təqdim olunmuşdur. 
Indiyə qədər biz də mövcud ənənəyə əsaslansaq da, indi 
düşünürük ki, o, doğru deyilmiş. Dastan yaradıcılığı texnologi-
yaları mif yaradıcılığı-metafizikasından tamamilə (və kifayət 
qədər aydın poetik prinsiplərlə) fərqlənir. Insanın onu əhatə edən 
varlığa (həyata) universal idrak reaksiyası olan mif müəyyən 
bədii xüsusiyyətlər daşısa da (məsələn, obrazlar, süjet və s.), onun 
mahiyyətində, nə qədər ibtidai və ya sadəlövh olursa-olsun, hər 
halda fəlsəfi təfəkkür, yaxud təxəyyül dayanır. Dastan (epos) isə 
birbaşa bədii təfəkkürün, yaxud təxəyyülün məhsuludur. 
Görünür, «Alp Ər Tonqa», «Oğuz xaqan» kimi qədim türk 
dastanlarının yaranmasında dinin (tanrıçılığın) təsiri qədim türk 
mifologiyasının təsirindən daha güclü olmuşdur ki, bu da birinci 
növbədə özünü epos qəhrəmanlarının (hökmdarların) tanrılaşdı-
rılmasında (Tanrı mənşəli olmalarında) göstərir. 
Qədim türk tanrıçılığının əsaslarını izah edən müqəddəs 
kitabın varlığı barədə məlumat olmasa da, güman etmək olar ki, 


Nizami Cəfərov 
 
74
təkallahlı (monotest) bir dinin kanonlarını şərh (və təsbit) elə-
mək cəhdləri mövcud olmamış deyildir. Hər şeydən əvvəl ona 
görə ki, tanrıçılıq ehkamlarını (və dünyagörüşünü) həm aydın, 
həm də sistemli şəkildə nümayiş etdirən xeyli sayda nəinki 
şifahi, eləcə də yazılı mənbələr (məsələn, «Kül təgin», «Bilgə 
xaqan», «Tonikuk» daş kitabələri) yaranmışdır. Və tarix tanrıçı-
lıqla islamı müqayisə edən belə bir məlumatı da qoruyub saxla-
mışdır ki, «türklər daima tək bir Tanrıya inanırlar və ərəblərin də 
eyni Allaha inanmaları onların (ərəblərin – N.C.) dinini qəbul 
etməyə səbəb olurdu». 
Qədim türk ədəbiyyatının strukturuna 1) epos, 2) poeziya 
və 3) nəsr daxildir. 
Qədim türk epos təfəkkürünün tipologiyasını, artıq deyil-
diyi kimi, «Alp Ər Tonqa» ilə «Oğuz xaqan» müəyyən edir. 
Lakin təəssüf ki, birinci dastanın yalnız məzmunu (Firdovsi 
«Şahnamə»sinin tərkibində), ikinci dastandan isə fraqmentlər 
qalmışdır. 
Qədim türk poeziyasının əsasında şifahi xalq yaradıcılı-
ğının məhsulu olan türkülər dayanır ki, onların çoxu Mahmud 
Kaşğari tərəfindən toplanılaraq «Divani-lüğət it-türk»də müha-
fizə olunmuşdur. Buraya döyüş, axın, sevgi, yas (yuğ) və s. 
türküləri daxildir ki, həm ideya-məzmun, həm də poetik forma 
etibarilə qədim türklərin mənəvi dünyası, şeir zövqü, türkcənin 
üslubi imkanları barədə geniş təsəvvür yaradır. 
Qədim türk nəsrinə gəldikdə isə onun ən mühüm mənbə-
ləri qədim türk (run) əlifbası ilə «bəngü daş»lara həkk olunmuş 
«Kül təgin», «Bilgə xaqan», «Tonikuk» kitabələridir. Və bu 
kitabələr nə qədər konkret tarixi hadisələri təsvir etsə də, o qədər 
də yüksək bədii ümumiləşdirmələrlə zəngin olan ədəbi əsər-
lərdir. 
Qədim türk ədəbiyyatının həm şifahi, həm də yazılı təza-
hürlərinin dili mükəmməl ifadə texnologiyalarına malik qədim 
türk ədəbi dilidir.  
 2018  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə