Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   15   16   17   18   19   20   21   22   ...   108

Ədəbiyyat söhbətləri 
 
63
Dil dini təfəkkürün – «izhar»ın ifadəsi kimi, əlbəttə, özü-
nün ən yüksək səviyyəsinə yüksəlmiş olur ki, bunu dünyanın bü-
tün böyük şairləri, yazıçıları, mütəfəkkirləri etiraf etmiş, onların 
ən nəhəngləri məhz dini (ilahi!) mətnləri yaradıcılıq uğurları 
üçün örnək almışlar. 
 Bu da bir həqiqətdir ki, həm Şərqdə, həm də Qərbdə – 
həm Müsəlman, həm də Xristian Intibahının görkəmli nümayən-
dələri dünyanın o dillərini öyrənməyə xüsusi ehtiyac duymuşlar 
ki, həmin dillərdə məhz ilahi izharın mükəmməl mətnləri (və 
həmin mətnlərdə heç bir müzakirəyə gəlməyən universal, trans-
milli «bilik»lər!) əks olunmuşdur. 
Qədim Şumer mətnlərində, eləcə də «Gilqamış» və ya 
«Bilqams» kimi tanınan dastanda dini motivlər kifayət qədər 
zəngin olsa da, bunlar «ilahi izhar», mükəmməl teoloji mətn sə-
viyyəsinə yüksəlməyib yalnız mifoloji təəssüratlarla məhdudlaş-
dığına görə tarixin fövqünə qalxa bilməmişdir. Odur ki, müasir 
elmdə çox populyar olan «tarix Şumerdən başlayır» (N.Kramer) 
təsəvvürü bu məsələdə özünü o qədər də doğrultmur. Lakin 
sonrakı dövrlərin dini mətnlərinə bir sıra süjet, obraz və motiv-
lərin e.ə. V-III minilliklərə aid Şumer (Mesopotamiya) kitabələ-
rindən (və genotipologiyası ilə yanaşı, taleyi də mübahisəli olan 
Şumer dilindən) gəldiyi ciddi şübhə doğurmur. 
Qədim hind dili (və müasir hind-Avropa dillərinin klassik 
ədəbi əcdadı) olan sanskritdə təzahür etmiş induizm dünyanın 
bizə məlum olan ən qədim dinlərindən biri, hətta demək olar ki, 
birincisidir. Bu dinin əsas ideologiyalarının, kanonlarının yazılı 
mənbələri kimi «Veda»lar (sanskritcə «Bilik»lər) çıxış edir ki, 
onların e.ə. III-II minilliklərə aid olduğu güman edilir. Sonralar 
yazıya alınmış «Veda»lar yeni dövrdən dünyanın müxtəlif dillə-
rinə tərcümə olunsa da, induizm ibadətləri məhz sanskritdə 
aparılır. 
Qədim hind eposları «Mahabharata» (e.ə. IV əsr – b.e. IV 
əsri) və «Ramayana» (e.ə. II əsr – b.e. II əsri) da sanskritcədir. 


Nizami Cəfərov 
 
64
Məhz dini mətnlərin, eləcə də ideya-məzmunca dini 
dünyagörüşü (induizm) ilə sıx bağlı olan eposların sayəsində 
özünün ən yüksək ifadə səviyyəsinə yüksəlmiş sanskrit XIX 
əsrin əvvəllərindən etibarən müqayisəli-tarixi dilçiliyin olduqca 
məhsuldar bir tədqiqat metodu (və elm!) kimi meydana çıxıb 
məşhurlaşmasında elə dəyərli mənbə-obyekt oldu ki, onsuz 
hind-Avropa dillərinin geneoloji şəcərrəsini bu mükəmməlikdə 
«tərtib etmək» mümkün deyildi. 
Və onu da qeyd eləmək lazımdır ki, qədim dünya dilçiliyi 
ədəbi (və müqəddəs) dil olan sanskriti xalq danışıq dillərinin 
qeyri-ədəbi təsirindən qorumaq məqsədilə meydana çıxmışdı. 
Qədim Hindistanda sanskritlə yanaşı, eyni mənşəli xalq 
danışıq dilləri prakrit və pali də mövcud idi. 
Buddizmin dili pali olmuş, lakin geniş yayıldıqca induizm-
lə ideoloji kontaktlar nəticəsində sanskrit dilinə məxsus bir sıra 
dini terminləri də qəbul etmişdir. 
E.ə. I minilliyin ortalarında Hindistanın şimalında meyda-
na çıxan buddizm çox keçmədən həm bütün ölkəyə yayılır, həm 
də onun hüdudlarını aşıb Mərkəzi Asiya, Sibir, Çin, Tibet, Ya-
poniya, Koreya, Indoneziya kimi uzaq məmləkətlərdə məşhur-
laşır. Induizmdən fərqli olaraq buddizmin pali dilindəki əvvəl 
şifahi, sonra isə yazılı mətnləri məşhurlaşdığı məmləkətlərdə 
müxtəlif dillərə – Çin, Tibet, türk, yapon, Koreya, indoneziya 
dillərinə tərcümə edilir. Hətta bu özünü buddaların (tanrıların) 
adında da göstərir: məsələn, ən məşhur buddalardan Avalokiteş-
vara Tibetdə Çenreziq, Çində Quan-in, Yaponiyada isə Kannon 
olurlar. 
Qədim dövrlərdən başlayaraq Çində geniş yayılan üç əsas 
din – konfutsilik,buddizm və daosizm Çin dilinin inkişafına əhə-
miyyətli təsir göstərdiyi kimi bu gün də göstərməkdədir. Konfut-
sinin (Kun Fu – Szının – e.ə.551-479) tərtib etdiyi «Lun-yuy» 
(«Söhbətlər») kitabı, buddizm kanonlarının Çin dilinə tərcümə-
ləri, daosizmin (taoizmin) banisi sayılan əfsanəvi müdrik Lao-
Szıya aid edilən (və ilk orta əsrlərdə xüsusi nüfuz qazanıb geniş 


Ədəbiyyat söhbətləri 
 
65
yayılan) «Dao de szin» («Üsullar və onların gücü barədə kitab») 
və eləcə də digər çoxsaylı dini mənbələr eyni zamanda Çin 
dilinin elə bir tarixi (və müasir!) sərvətidir ki, yüz illər boyu şərh 
(və sərf) edilsələr də, öz sirlərini heç zaman sona qədər açma-
mışlar. 
Dini mətnlər və ya başqa sözlə dinlərin dilləri yalnız yazılı 
şəkildə deyil, şifahi formada da yayılır. Məsələn, Qərbi Afrika 
(ən çox Nigeriya) mənşəli yoruba dini özünün ən müxtəlif təza-
hürlərində XVII əsrdən etibarən Amerikada (xüsusilə Braziliya-
da, Kubada) oraya aparılan qullar – ucuz işçi qüvvəsi vasitəsilə 
məhz şifahi formada böyük miqyas almışdır. Inananlarının (və 
ibadət edənlərinin) ümumi sayı on milyonlarla hesablanan yo-
ruba bu günə qədər yazıya ehtiyac hiss etməmişdir. 
Halbuki iudaizm e.ə. 586-cı ildə Yerusəlim məbədi dağı-
landan sonra diqqəti Yəhudi Bibliyası mətnlərinin oxunub şərh 
edilməsinə verməli olduğuna görə ənənəvi olaraq yazı ilə bila-
vasitə bağlıdır. 
Yəhudi Bibliyasına – Tövrata (yəhudilər onu «TaNaX» 
adlandırırlar) Musadan – Moiseydən qalan beş kitabla yanaşı, 
eramızın ilk əsrlərinə aid «Talmud»lar, hətta onların şərhləri 
daxildir ki, bu şərhlərdə yəhudi xarakterindən irəli gələn «pole-
mizm» olduqca güclüdür. Və məşhur yəhudi atalar sözündə təsa-
düfən deyilmir ki, «yəhudilərin hətta mübahisələri də Tövratdır». 
Ümumiyyətlə, şifahi dillə yazılı dilin bu qədər yaxın olma-
sı, yazılı nitqdən şifahi nitqə və əksinə bu qədər rahat keçilməsi 
iudaizmin «dil fəlsəfəsi»ni digər dinlərdən xeyli dərəcədə fərq-
ləndirir. Yazıya canlılıq verdiyi kimi, şifahi nitqi də kanonlaş-
dıraraq, artıq (əhəmiyyətsiz) təfərrüat və ya təfsilata imkan ver-
mir. Və bu gün yəhudilər «TANAX»ın yazılı Tövratı qədər də 
Talmudun iudaizm yaddaşının şedevri sayılan şifahi Tövratına 
əsaslanırlar. 
Qədim yəhudi dilinin (ivritin) iki min beş yüz il ərzində 
dünyanın müxtəlif coğrafiyalarına dağılmağa məcbur olmuş 
yəhudilərin etnik-mənəvi birliyinin qorunub saxlanmasında rolu 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə